Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-28/2024 10.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin böyük icra məmuru X1, Zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-1-ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin böyük icra məmuru X2 tərəfindən Şəxs barəsində MN seriyalı, ******* nömrəli, 20 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında borclu "xxxx" MMC-nin rəhbəri Şəxs "xxxx" MMC-nin borclu olduğu icra sənədi üzrə borclu vəzifəli şəxs kimi tələb olunmuş, lakin "xxxx" MMC-nin rəhbəri Şəxs borcu ödəyə bilmədiyini bildirmiş və icra məmurunun qanuni tələblərini icra etməmişdir. Bununla da borclu "xxxx" MMC-nin rəhbəri Şəxs İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin böyük icra məmuru tərəfindən 20 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin böyük icra məmuru X2 tərtib etmiş olduğu protokolun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2146/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 25 iyul 2018-ci il tarixindən 01 aprel 2021-ci il tarixinədək ödənilməyən ödəniş üçün 10080 (on min səksən) manat pul, 01 aprel 2021-ci ildən başlayaraq hər ay 315 (üç yüz on beş) manat aylıq ödəniş və dəymiş mənəvi ziyanın əvəzi olaraq 1000 (min) manat məbləğində pul vəsaiti borclu "xxxx" MMC-dən tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədi Şöbənin icraatına 21 06.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. İcraata başlamaq haqqında qərar borclunun rəhbəri X5 tərəfindən rəsmi qaydada xx.xx.2022-ci il tarixdə qəbul olunmuşdur. İcra sənədinin icrası könüllü təmin edilmədiyi üçün Elektron İcra" İnformasiya Sistemindən məlumat çıxarılmış, məlumatda borclunun adına bank hesablarının, nəqliyyat vasitəsinin və daşınmaz əmlakın mövcud olduğu qeyd olunmuş, bank hesabları ilə oağlı xx.xx.2022-ci il tarixdə inkasso sərəncamları qəbul edilərək müvafiq banklara göndərilmiş, lakin borclunun bank hesablarında vəsait aşkar edilməmişdir. ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin “CUPRUM" MMC-nin adına olduğu müəyyən olunmuşdur. "Mersedes Benz minik" markalı, **-YY-*** dövlət qeydiyyat nişanlı nəq iyyat vasitəsinin “Bank Standard" КВ-da girov predmeti olduğu və məhkəmə qərarı üzrə 55034,78 ABŞ dolları məbləğində kredit borcunun olduğu məlum olmuşdur. Bu səbəbdən tələbin həmin əmlaklara yönəldilməsi mümkün olmamışdır. Borclunun hüquqi ünvanında olan zaman "B.M.İ.” MMC-nin həmin ünvanda fəaliyyət göstərmədiyi müəyyən olunmuş, borclunun əvvəlki rəhbəri X5 barəsində bütün zəruri icra hərəkətləri həyata keçirilmiş, Nərimanov Rayon Məhkəməsinin 3(005)- 506/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə X5 barəsində 1200 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 3(103J-620/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Nərimanov Rayon Məhkəməsinin 3(005)-506/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. "xxxx" MMC-nin əvvəlki rəhbəri X5 barəsində icra tədbirləri davam etdirilən zaman “B.M.İ." MMC-nin rəhbəri vəzifəsindən çıxarılmış və yerinə Şəxs təyin olunmuşdur. Borclu "xxxx" MMC-nin yeni rəhbəri Şəxs xx.xx.2023-cü il tarixdə şöbəyə dəvət edilmiş, Məhkəmənin müvafiq qərarı barədə məlumat verilmiş və icraata başlamaq haqqında qərar və bildirişin surəti təqdim edilmişdir. Daha sonra icra sənədinin icrasını təmin etmək məqsədilə müvafiq orqanlara sorğular göndərilmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə şlərin Təhlükəsiz Görülməsi və X3 Agentliyinin 21,06.2023-cü il tarixli məktubuna əsasən, "xxxx" MMC-nin mülkiyyətində 1 ədəd 10 tonluq Körpülü kran, 1 ədəd 5 tonluq Körpülü kran, 2 ədəd 10 tonluq Əritmə sobası, 2 ədəd Doboo Sanat markalı Buxar qazanı və 1 ədəd 6.0 ton İnduksiya sobası aşkar edilmiş, lakin həmin əmlakların da Avropa Yenidənqurma və İnkişaf Bankında girov predmeti olduğu və həmin əmlakların banka təhvil verildiyi müəyyən edilmişdir. Borclu "xxxx" MMC-nin rəhbəri Şəxs icra sənədinin icrası ilə bağlı nəzərdə tutulmuş könüllü müddət bitdikdən sonra o, şöbəyə çağırılmış, eyni zamanda onun istifadəsində olan mobil nömrəyə "Elektron İcra" İnformasiya Sistemi vasitəsilə "SMS” bildiriş göndərilmiş, lakin Şəxs şöbəyə gəlməmiş və icra məmurunun qanuni tələblərinə riayət etməmişdir. Borclu "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində xx.xx.2023cü il tarixdə ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək Nərimanov rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə prosesi zamanı borclu "xxxx" MMC-nin rəhbəri Şəxs tələbkara ödənilməsi üçün 500 manat məbləğində vəsaiti Nərimanov rayon İcra şöbəsinin depozit hesabına köçürmüş, lakin ödəniş qəbzini şöbəyə təqdim etməmişdir. Nərimanov Rayon Məhkəməsinin 3(005)-2149/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən borclu "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilmişdir. Borclu "xxxx" MMCnin rəhbəri Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq tam icra etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə, icra sənədi üzrə tələbin tam təmin edilməsinə dair heç bir təşəbbüs göstərməmiş, eyni zamanda inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamışdır. Borclu "xxxx" MMC-nin rəhbəri Şəxs xx.xx.2023-cü il tarixdə şöbəyə dəvət edilmiş, izahatı alınmış, icra sənədi üzrə tələbin tam təmin edilməsi barədə xəbərdarlıq edilmiş, lakin bugünədək tələb təmin edilməmişdir. Yekunda "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, icra sənədi qərəzli olaraq "xxxx" MMC-nin rəhbəri Şəxs tərəfindən icra edilmir. İcra sənədinin tam şəkildə icra edilməsini tələb edir. Yekunda "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin rəhbəri Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Buna görə də məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin rəhbəri Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2146/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, 25 iyul 2018-ci il tarixindən 01 aprel 2021-ci il tarixinədək ödənilməyən ödəniş üçün 10080 (on min səksən) manat pul, 01 aprel 2021-ci ildən başlayaraq hər ay 315 (üç yüz on beş) manat aylıq ödəniş və dəymiş mənəvi ziyanın əvəzi olaraq 1000 (min) manat məbləğində pul vəsaiti borclu "xxxx" MMC-dən tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2146/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC-nin rəhbəri Şəxs müvafiq bildirişi və qərarı xx.xx.2022-ci il tarixdə rəsmi qaydada qəbul etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2149/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qərarından görünür ki, "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1200 manat məbləğində cərimə edilmişdir. “Elektron İcra” İnformasiya Sisteminin vergi məlumatlarından əldə edilmiş məlumata əsasən borclu "xxxx" MMC-nin rəhbərinin Şəxs olduğu göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya böyük icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs icra qeydi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək, icra vərəqəsinin icrasını tam şəkildə təmin etməmiş, icra sənədinin icrasının təmin edilməsinə hərəkətsizlik göstərmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə işin digər hallarını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-28/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-28/2024
10.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver