Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2790/2022 20.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hacıyev Cümşüd Əmir oğlunun katibliyi, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X4, tələbkar X5, müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X6 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6588/2014 nömrəli, xx.xx.2014-cü il tarixli, 2(005)-7000/2015 nömrəli, xx.xx.2015-ci il tarixli, 2(005)-638/2011 nömrəli, xx.xx.2011-ci il tarixli və 2(005)-690/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqələri ilə bağlı borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 16 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-690/2022 saylı, xx.xx.2022-ci il tarixli və digər üç icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbinə əməl etməmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X6 protokolu müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, icra sənədi üzrə borcu ödəməkdən qərəzli olaraq yayınmamışdır. İcra sənədindən yalnız 2022-ci ilin avqust ayının sonlarına yaxın məlumatı olmuşdur. Səhhətində olan problemlər ilə əlaqədar olaraq, əməliyyat olduğu üçün işdən çıxmalı olmuşdur. Bu səbəbdən də hazırda maddi vəziyyəti yaxşı deyil. Hazırki vəziyyətdə həmçinin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində nəzərdə tutulmuş məbləğlə də razı deyil. Həmin qətnaməni xx.xx.2022-ci il tarixdə rəsmi olaraq qəbz imzalamaqla qəbul etmişdir. Qeyd edilən qətnamədən hazırda şikayət vermək hüququ mövcuddur. Həmin qətnamənin qanuniliyi təsdiq edilərsə, borcunu ödəməyə razıdır. Odur ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X3 çıxış edərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs məhkəmə qərarlarının icrasından yayınmır. Özünün də bildirdiyi kimi icra sənədləri barədə gec məlumatı olmuşdur. İş materiallarından da görünür ki, həqiqətən onun rəsmi şəkildə məlumatlandırılması, rəsmi olaraq şöbəyə çağırılması ilə bağlı heç bir sübutedici sənəd mövcud deyil. Hazırda onun qeyd edilən icra sənədlərinin icrası üçün heç bir icra tədbiri görülməmiş, bank hesabları, əmlak vəziyyəti barədə zəruri məlumatlar əldə edilməmişdir. Həmçinin, Şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsini xx.xx.2022-ci il tarixdə rəsmi olaraq qəbz imzalamaqla qəbul etmişdir. Hazırda həmin qətnamədən apellyasiya şikayəti verməyə hazırlaşırlar və qanunla müəyyən edilmiş müddət bitmədən həmin iş üzrə apellyasiya şikayəti veriləcəkdir. Başqa sözlə, həmin qətnamə qanuni qüvvəsini almamışdır və onlar həmin qətnaməni mübahisələndirəcəklər. Əgər qətnamənin əsaslılığı yuxarı instansiya məhkəməsi tərəfindən təsdiq edilərsə, müəyyən olunmuş tələb icra ediləcəkdir. Qeyd olunanları nəzərə alaraq inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi : Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-690/2022 nömrəli, xx.xx.2022cı il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs maddi zərərin əvəzi kimi 17.600 (on yeddi min altı yüz) manat və qüsur aktının əldə edilməsi üçün 300 manatın iddiaçı X5 xeyrinə ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2022-ci il tarixli «İcraata başlamaq haqqında» qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-690/2022 nömrəli, xx.xx.2022-cı il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-638/2011 nömrəli, xx.xx.2011-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-638/2011 nömrəli, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən borclular Şəxs və X7 müştərək qaydada 616 manat məbləğində pul vəsaitinin və 20 manat dövlət rüsumunun tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməli olduğu qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2021-ci il tarixli «İcraata başlamaq haqqında» qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, borclu Şəxsna icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-638/2011 nömrəli, xx.xx.2011-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7000/2015 nömrəli, xx.xx.2015ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, borclu Şəxs ünvan 3 ünvanda sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs X2 xeyrinə 1163,75 manat borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu məbləğində pulun tutulması qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2015-ci il tarixli «İcraata başlamaq haqqında» qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7000/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6588/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, borclu Şəxs 744 manat məbləğində əsas borc, 89.28 manat məbləğində cərimə borcu, cəmi 833.28 manat və 20 manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutullması qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2014-cü il tarixli «İcraata başlamaq haqqında» qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6588/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzürsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməmişdir. İş materiallarından və barəsində icraat aparılan şəxsin izahatından aydın olur ki, o qeyd edilən icra sənədlərinin icrası barədə yalnız xx.xx.2022-ci il tarixdə axtarış əsasında saxlanıldıqdan sonra məlumatı olmuşdur. Həmçinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2022-ci il tarixli izahatından görünür ki, onun icra sənədi barədə məlumatlandırılması məhz həmin tarixdə baş vermişdir. xx.xx.2022-ci il tarixdə isə barəsində protokol tərtib edilərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuşdur. Qeyd edilən tarixdən sonrakı dövrdə isə borclu Şəxs rəsmi qaydada 16 avqust 2022-ci il tarixdə icra şöbəsində olmuş və ondan tələbin tam şəkildə ödənilməsi tələb edilib izahatı alınmış, daha sonra isə icra məmuru tərəfindən 16 sentyabr 2022-ci il tarixdə onun barəsində protokol tərtib edilmişdir. Yəni göründüyü kimi, borclu Şəxs 16 avqust 2022-ci il tarixdən başlayaraq, xx.xx.2022-ci il tarixli, 2(005)-690/2022 nömrəli icra vərəqəsi əsasında ümumilikdə 17900 (on yeddi min doqquz yüz) manat məbləği qısa müddət ərzində ödəməyə faktiki olaraq maddi və fiziki imkanı olmamışdır. Belə olan halda isə onun əməlində məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun tələblərini və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halı, yəni İXM-nin 528.1-ci maddəsinin tərkibi mövcud deyildir. Bundan başqa xüsusilə qeyd edilməlidir ki, Şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-690/2022 saylı qətnaməsini xx.xx.2022-ci il tarixdə rəsmi olaraq qəbz imzalamaqla qəbul etmişdir. Həmin qətnamədən qət edilmiş məbləğlə razı olmadığından həmin qətnaməni apelyasiya qaydasında mübahisələndirəcəyini, bundan sonra məhkəmənin mövqeyinə uyğun olaraq borcunu icra etməyə hazır olduğunu bildirmişdir. Qeyd edilən qətnamədən hazırda şikayət vermək hüququnun mövcud olması nəzərə alınmaqla, onun həmin qətnaməni icra etməməsi, icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi qiymətləndirilə bilməz. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6588/2014 nömrəli xx.xx.2014cü il tarixli, 2(005)-7000/2015 nömrəli xx.xx.2015-ci il tarixli və 2(005)-638/2011 nömrəli xx.xx.2011-ci il tarixli icra sənədlərinə gəldikdə isə qeyd etmək lazımdır ki, məhkəmə baxışı zamanı borclu Şəxs rəsmi iş yerinin, adına hər hansı daşınmaz, daşınar əmlakın və gəlirinin olması, həmçinin icra məmuru tərəfindən artıq icraya yönəldilməsindən 7 ildən artıq müddət keçmiş icra sənədləri üzrə konkret olaraq hər hansı icra tədbirinin həyata keçirilməsi müəyyən olunmur və məhkəmə baxışı zamanı bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Ümumiyyətlə, icra işinin materiallarından Şəxs həmin icra sənədləri barədə nə vaxt məlumalandırılması müəyyən edilmir. Göründüyü kimi hazırkı iş üzrə şəxsin inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi üçün əsas şərt olan icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halı təqdim edilmiş sübutlarla öz təsdiqini tapmır. Bu səbəbdən məhkəmə hesab edir ki, borclu Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, hazırki halda borclu Şəxs hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış inzibati icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6588/2014 nömrəli, xx.xx.2014-cü il tarixli, 2(005)-7000/2015 nömrəli, xx.xx.2015-ci il tarixli, 2(005)-638/2011 nömrəli, xx.xx.2011-ci il tarixli və 2(005)-690/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icra edilməməsi ilə bağlı Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2790/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2790/2022
20.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver