Məhkəmə qərarları › İş №3(005)-2799/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2799/2022

23.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2799/2022 23.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Nərimanov Rayon İcra Şöbəsinin böyük icra məmuru X4, Zərərçəkmiş şəxs – X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi – “A.İ.M.” Vəkil Bürosunun vəkili X10 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nərimanov Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nərimanov Rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 19 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında borcludan xx.xx.2022-ci il tarixə yaranmış 3265 manat aliment borcunun ödənilməsi tələb edilmişdir. Borclu isə imkanı olmadığını bildirmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Nərimanov Rayon İcra Şöbəsinin böyük icra məmuru X6 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 249/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 26 noyabr 2011-ci ildə doğulmuş X7 və 02 dekabr 2007-ci ildə doğulmuş X9 yetkinlik yaşına çatana kimi saxlanılması ilə bağlı borclu Şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat məbləğində aliment tutularaq tələbkar X3 verilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya məlumat üçün isə tələbkara və məhkəməyə göndərilmişdir. Bundan əlavə sözü gedən icraata başlamaq haqqında qərar və bildiriş borclu tərəfindən imza edilməklə qəbul edilmişdir. Lakin borclu icra sənədinin icrası ilə bağlı onun ünvanına göndərilmiş qərar və bildirişə heç bir münasibət bildirməmiş və məhkəmə qərarının icrasından üzürsüz səbəbdən yayınmışdır. Lakin hazırki tarixədək könüllü və sonrakı müddət ərzində icra sənədi ilə müəyyən edilmiş vəzifələr borclu tərəfindən yerinə yetirilməmiş, məhkəmə qərarlarının real icrasına yönələn heç bir tədbir görülməmiş, bu tədbirlərin həyata keçirilməsinə hərəkətsizlik göstərilməklə, tələbin təmin edilməsinə təşəbbüs belə göstərilməmişdir. Şəxs əmlak vəziyyətini müəyyən etmək məqsədi ilə, əmlak sorğuları edilmiş, lakin borclunun adına heç bir daşınar və daşınmaz əmlak aşkar olunmamışdır. Əlavə olaraq bildirmişdir ki, icraata xx.xx.2022-ci il tarixdə daxil olmuş Nərimanov Rayon Məhkəməsinin 2(005)-249/2022 saylı, 07.01,2022-ci il tarixli icra sənədinə əsasən tələbkar X3 və borclu Şəxs barışmaları üçün 3 ay müddətinə müəyyən edilmiş və məhkəmə iclası 18 aprel 2022-ci il tarixə, saat 09:30-a təxirə salınmışdır.Barışıq üçün müəyyən edilmiş müddətdə müvəqqəti olaraq, yəni 18 aprel 2022-ci il tarixədək 26 noyabr 2022-ci il təvəllüdlü X12 və 02 dekabr 2007-ci il təvəllüdlü X1 ilə bağlı borclu Şəxs hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Sözü gedən icra sənədi üzrə borclu barəsində xx.xx.2022-ci il tarixdə inzibati protokol tərtib edilərək Nərimanov Rayon Məhkəməsinə təqdim edilmiş, lakin məhkəmə sözü gedən protokolu təmin etməyək xitam verilmişdir. Bundan sonra Nərimanov Rayon Məhkəməsinin 2(005)- 249/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi verildiyindən Nərimanov Rayon Məhkəməsinin 2(005)- 249/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icraatına xitam verilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-249/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu barəsində yenidən xx.xx.2022-ci il tarixdə inzibati protokol tərtib edilərək Nərimanov Rayon Məhkəməsinə təqdim edilmiş, lakin məhkəmə sözü gedən protokolu təmin etməyək xitam verilmişdir. Bundan sonra borclunun axtarışı barədə qərar qəbul edilərək xx.xx.2022-cü il tarixdə icra olunması üçün Nərimanov rayon Polis İdarəsinə göndərilmişdir. Borclu Musayev X8 Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə şöbəyə təqdim edilmişdir. Borclu Şəxs xx.xx.2022-ci il tarixə kimi aliment borcu 3265 (üç min iki yüz altmış beş) manat təşkil edir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə aparılan şəxs Şəxs övladları üçün aliment ödəmədiyini, uşaqları təkbaşına böyütdüyünü bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, icra sənədi üzrə borcunu ödəməməsinin səbəbi uzun müddət xəstə və işsiz olmasıdır. Lakin hazırda iş tapmışdır və icra sənədini ən qısa zamanda icra edəcəkdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nərimanov Rayon Məhkəməsinin 2(005)-249/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, iddianın təmin edilməsi, Şəxs ilə X5 arasında 10 noyabr 2006-cı il tarixdə Qazax Rayon Qeydiyyat Şöbəsində 718 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, 26 noyabr 2011-ci ildə doğulmuş X12 və 02 dekabr 2007-ci ildə doğulmuş X9 iddiaçı X2 yanında saxlanılması, 26 noyabr 2011-ci ildə doğulmuş X7 və 02 dekabr 2007-ci ildə doğulmuş X9 yetkinlik yaşına çatana kimi saxlanılması ilə bağlı cavabdeh Şəxs hər ay hər uşağa 175 manat, cəmi 350 manat məbləğində alimentin tutularaq iddiaçı X3 verilməsi, alimentin tutulma vaxtının xx.xx.2021-ci il tarixdən hesablanması, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(005)-249/2022 saylı qərardadı ilə müvəqqəti alimentin tutulmasının nəzərə alınması, qətnamənin aliment tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. “İcraata başlama haqqında” xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-249/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. “Tələbin könüllü icrası haqqında” 19 aprel 2022-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-249/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin dərhal könüllü icra etməsi Şəxs xahiş olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-364/2022 saylı, 14 iyun 2022-ci il tarixli qərardaddan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 249/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmini istiqamətində Şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. İnzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İXM-in 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğu qeyd olunur. Şəxsin İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə səbəb olmuş hal Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-249/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədardır. Hazırki iş materiallarından və tərəflərin izahatlarından müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-249/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs hər ay 350 manat sabit məbləğində pulu X2 xeyrinə ödəməlidir. İcra sənədinin hazırki tarixədək borclu tərəfindən tam şəkildə icra edilməməsinə baxmayaraq məhkəmə hesab edir ki, bu hərəkətlər Şəxs sağlamlıq imkanı ilə əlaqədar olmuş, işsiz olmuş, icra sənədini icra etməkdən boyun qaçırması qərəzli hərəkətlərlə nümayiş etdirilməmişdir. Habelə izahatında bildirmişdir ki, sağlamlıq vəziyyəti ilə əlaqədar olaraq icra sənədini dərhal icra edə bilmir, amma hazırda iş tapmışdır və icra sənədini icra edəcəkdir. Bununla da Şəxs hərəkətlərində AR İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan xəta tərkibinin bütün əlamətlərinin olması, habelə icra sənədini icra etməkdən qərəzli olaraq yayınma hərəkətləri məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar