Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-2776/2025 08.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlu, X1 Bakı şəhəri Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş BNA ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati tənbeh haqqında qərardan verdiyi şikayətə baxaraq MÜƏYYƏN ETDİM: X2 Bakı şəhər Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş BNA ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayəti müdafiə edərək bildirmişdir ki, barəsində qəbul edilmiş BNA ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla razı deyildir. İdarə etdiyi **-RP-*** qeydiyyat nişanlı avto-nəqliyyat vasitəsilə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov-M.Füzuli küçəsi ərazisində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsində nəzərdə tutulmuş dayanma və durma qaydalarını pozduğu üçün Azərbaycan Respublikası İXM-nin 346.1- ci maddəsinə əsasən barəsində xx.xx.2020-ci il tarixli BNA ******* saylı qərarla inzibati xəta haqqında cərimə tətbiq edilmişdir. Tətbiq ediliş cərimə barədə qərar bu günədək icra edilməmişdir. Həmçinin bu müddət ərzində heçbir icra tədbiri həyata keçirilməmişdir. Hazırda, inizbati cərimənin tətbiq edilməsindən 5 ildən artiq müddət keçmişdir və bu cərimə üzrə üzrə heçbir icra tədbiri həyata keçirilməmişdir. Buna baxmayaraq, bu cərimə hələ də hüuquo bazalarda görünməkdə və onun hüquqlarını məhdudlaşdırmaqdadır. Son olaraqda xx.xx.2020-ci il tarixli BNA ******* saylı qərarın qüvvədən düşməsi və hüquqi nəticələrin ləğv olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şikayətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ehtimal olunan inzibati xəta Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ərazisində törədilmiş, X2 şikayətə yaşayış yeri üzrə baxılması barədə vəsatət verməmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri araşdırıb belə qənaətə gəlir ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə düzgün göndərilməmişdir. Ona görə də inzibati tənbeh vermə haqqında qərardan şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, X1 Bakı şəhər Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş BNA ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 110 və 129.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Bakı şəhər Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş BNA ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-2776/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-2776/2025
08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver