Məhkəmə qərarları › İş №3(005)-2812/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2812/2023

03.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2812/2023 03.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili X4 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC 1000000.00 rus rublu məbləğində vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 1000000.00 rus rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Orbita-MK» MMC-nin nümayəndəsi və vəkili X2 məhkəməyə təqdim etdiyi etirazda qeyd olunmuşdur ki, Şəxs MMC ilə Rusiya Fedeasiyasının fərdi sahibkarı X5 arasında meşə materiallarının (taxtanın) Azərbaycan ərazisində tədarükü barədə 26 Fevral 2019-cu il tarixli 02 saylı müqavilə bağlanıb. Həmin müqavilə əsasında Şəxs MMC Kuzmina Lyudmilaya 34937093 Rusiya rublu məbləğində pul köçürüb. Lakin həmin şəxs Şəxs MMC- nin ünvanına cəmi 28834219 rubl dəyərində 59 vaqon taxta materialı göndərib, qalan 18 vaqon malı isə tranzit qaydada Azərbaycan vasitəsilə İran islam Respublikasına göndərib. Kuzmina Lyudmila 6 102 874 rubl dəyərində malı Şəxs MMC-nin ünvanına göndərmədiyi üçün Şəxs MMC Rusiya Federasiyasının Komi Respublikasının Arbitraj Məhkəməsində ******* rublun Kuzmina Lyudmiladan alınaraq Şəxs MMC-yə ödənilməsi barədə iddia qaldırıb. Azərbaycan Respublikası Mərkəzi Bankının tərtib etdiyi inzibati xəta haqqında Protokolda göstərilən vəsait də 6 102 874 rubl vəsaitin bir hissəsidir. Komi Respublikasının Arbitraj Məhkəməsi A29-9023/2022 saylı 01 Mart 2023-cü il tarixli qətnaməsi ilə Şəxs MMC-nin iddiasını təmin etməyib. (01 Mart 2023-cü il tarixli qətnamə əlavə olunur) Şəxs MMC Komi Respublikasının Arbitraj Məhkəməsinin A29- 9023/2022 saylı 01 Mart 2023-cü il tarixli qətnaməsini əsassız və qanunsuz hesab edərək X6 Məhkəməsinə apellyasiya şikayəti verib. Rusiya Federasiyasının X6 Məhkəməsi A29- 9023/2022 saylı işdə 06 İyul 2023-cü il tarixli qərarı ilə Şəxs MMC-nin apellyasiya şikayətini təmin etməyib, Komi Respublikasının Arbitraj Məhkəməsinin A29-9023/2022 saylı 01 Mart 2023-cü il tarixli qətnaməsini dəyişdirilmədən saxlayıb. (06 İyul 2023cü il tarixli qərar əlavə olunur) Şəxs MMC X6 Məhkəməsinin A29-9023/2022 saylı işdə 06 İyul 2023-cü il tarixli qərarından 30 Avqust 2023-cü il tarixdə kassasiya şikayəti verib. Qeyd edilən məhkəmə aktları və kassasiya şikayəti mötəbər sübutlar olaraq Şəxs MMC-nin təqsirli olaraq valyuta vəsaitini təqsirli olaraq ölkəyə qaytarmamaq kimi inzibati xətanı törətdiyini istisna edir. Orbita-MK” MMC avans ödənilmiş pul vəsaitinin qaytarılması üçün bütün tədbirləri görüb, arbitraja müraciət edib, apellyasiya şikayəti verib, kassasiya şikayəti verib. İş hazırda kassasiya baxışı mərhələsindədir. Digər tərəfdən Şəxs MMC ilə Rusiya Fedeasiyasının fərdi sahibkarı X5 arasında meşə materiallarının (taxtanın) Azərbaycan ərazisində tədarükü barədə 02 saylı müqavilə 26 Fevral 2019- cu il tarixdə bağlanıb. Şəxs MMC həmin müqaviləyə uyğun olaraq 34937093 Rusiya rublu isə hissə-hissə 19 Sentyabr 2019-cu ildən sentyabr 2021-ci ildədək ödəyib. Məhkəməyə həmin sənədləri təqdim edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili X4 məhkəmə iclasında bildirmişdir ki, məhkəməyə təqdim etdiyi etiraza uyğun olaraq izahat verərək göndərilən məbləğ əsasında Rusiya Fedarasiyasından əldə edilməli mallar başqa bir şəxsə çatdırılmışdır. Bu barədə tərəflərindən onlara məlumat verilmiş və artıq bu taktı təsdiq edən sənədləri də əldə edib kassasiya şikayətini göndərmişlər. Bu barədə sənədi məhkəməyə verərək protokolda göstərilən vəsait üzrə malların göndərilməsi üçün hazırda Rusiya Federasiyasında məhkəmə mübahisəsinin mövcud olduğunu bildirmişdir. Mübahisənin nəticəsi üzrə malların və ya ödənilmiş pulların Şəxs MMC-yə qaytarılacağını qeyd etmişdir. O, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında protokol tərtib nümayəndəsinin iştirakı təmin edilməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, qanunvericiliyin aşağıda qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində İXM-nin 430.4-cü maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 45/1 nömrəli 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda (xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən) bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X7 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş “270 (iki yüz yetmiş)” sözləri “02 (iki) il” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 19 dekabr 2019-cu il tarixli qərarından görünür ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin dispoziyasından göründüyü kimi, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən edilir. Məhkəmə qeyd edir ki, Kami Arbitraj məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı, Apellyasiya məhkəməsinir xx.xx.2023-cü il tarixli qərarı qəbul edilmiş və Şəxs MMC-nin Rusiya Fedeasiyasımn fərdi sahibkarı X1rşı iddia tələbi rədd edilmişdir. Şəxs MMC tərəfindən təqdim edilmiş kassasiya şikayətindən aydın olur ki, Arbitraj məhkəmələrinin qərarlarından kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası İXM-in: 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmədə tədqiq edilən sübutlara əsasən Şəxs MMC sahibkarlıq fəaliyyətini həyata keçirərkən, Rüsiya Federasiyasından malların alınması üçün qabaqcadan vəsait ödəmiş, Rusiya Fedeasiyasımn fərdi sahibkarı X5 tərəfindən mallar Şəxs MMCnin ünvanına çatdırılmamışdır. Bu fakt MMC tərəfindən Rusiya Federasiyasında mübahisələndirilmiş və hazırda məhkəmə mübahisəsi davam etməkdədir. Məhkəmə hesab edir ki, bu halda Şəxs MMC hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in: 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 125,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx"MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhər Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar