Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2798/2024 09.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin YNH üzrə baş inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sosial işçi vəzifəsində çalışan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis kapitanı Mirsaleh Cavadovun 06 avqust 2024-cü il tarixli qərarından və xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 02:30 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan sürücü Şəxs idarə etdiyi "Toyota Carolla" markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Nərimanov rayonu Z.Bünyadov prospekti ilə hərəkətdə olan zaman idarəetməni itirməsi nəticəsində yolayrıcı olan beton maneyə dəyərək çırpılmış və nəticədə həmin avtomobilin sərnişini olan X4 yüngül bədən xəsarətinin yetirilməsi ilə nəticələnən ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Şəxs İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin YNH üzrə baş inspektoru X2 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 02:30 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan sürücü Şəxs idarə etdiyi "Toyota Carolla" markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Nərimanov rayonu Z.Bünyadov prospekti ilə hərəkətdə olan zaman idarəetməni itirməsi nəticəsində yolayrıcı olan beton maneyə dəyərək çırpılmış və nəticədə həmin avtomobilin sərnişini olan X4 yüngül bədən xəsarətinin yetirilməsi ilə nəticələnən ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs özünü İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 02:30 radələrində o sürücülük hüququ və etibarnamə olmadan qardaşının etibarnamə əsasında idarə etdiyi "Toyota Carolla" markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Nərimanov rayonu Z.Bünyadov prospekti ilə üzü 20 yanvar metrostansiyası istiqamətində hərəkət etmişdir. O, pula ehtiyacı oldugundan həmin gün taksi fəaliyyəti ilə məşğul olmuş və həmin vaxt avtomobildə qabaq oturacaqda adını bilmədiyi sərnişin qadın əyləşmişdir. Havanın yağışlı olduğundan və şüşə təmizliyənin nazasız olmasından o qarşıda yolu görməyib yolayrıcı beton səddə dəyərək idarəetməni itirmiş və avtomobil 1 dəfə çevrilirək yolun hərəkət istiqamətinin əks vəziyyətində hərəkətsiz qalmışdır. Ətrafdakı insanların köməkliyi ilə onu və sərnişini avtomobildən düşürtmüşlər. Həmin sərnişin qadın başqa bir avtomobil ilə oradan uzaqlaşmışdır.Təxminən hadisədən bir qədər keçdikdən sonra ona bir qadın zəng vuraraq həmin sərnişinin bacısı olduğunu bildirərək xəstəxanada olmalarını demişdir. Hadisə zamanı o xəsarət almamışdır. Hadisə baş verən zaman 70 km saat sürətlə hərəkət etmişdir. Hadisə zamanı o əyləci sıxaraq avtomoibli dayandırmağa çalışsa da, avtomobili dayandıra bilməmişdir. Törətdiyi əməldən peşmandır, məhkəmədən ona yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X6 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə o yaşadığı ünvandan Xırdalan şəhərinə taksi sifariş vermişdir, təxminən 5 dəqiqədən sonra Toyota markalı avtomobil onun olduğu ünvana yaxınlaşmış və o avtomobildə qabaq oturacaqda əyləşmişdir. Nərimanov rayonu Z.Bünyadov prospektində hərəkətdə olduqları zaman havanın yağışlı olduğundan o sürücüyə avtomobili yavaş sürməsini xahiş etmişdir, elə bu zaman Z.Bünyadov prospketində olan körpünün beton səddinə avtomobil çırpılmış və avtomobil bir neçə dəfə yarımçevrili halda aşaraq dayanmışdır. Hadisə zamanı o avtomobildə xəsarət aldığı ücün xəstəxanaya müraciət etmişdir. Hadisə zamanı ona məxsus "İphone 15 Pro" markalı mobil telefonu yararsız hala düşüb. Hadisə zamanı bədən xəsarəti almışdır. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/40057 saylı xx.xx.2024-cü il tarixli tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluq vəziyyəti ayıqdır. Nərimanov RPİ-nin Növbətçi Hissəsinin məsul növbətçisi, polis baş leytenantı Ruslan Qədimov tərəfindən tərtib edilmiş 1_NK №/-820-/102-4891/ nömrəli, xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə DİN 102 xidmətindən Dərnəgül ərazisində 20 yanvar tunelə çatmamış baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində bir nəfər şəxsin xəsarət alması barədə məlumat daxil olmuşdur. Nərimanov RPİ-nin Növbətçi Hissəsinin məsul növbətçisi, polis baş leytenantı Ruslan Qədimov tərəfindən tərtib edilmiş 2_NK №/-15339 nömrəli, xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə KTM-dən Nərimanov RPİ-nə, Salam Adil tunelin çıxışında baş vermiş yol nəqliyyat hadisəsi zamanı 1985-ci il təvəllüdlü X3 xəsarət alması barədə məlumat daxil olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X5 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 887 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, X3 bədəni üzərində aşkar edilmiş xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-in 332.4-cü maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 3-cü qrup əlildir. Sürücü Şəxs həmin hərəkətləri ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin (Velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir), Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin (yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar;) tələblərini pozmuşdur. Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə saat 02:30 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan sürücü Şəxs idarə etdiyi "Toyota Carolla" markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Nərimanov rayonu Z.Bünyadov prospekti ilə hərəkətdə olan zaman idarəetməni itirməsi nəticəsində yolayrıcı olan beton maneyə dəyərək çırpılmış və nəticədə həmin avtomobilin sərnişini olan X4 yüngül bədən xəsarətinin yetirilməsi ilə nəticələnən ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir, bununla da İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. İXM-in: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir; 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 2-ci bəndinə əsasən “A”, “B”, “C” kateqoriyalarına, “B1” və “C1” altkateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ üçün 18 yaş nəzərdə tutulur) bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü bəndinə əsasən velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə almaqla hesab edir ki, Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-2798/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2798/2024
09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver