Məhkəmə qərarları › İş №3(005)-2813/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2813/2020

03.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2813/2020 03.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin polis sahə inspektoru, polis kapitanı X1, Zərər çəkmiş şəxs- X6, Zərər çəkmiş şəxs-X3, Müdafiəçi – 14 saylı Vəkil Bürosunun vəkili X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Xəzər rayonu Türkan qəsəbəsi, Savxoz yeni yaşayış sahəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində tərtib olunmuş iş materialları xx xxxxxx 2020-ci il tarixdə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş X. F. Əliyev xx.xx.2019-cu il tarixdə saat 15:45-də Nərimanov rayonu, Ə. Rəcəbli küçəsi 3V saylı ünvanda vətəndaş X8 məxsus “Xiaomi Mi A2 Lite” markalı mobil telefonu dələduzluq yolu ilə almış və sonradan geri qaytarmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş X. F. Əliyev xx.xx.2020-ci il tarixdə Nərimanov rayonu, Təbriz küçəsi 17 saylı ünvanda vətəndaş X12 məxsus “X23 8” markalı mobil telefonu dələduzluq yolu ilə almış və sonradan geri qaytarmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş X. F. Əliyev xx.xx.2020-ci il tarixdə Nərimanov rayonu, Təbriz küçəsi 94 ünvanda vətəndaş X5 məxsus “Samsung A 40” markalı mobil telefonu dələduzluq yolu ilə almış və sonradan geri qaytarmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş X. F. Əliyev xx.xx.2020-ci il tarixdə Nərimanov rayonu, Təbriz küçəsi 94 ünvanda vətəndaş X15 məxsus “Samsung A6” markalı mobil telefonu dələduzluq yolu ilə almış və sonradan geri qaytarmamışdır Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş X. F. Əliyev xx.xx.2020-ci il tarixdə Nərimanov rayonu, Çernayevski 9 ünvanda vətəndaş X9 məxsus “Redmi Note 8 Pro” markalı mobil telefonu dələduzluq yolu ilə almış və sonradan geri qaytarmamışdır Barəsində inzibati icraat aparılan Şəxs müxtəlif vaxtlarda törətdiyi inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati materiallar xx.xx.2020-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin polis sahə inspektoru, polis kapitanı X4 çıxış edərək bildirmişdir ki, vətəndaş X13, X10 ərizə ilə PŞ-nə, X16, X18 və X14 ayrı-ayrı tarixlərdə DİN-in 102 zəng xidmətinə naməlum şəxs tərəfindən mobil telefonlarının oğurlandığını bildirmişlər. Daha sonra faktla bağlı araşdırılma aparılmış və araşdırma nəticəsində hadisələri törədən şəxsin Şəxs olması müəyyən edilmişdir. Həmin şəxs xx.xx.2019-cu il tarixdə inzibati qaydada tutulmuşdur. Şəxs əməllərində cinayət tərkibi olmadığından həmin materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən müxtəlif vaxtda törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X14 çıxış edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə idarə etdiyi Mercedes markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobillər taksi fəaliyyəti ilə məşğul olur. Həmin tarixdə bir nəfər vətəndaş yaxınlaşaraq Montin qəsəbəsində 8 nömrəli xəstəxanaya aparmasını xahiş etdi. O da həmin şəxsi dediyi ünvana gətirmişdir. Orada həmin vətəndaş evləri ilə əlaqə saxlamaq üçün ona məxsus olan mobil telefonunu istədi. O da ona danışmaq üçün mobil telefonu verdi. Sonradan ona məlum oldu ki, ona məxsus olan telefonu həmin şəxs danışmaq adı ilə alsa da telefonu qaytarmadan həmin ünvandan uzaqlaşmışdır. O da daha sonra hadisə ilə bağlı DİN-nin 102 xidmətinə və ərizə ilə PŞ-nə müraciət edərək hadisə barədə məlumat vermişdir. Son olaraq barəsində inzibati icraat aparılan Şəxs şikayətçi olduğunu və barəsində ən sərt inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 çıxış edərək izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə özünü Xəyal kimi təqdim edən şəxs məxsus “Samsung A40” markalı mobil telefonu danışmaq adı ilə ondan almış, sonra onun etbarından sui-istifadə edərək hadisə yerindən uzaqlaşmışdır. Hadisə Nərimanov rayonu ərazisində yerləşən “Bomond” adlı kafedə baş vermişdir. Son olaraq barəsində inzibati icraat aparılan Şəxs şikayətçi olduğunu və barəsində ən sərt inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü tam təqsirli bilib vermiş olduğu izahatında göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri, həmçinin oğurluq cinayətinin törədilməsində təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin AR İXM-nin 227-ci maddəsi ilə də 3 ay müddətinə inzibati həbs edilmişdir. O, həqiqətən də ayrı-ayrı tarixlərdə Nərimanov rayonu ərazisində müxtəlif yerlərdə vətəndaşları aldadaraq onlara məxsus telefonu alaraq kənara çəkilib telefonla danışdıqdan sonra, telefonu qaytarmadan həmin yerlərdən uzaqlaşmışdır. Son olaraq əməllərindən səmimi peşmançılıq çəkdiyini qeyd edib barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, hadisə nəticəsində X8 məxsus 290 manat dəyərində “Xiaomi Mi A2 Lite” markalı mobil telefonun dələduzluq yolu ilə ələ keçirilməsi faktı cinayət tərkibi yaratmadığından Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama kimi tövsif edilməsi və bu səbəblə də toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, hadisə nəticəsində X12 məxsus 490 manat dəyərində “X25 8” markalı mobil telefonun dələduzluq yolu ilə ələ keçirilməsi faktı cinayət tərkibi yaratmadığından Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama kimi tövsif edilməsi və bu səbəblə də toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, hadisə nəticəsində X15 məxsus 450 manat dəyərində “Samsung A6” markalı mobil telefonun dələduzluq yolu ilə ələ keçirilməsi faktı cinayət tərkibi yaratmadığından Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama kimi tövsif edilməsi və bu səbəblə də toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, hadisə nəticəsində X9 məxsus 450 manat dəyərində “Redmi Note 8 Pro” markalı mobil telefonun dələduzluq yolu ilə ələ keçirilməsi faktı cinayət tərkibi yaratmadığından Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama kimi tövsif edilməsi və bu səbəblə də toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, hadisə nəticəsində X5 məxsus 350 manat dəyərində “Samsung A40” markalı mobil telefonun dələduzluq yolu ilə ələ keçirilməsi faktı cinayət tərkibi yaratmadığından Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama kimi tövsif edilməsi və bu səbəblə də toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır İnzibati qaydada tutma haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 21:50-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3. İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs tərəfindən MN seriyalı 0629181, MN seriyalı 0629185, MN seriyalı 0629182, MN seriyalı 0629183, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollarda qeyd olunan hərəkətlər xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə törədilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxslərin izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Şəxs inzibati xətaya görə inzibati tənbeh almasına baxmayaraq eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə məhkəmə iş üzrə sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs inzibati xətaların törədilməsində təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.2, 34.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, eyni zamanda Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 03 (üç) ay müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 21:50-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar