Məhkəmə qərarları › İş №3(005)-2819/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2819/2024

19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2819/2024 19.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.2000-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 338.7-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Ramiz Pənahovun 23 iyul 2024-cü il tarixli qərarından və 04 sentyabr 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi ilə Ənvər Qasımzadə küçəsinin kəsişməsində Şəxs idarə etdiyi kiçik elektrik nəqliyyat vasitəsi ilə (skuterlə) birtərəfli hərəkət yolunda, yolun hərəkət hissəsinin nişanlanmasının tələbinə riayət etməyib, X2 qismində skuterə əyləşdirib, hərəkət edərək vətəndaş X1 qabarıq hissəsi ilə vurub, sol qaşüstü nahiyəsinin, üst dodağın, sağ dizin əzilmiş yaraları, sol göz ətrafının sol bazunun qançırları ilə müşayiət olunan və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurması faktı təsdiq olunsa da, Şəxs nəqliyyat vasitələrinin təhlükəsiz işləməsinin təmin edilməsini qaydalarını pozaraq ehtiyyatsızlıq nəticəsində vətəndaş X5 Az Ağır bədən xəsarəti yetirilməsi ilə nəticələnən ehtiyatsızlıqdan yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 338.7-ci maddəsi ilə təqsirli bilib izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 21:05 radələrində Nərimanov rayonu, Ak.Həliyev küçəsində yerləşən «X11»nin yaxınlığında «Kontak Plus» tətbiqi ilə "xxxx" ASC tərəfindən emissiya edilmiş kartından 5 manat ödəniş edərək elektrikli skuter kirayələmiş və skuteri idarə edərək S.Vurğun küçəsi ilə C.Hacıbəyli küçəsi istiqamətində hərəkətdə olan zaman «Ağ Çiçəyim» gül mağazasının yaxınlığında bir nəfər tanımadığı qız görüb, ona yaxınlaşmışdır. Həmin qızdan hansı tərəfə getdiyini soruşduqdu, qız «Dədə Qorqud» parkına getdiyini demişdir. O, həmin istiqamətdə getdiyini deyərək, ona birlikdə getməyə təklif etmişdir. Qız skuterə minmiş və yolda gedən zaman qızın adının Aytəkin olduğunu bilmişdir. Təxminən 10-15 dəqiqə sonra Nərimanov rayonu, C.Hacıbəyli küçəsi ilə Ə.Qasımzadə küçəsinin kəsişməsinə çatmışlar. Həmin küçələrin kəsişməsində yerləşən svetafora çatmağa 20-30 metr qalmış bir nəfər qadının yolun kənarı ilə getdiyini görmüşdür. Həmin vaxt skuterin surəti 18 km/saat olmuşdur. O, qadına çatmağa 1 metr qalmış, qadın qaçaraq, yolu keçmək istəmiş və bu zaman skuterin əyləc hissəsi ilə qadının qol hissəsinə dəymiş və qadın üzü üstə yerə yıxılmışdır. O, skuteri saxlayıb, həmin qadını kürəyi üstə çevirmişdir. Orada olan şəxslər qadını tərpmətməməyi və təcili yardım çağırmağı demişlər. O, Aytəkinə təcili yardım çağırmasını demişdir. Təxminən 15-20 dəqiqə sonra təcili yardım briqadası gəlib, həmin qadını Semaşko adlanan xəstəxanaya aparmışlar. 30 dəqiqə sonra Aytəkinlə birlikdə həmin xəstəxanaya getmiş və orada ona qadını müayinə üçün Nevrocərrahiyə Xəstəxanasına aparıldığı bildirilmişdir. Bundan sonra onlar Nevrocərrahiyə xəstəxanasına getmişlər. Orada ona qadının vəziyyətinin yaxşı olmasını və evə buraxıldığı bildirilmişdir. O, Xəstəxanada həmin qadının Natella Cavadova olduğunu bilmişdir. Şəxs əməlindən peşmandır. O barəsində daha yüngül inzibati tənbeh tədbirinin seçilməsini xahis etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında yaşayan X6 ərizə ilə 18-ci PŞ-nə müraciət edərək, xx.xx.2024-cü il tarixdə saat 21:20 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi ilə Ənvər Qasımzadə küçəsinin kəsişməsində yolu keçən zaman elektrikli skuterin onu vuraraq yerə yıxıdığını və nəticədə baş və ayaq nahiyəsindən xəsarət aldığını bildirmişdi. xx.xx.2024-cü il tarixdə DİN-nin TŞ-dən Hətəmxanova məlumat verərək, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində skuterin qadını vurmasını bildirmişdir. xx.xx.2024-cü il tarixdə X6 ərizə ilə 18-ci PŞ-nə müraciət edərək, xx.xx.2024-cü il tarixli müraciəti ilə bağlı heç kimə qarşı şikayət və tələbinin olmadığını bildirib, araşdırmanın dayandırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertizası və X9» X12 Nərimanov rayon Şöbəsindən xx.xx.2024-cü il tarixli, 762 nömrəli canlı şəxsin ekspertizası haqqında rəy alınmışdır. Həmin rəyə əsasən X3 xəsarətləri-sol qaşüstü nahiyəsinin, üst dodağın, sağ dizin əzilmiş yaraları, sol göz ətrafının sol bazünün qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə skuterlə vurulması nəticəsində əmələ gələ mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 23 iyul 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə Şəxs barəsində cinayət işi başlanılması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-in İXM-in 338.7-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsilə Nərimanov rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. “X13” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respubilkası Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəniasma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. İş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya surəti saatda 50 kilometrdən artıq olmayan iki və ya üçtəkərli nəqliyyat vasitələri (mopedlər) və oxşşar xüsusiyyətli digər nəqliyyat vasitələri CM-nin 263 və 263- 1-ci maddələrində nəzərdə tututulmuş cinafətlərin predmeti hesab edilmir. Belə nəqliyyat vasitələrini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması həmin şəxsin CM-nin 267-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilər. Məhkəmə qeyd edir ki, İXM-in 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanı etiraf edib əməlindən peşman olmasını, zərərçəkmiş şəxs ilə barışmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar