Məhkəmə qərarları › İş №3(005)-2777/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2777/2024

20.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2777/2024 20.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurahmanlı Pınar Zakir qızının katibliyi, Şikayət vermiş şəxs X5 nümayəndəsi və vəkili “Leqal” Vəkil Bürosunun vəkili X2, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X6 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayətlə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X7 Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X10 tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 1000 manat cərimə olunmağı barədə qərar qəbul edilmişdir. Qərar tam qanunsuzdur və həqiqəti əks etdirmir. Buna görə də həmin qərar ləğv olunmalıdır. Həmin qərar xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Belə ki, X1 Bakı Şəhər İdarəsi X3 xx.xx.2024-cü ildə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə zamanı sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmaması AR Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələbləri pozulmasına görə İXM -nin 199-cu maddəsinə əsasən 1000 manat cərimə etmişdir. Bununla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən xx.xx.2024-cü il tarixdə qərar qəbul olunaraq araşdırılması üçün X4 göndərilmişdir. Qərara əsasən o, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilməsinə Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, ev 10, mənzil 23-də yerləşən istehsalat sahəsində blok daşlarının yükqaldırıcı kranla yerinin dəyişdirilməsi işinin icra yerində kranla hərəkət edən yüklərin kütləsi göstərilmədiyinə, işin aparılması üçün texnoloji xəritələrin və digər texnoloji reqlamentlərin işlənib hazırlanması, işçilərin həmin sənədlərlə tanış edilməsi və işin icrasının həmin sənədlərə uyğun aparılması təmin edilməməsinə görə “Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydalarının ”9.5.13 bəndinin tələbləri pozulmuş və bununla da AR İXM-nin 198.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsi inzibati xətanı törətmişdir. Hadisə şahidlərinin izahatı alınmış və həmin kran daşları bağlı vəziyyətdə olmuş və remeni açmaq istəyərkən daşlardan biri ayrılmış və onun üzərinə düşmüşdür. Həmin qərarda İXM-nin 198.1.1-ci maddəsi ilə inzibati icraat başlanılsa da X7 tərəfindən İXM-nin 199-cu maddəsi ilə cərimə olunmuşam. Lakin tərəfimizdən hər bir işçiyə Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları izah edilmiş və təlimatlar edilmişdir və əməyin mühafizəsi üzrə biliklərin yoxlanılması barədə protokollar tərəfimdən məhkəməyə təqdim olunacaq. Buna baxmayaraq qanunsuz olaraq cərimə edilmişəm. Həmin hadisəyə görə İXM-nin 555.1-ci maddəsi ilə də cərimə olunmuş və yenidən həmin hadisəyə görə Nərimanov Rayon Prokurorluğu tərəfindən yenidən İXM-nin 198.1.1-ci maddəsi ilə inzibati icraat başlanılaraq DƏM-nə göndərilmiş və araşdılırmaqdadır. Lakin X7 tərəfindən MN ******* saylı qərar qəbul edilərkən və MN ******* saylı protokol tərtib edilərkən iştirakım olmayıb və məlumatlandırılmamışdır. Eyni inzibati xətaya görə 3 dəfə qərar qəbul edilməsi qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. X1 Bakı Şəhər İdarəsi hüquq və vəzifələri ona izah edilmədən, onun iştirakı olmadan inzibati xəta haqqında protokol tərtib etmiş, protokol ona təqdim edilməmiş və heç bir araşdırma aparılmamışdır. Faktiki olaraq görünür ki, inzibati xəta barədə heç bir araşdırma aparılmamış, qarşı tərəfin izahatı əsasında onun barəsində qərar qəbul edilmişdir. Şikayət vermiş X5 nümayəndəsi və vəkili “Leqal” Vəkil Bürosunun vəkili X8 verilmiş şikayət ərizəsinin məzmununa uyğun şəkildə çıxış edərək şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X11 bildirmişdir ki, İsayev Yunis afət oğlu MMC-nin rəhbəri kimi məsuliyyətə cəlb edilmişdir. Faktla bağlı araşdırma aparılmış və sübutlar toplanılmış və tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin şikayət vermiş şəxs də özü əməlimi etiraf etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdə də bu öz əksini tapır. Müvafiq qaydada təsdiqedici sənədləri məhkəməyə təqdim edərək şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi ilə 1000 manat məbləğində cərimə edilmişdir. X9 şikayətdə tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında sənədlərin qarşılıqlı tədqiqi zamanı X9 tərəfindən xx.xx.2024-cü il tarixdə X3 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə zamanı sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmaması müəyyən edilmişdir. Bununla da məhkəmə iclasında X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cü maddəsinə işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsizlik əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə- yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə hesab edir ki, X9 tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayət ərizəsində X9 tərəfindən həmin maddədə göstərilən inzibati xətanın törədilməməsi bildirilsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X5 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-115- ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar