Məhkəmə qərarları › İş №3(005)-280/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-280/2024

20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-280/2024 20.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhər BPİ-nin X12 İdarəsinin nümayəndəsi X2, inzibati xəta haqqında iş üzrə şikayət verən X3 iştirakları ilə, Bakı şəhər X12 İdarəsinin inspektoru X8 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” İXP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərardan X3 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6, Bakı şəhər X12 İdarəsinin inspektoru X8 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” İXP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər X12 İdarəsinin inspektoru X8 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” İXP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərardan narazıdır. Bu səbəbdən də qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən X6 izahatında bildirmişdir ki, “OPEL ZAFİRA” minik markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Yusif Səfərov küçəsində tunelə daxil olub G.Qədirbəyov istiqamətində hərəkət edirmiş. Tələsməsi səbəbindən yolda hərəkət zolağını dəyişmiş və digər avtomobilin qarşısına keçmişdir. Lakin qarşısına keçdiyi avtomobilin sürücüsü istəsəydi əyləcə basıb avtomobilin sürətini azalda bilrədi, ancaq bunun əvəzinə siqnaldan istifadə etmişdir. Bu səbəbdən də yol nəqliyyat hadisəsi baş vermişdir. Qeyd olunanları nəzərə alaraq şikayətinin təmin olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər BPİ-nin X12 İdarəsinin nümayəndəsi X5 çıxış edərək bildirdi ki, Bakı şəhər X12 İdarəsinin inspektoru X8 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” İXP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərar qanuni və əsaslıdır. X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi videogörüntüdən də aşkar şəkildə görünür. Bu səbəbdən də məhkəmədən şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhər X12 İdarəsinin inspektoru X8 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” İXP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X6 “OPEL ZAFİRA” minik markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə saat 09:30-da Yusif Səfərov küçəsində hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan hadisənin görüntülərini özündə əks etdirən CD diskə baxış keçirilərkən müəyyən olunur ki, “OPEL ZAFİRA” minik markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobil Yusif Səfərov küçəsində hərəkətdə olarkən tunelə daxil olur və bir qədər hərəkət edtikdən sonra hərəkət etdiyi zolağı dəyişməklə sağ tərəfdə hərəkətdə olan avtomobilin qarşısına keçir və nəticədə yol nəqliyyat hadisəsi baş verir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, şikayətdə X6 tərəfindən inzibati xətaya yol verilməməsi barədə dəlillər hər hansı tutarlı sübutla əsaslandırılmamışdır. Məhkəməyə təqdim edilən sənədlərlə onun İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Məhkəmə şikayət verən şəxs X4 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 327.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X1 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər X12 İdarəsinin inspektoru X8 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” İXP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərardan X3 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. n imza Düzdür Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar