Məhkəmə qərarları › İş №3(005)-2777/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-2777/2025

06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-2777/2025 06.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Babayev Kamal Yunis oğlu, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” qərarların ləğv edilməsi, xx.xx.2025-ci il tarixli, EQ 28860816 saylı sürücülük hüququndan məhrumetmə qərarının ləğv edilməsi və xx.xx.2025ci il tarixli EQ 28898469 saylı qərarla tətbiq olunmuş 400 manat məbləğində cərimənin ləğv edilməsinə dair ərizəsinə və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 tərəfindən qəbul edilmiş 23 “İnzibati tənbeh vermə haqqında” qərarların ləğv edilməsi, xx.xx.2025-ci il tarixli, EQ 28860816 saylı sürücülük hüququndan məhrumetmə qərarının ləğv edilməsi və xx.xx.2025-ci il tarixli EQ 28898469 saylı qərarla tətbiq olunmuş 400 manat məbləğində cərimənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından da görünür ki, şikayətçi ərizəsində bir neçə qərarın ləğv edilməsini xahiş etmişdir. Hazırda qanunverilicikdə eyni qərarla bir neçə inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi nəzərdə tutulmamışdır. Bundan əlavə, sözügedən qərarları nəzərdən keçirərkən məhkəmə müəyyən edir ki, barəsində şikayət verilən inzibati tənbeh vermə haqqında qərarların əsası kimi nəzərdən keçirilən inzibati xətalar müxtəlif inzibati ərazi vahidlərində törədilmişdir. Qeyd olunur ki, inzibati tənbeh vermə haqqında qərardan şikayətə onun törədildiyi yerin yurisdiksiyasına aid məhkəmədə, şikayət vermiş şəxsin ərizəsi əsasında yaşayış yeri üzrə baxıla bilər. Hazırki vaxtda məhkəmə iş materiallarında vəsatət müəyyən etməmişdir. İnzibati Xətalar Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” qərarların ləğv edilməsi, xx.xx.2025-ci il tarixli, EQ 28860816 saylı sürücülük hüququndan məhrumetmə qərarının ləğv edilməsi və xx.xx.2025-ci il tarixli EQ 28898469 saylı qərarla tətbiq olunmuş 400 manat məbləğində cərimənin ləğv edilməsi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” qərarların ləğv edilməsi, xx.xx.2025-ci il tarixli, EQ 28860816 saylı sürücülük hüququndan məhrumetmə qərarının ləğv edilməsi və xx.xx.2025ci il tarixli EQ 28898469 saylı qərarla tətbiq olunmuş 400 manat məbləğində cərimənin ləğv edilməsi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar