Məhkəmə qərarları › İş №3(005)-2788/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2788/2023

28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2788/2023 28.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis kapitanı Toğrul Məmmədovun 07 sentyabr 2023-cü il tarixli qərarından və 16 sentyabr 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 11:38 radələrində etibarnamə əsasında idarə etdiyi "Toyota Prius-minik" markalı ** EM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi ilə ilə X.Şuşinski küçəsinin kəsişməsinə çatıb sola dönmə əməliyyatı edərkən manver etmə qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan həmin kəsişmədə düzünə hərəkətdə olan sürücü X5 etibarnamə əsasında idarə etdiyi "Chevrolet Malibuminik" markalı ** AF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və toqquşma nəticəsində "Toyota Prius-minik" markalı ** EM *** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini olan X4 yüngül bədən xəsarətinin yetirilməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Şəxs tərəfindən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Araşdırma zamanı izahatı alınmış Vət. Şəxs izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 11:38 radələrində o etibarnamə əsasında idarə etdiyi "Toyota Prius-minik" markalı ** EM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi ilə S.Vurğun küçəsi istiqamətindən üzü Azadlıq prospekti istiqamətində 2 zolaqdan ibarət avtomobil yolunda sağdan 2-ci zolaqla saat da 20 km sürətlə düzünə hərəkət etmişdir. Həmin vaxt avtomobildə tanımadığı müştəri xanım əyləşmişdi. O idarə etdiyi avtomobil ilə Y.V. Çəmənzəminli küçəsi ilə X.Şuşinski küçəsinin kəsişməsinə çatan zaman sola dönmək üçün avtomobilin sükanını sola döndərib, hərəkətə başlamışdır. Bu zaman Y.V.Çəmənzəminli küçəsi ilə S.Vurğun küçəsi istiqamətində Azadlıq prospekti istiqamətindən hərəkət edən "Chevrolet Malibu" markalı ** AF *** dövlət qeydiyyat nişanlı avtomobili görməmiş və nəticə də avtomobilinin ön hissəsi ilə qeyd olunan avtomobilin sol yan hissəsi toqquşmuşdur. Hadisə nəticəsində xəsarət almış və ətrafdan təsadüfi keçən şəxslər və polis əməkdaşları köməyə gəlmişlər. Daha sonra isə o xəstəxanada müayinə olunub Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmişdir. Hadisə zamanı o xəsarət almışdır.O sürücülük vəsiqəsini itirmişdir. Aparılan təhqiqat araşdırması zamanı X10 izahatında bildirmişdir ki, xx.xx.2023-cü tarixdə saat təxminən 11:38 radələrində o etibarnamə əsasında idarə etdiyi "Chevrolet Malibu-minik" markalı ** AF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi ilə Azadlıq prospekti istiqamətindən üzü S.Vurğun küçəsi istiqamətində 2 zolaqdan ibarət avtomobil yolunda sağdan 2-ci zolaqla saat da 40 km sürətlə düzünə hərəkətdə olan zaman Y.V.Çəmənzəminli küçəsi ilə X.Şuşinski küçəsinin kəsişməsinə çatan zaman Y.V.Çəmənzəminli küçəsi ilə S.Vurğun küçəsi istiqamətindən üzü Azadlıq prospekti istiqamətində hərəkət edən "Toyota Prius-minik" markalı ** EM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qəflətən avtomobilinin sükanım sola döndərək X.Şuşinski küçəsi istiqamətində dönmüşdür. Bu zaman o avtomobilini sağ tərəfə çəksə də, nəticədə avtomobilinin sol hissəsi ilə qeyd olunan avtomobilin ön hissəsi toqquşmuşdur. Hadisədən sonra ətrafdan təsadüfi keçən şəxslər köməyə gəlmişlər. Bir müddət sonra isə Nərimanov RPİ-nin əməkdaşı hadisə yerinə gələrək araşdırma aparmağa başlamışdır.O da həmin araşdırmada iştirak etmişdir. O xəsarəti olmadığı üçün imtina etmişdir. Təhqiqat zamanı vət.X3 yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması faktı ilə əlaqədar olaraq, onun izahatının alınması üçün dəfələrlə istifadəsində olan 050 *** ** ** saylı mobil nömrə ilə əlaqə saxlanılmışdır.Vətəndaş hər dəfə gəlib izahat verəcəyini qeyd etsədə, sonradan gəlmədiyindən onun izahatını almaq mümkün olmamışdır.Bu barədə protokol tərtib edilərək materiala əlavə edilmişdir. Nərimanov RPİ-nin Növbətçi Hissəsinin məsul növbətçisi Zaur Axundov tərəfindən tərtib edilmiş HK-1N 886/102-1570/ nömrəli, xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12:57-də RPİ-nin TŞX-nin Yunisov TŞ 6-157 kamera görüntüsü əsasında məlumat verərək bildirdi ki, F.X.Xoyski küçəsi və X.Şuşinski küçələrinin kəsişməsində baş vermiş YNH-si zamanı, “Chevrolet” markalı **-AF-*** dövlət nömrə nişanlı avtomaşınla, “Toyota” markalı **-EM-*** dövlət nömrə nişanlı avtomaşının toqquşması nəticəsində xəsarət alan olması barədə məlumat bildirilmişdir. Nərimanov RPİ-nin Növbətçi Hissəsinin məsul növbətçisi Zaur Axundov tərəfindən tərtib edilmiş MK-2N-14299 nömrəli, xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü ii tarixdə saat 16:34-də, City Hospitaldan həkim Qurbanova məlumat verərək bildirdi ki, F.X.Xoyski və X.Şuşinski küçələrinin kəsişməsində baş vermiş YNH-si zamanı, xx.xx.1976-cı il təvəlüdlü X1-beyin travması və bədənin küt travması xəsarətləri alması barədə məlumat bildirilmişdir. 2/22122 nömrəli, 07 avqust 2023-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinə aktı”ndan görünür ki, Şəxs həmin gün ayıq olmuşdur; Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Prius" markalı ** EM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X9r; İş materiallarında olan sənəddən görünür ki, Şəxs B1,B,C1,C kateqoriyalı sürücüdür; İş materiallarında olan xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, Toyota Prius" markalı ** EM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şəxs etibar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X7 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 07 sentyabr 2023-cü il tarixli, 220-M nömrəli rəyindən görünür ki Vət. X2 adma tərtib edilmiş tibbi sənətdə qeyd edilən xəsarət-kəllə beyin travması-küt əşyanın təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 07 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafedici izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar