Məhkəmə qərarları › İş №3(005)-2785/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2785/2021

16.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2785/2021 16.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Yardımlı rayonu, Hanzov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, deməsinə görə əvvəllər məhkumluğu olmayan, "xxxx" QSC-də qazanxananın sahə ustası vəzifəsində işləyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Nəsimi rayonu, Mircəlal küçəsi 16, ev 30 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 198.3-cü maddəsi ilə Bakı şəhəri Nərimanov Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Prokurorluğundan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 02 noyabr 2021-ci il tarixli qərar məhkəməyə daxil olmuşdur. Həmin qərarda göstərilmişdir ki, vəzifə təlimatının və “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları” nın 10.1, 10.2, 10.7 bəndlərinin tələbləri icazə sənədinə əsasən həmin işin görülməsi icraçısı təyin edilmiş Şəxs tərəfindən pozulmuşdur. Belə ki, 24.09.2021-ci il tarixdə X5 "xxxx" QSC-də qazanxanasında istilik radiatorunda baş vermiş sızmanın qarşını almaq məqsədi ilə təmir işləri görən zaman taxta materialdan kustar üsulla hazırlanmış 8 pilləli söykəmə nərdivandan yıxılaraq az ağır xəsarət almasına səbəb olmuşdur. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, 24.09.2021-ci il tarixdə "xxxx" QSC-nin Nərimanov Elektrik deposunda işə başlamamışdan əvvəl təmirçi-çilingərlər Emin Aydınbəyə tərəfindən texnikitəhlükəsizlik qaydalarına riayət olunması barədə təlimat keçirilmişdir. Bu barədə Emin cari təlimat jurnalına imza çəkmişdir. İşə başlamamışdan əvvəl təmirçi-çilingərlər mühafizə vasitələri ilə təmin olunmuşdur. Lakin yıxılan zaman üzərində olmamışdır. "xxxx" QSC-də qazanxananın sahə ustası vəzifəsində işləyir. Son olaraq barəsində qanunamüvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Səlahiyyətli orqana və zərər çəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi və zərər çəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin və zərər çəkmiş şəxsin oğlunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X8 15.10.2021-ci il tarixli 771 saylı rəyindən görünür ki, X2 məhkəmə - tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - qapalı kəllə - beyin travması, baş beyinin orta dərəcəli əzilməsi, sol yarımkürənin üzərində lövhəvari subdural hematoma, subaraxnoidal qansızma ilə müşayiət olunan təpə nahiyəsinin əzilmiş yarası bər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni 3-4 metr hündürlükdən yıxılması nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 24.09.2021ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AGİR zərər vurmaya aiddir. Məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 10/5519 №-li, 25.10.2021-ci il tarixli rəyində qeyd olunmuşdur ki, baş vermiş hadisə ilə əlaqədar “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydalarını”nın 3.1, 4.11.1, 4.11.4, 10.1, 10.2, 10.7 bəndlərinin, “Elektromexanika xidmətinin Qazanxana sahəsinin ustasının vəzifə təlimatı”nın 2.7 bəndinin və “Elektromexanika xidmətinin Qazanxana sahəsinin təmirçi çilingərlərinin vəzifə təlimatı”nın 2.3 bəndinin tələbləri pozulmuşdur. Belə ki, "xxxx" QSC-nin X4 vaqonların təmiri sexində təmir işlərinin aparılması zamanı iş sahəsində naryad-buraxılış sənədində göstərilən bütün zəruri təhlükəsizlik tədbirlərinin (icazə sənədinin 3-cü bəndinin abzaslarında göstərilən) yerinə yetirilməsi təmin edilmədiyinə görə, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 4.11.1, 4.11.4 bəndlərinin tələbləri həmin işin görülməsinə təyin edilmiş məsul iş rəhbəri tərəfindən pozulmuşdur. Bakı Metropoliteni” QSC-nin X4 vaqonların təmiri sexində təmir işlərinin aparılması zamanı mövcud qaydaların tələblərinə uyğun olmayan (işçi meydançası, başmaqları və iti metal uduqları bəndlərinin tələbləri icazə sənədinə əsasən həmin işin görülməsinə icraçı təyin edilmiş "xxxx" QSC-də qazanxananın sahə ustası vəzifəsində işləyən Şəxs tərəfindən pozulmuşdur. "xxxx" QSC-də təmirçi çilingər vəzifəsində işləyən X3 heç bir tapşırıq və ya göstəriş verilməməsinə baxmayaraq, özbaşına olaraq təmir işlərinin aparılmasına başladığına və mövcud qaydaların tələblərinə uyğun olmayan (işçi meydançası, başmaqları və iti metal uduqları olmayan) söykəmə nərdivanın üzərində qoruyucu kəmərdən istifadə etmədən təmir işini həyata keçirməklə öz fərdi təhlükəsizliyinə riayət etmədiyinə görə, vəzifə təlimatının 2.3 bəndinin və “Hündürlükdə iz zamanı texniki təhlükəsizlik Qaydaları nın 3.1 bəndinin tələbləri onun tərəfindən pozulmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 02 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin əməlində AR İXM-nin 198.3-cü maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokurorluğuna məlumat verilməsi və s. qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 02 noyabr 2021-ci il tarixli qərar və inzibati materialda olan digər sənədlərlə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar