Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2784/2024 21.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə Protokol tərtib edən şəxs Bakı Şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X11, X1 və Zərərçəkmiş şəxs vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili X3 iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X10 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-282/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs icra məmurunun qanuni tələlərini yerinə yetirməməsi ilə bağlı borclu Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 06 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, xx.xx.2024-cü il tarixdə saat 15:00-da ünvan 1 ünvanında borclu Şəxsnə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-282/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək təklif olundu, lakin borclu icra sənədinin icrasını təmin etməmiş və icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Nəticədə Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X15 bildirmişdir ki, Şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-282/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə riayət etməmiş və icra sənədinin icrasını təmin etməmişdir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X15 Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili X7 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, 98% sakinlə müqavilə bağlanmışdır. Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol əsassızdır. Protokol tərtib olunanda Şəxs məlumatı olmamış, onun nümayəndəsi dəvət olunmamış, izahatı alınmamışdır. Məhkəmə qərarı çıxdıqdan sonra cəmiyyətin protokoldan xəbəri olmuşdur. Bu səbəbdən o, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs vəkili Vəkil çıxış edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə qərardad qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə icra məmuru tərəfindən icraata götürülmüşdür. 5 gündən sonra müraciət olunmuşdur. xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur və prokotol qanunidir. Zərərçəkmiş şəxs vəkili Vəkil Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X8 çıxış edərək Şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-282/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmədiyini bildirmişdir. MMC tərəfindən yaşadıgı binada kommunikasiya xətləri qəsdən kəsilmiş, onun mülkiyyət hüquqları pozulur. Bu səbəbdən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-282/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən ərizə təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-1871/2024 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək, Bakı şəhəri, Nərimanov rayonu, X18, Faiq Yusifov və Ağa Neymətulla küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.6 ha sahəsində (Bakı Şəhər İcra Hakimiyyətinin başçısının Yaşayış kompleksinin tikintisi məqsədilə torpaq sahəsinin "xxxx" MMCnin icarə əsasında istifadəsinə verilməsi haqqında 21 sentyabr 2023-cü il tarixli, 164 nömrəli sərəncamından irəli gələn) yerləşən Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 43 və ünvan 3 ünvanında olan yaşayış binalarında söküntü və tikinti işlərinin aparılması dayandırılması qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2784/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16(103)-680/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən şikayət qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)- 282/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmişdir. İş üzrə yeni qərardad qəbul edilmiş, ərizəçilər Zərərçəkmiş şəxs, X2 və X4 müvəqqəti təminat tədbiri barədə ərizəsi qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-1871/2024 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək, Bakı şəhəri, Nərimanov rayonu, X18, Faiq Yusifov və Ağa Neymətulla küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.6 ha sahəsində (Bakı Şəhər İcra Hakimiyyətinin başçısının Yaşayış kompleksinin tikintisi məqsədilə torpaq sahəsinin "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilməsi haqqında 21 sentyabr 2023-cü il tarixli, 164 nömrəli sərəncamından irəli gələn) yerləşən Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 43 və ünvan 3 ünvanında olan yaşayış binalarında ərizəçilər Zərərçəkmiş şəxs, X5 və X6 məxsus mənzillərdə hər hansı tikinti-söküntü işlərinin aparılması (mənzilə daxil olan kommunikasiya sistemlərinin sıradan çıxarılması) Şəxsnə qadağan edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2275/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən barəsində inzibati xəta üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili X7 tərəfindən apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3000 manat inzibati cərimə edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə materialı tərəflərin iştirakı ilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılıb baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən 27 avqust 2024-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın və müvafiq bildirişin surətindən görünür ki, borclu Şəxs MMC-yə icraata başlama haqqında qərarın surəti rəsmi qaydada göndərilmiş və hüquqi şəxs icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 8-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 12-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir; 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İXM-in: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək, yuxarıda sadalanan icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, borclu Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə hesab edir ki, borclunun icra sənədlərinin üzrsüz səbəbdən icra etməməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapdığından, bu isə öz növbəsində inzibati məsuliyyətə səbəb olduğundan, Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakteri, hazırkı iş üzrə borclunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirməklə borclu barəsində göstərilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-2784/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2784/2024
21.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver