Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-2819/2025 07.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Babayev Kamal Yunis oğlu, X1 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, BNA seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın qüvvədən düşməsi və cərimənin ləğv edilməsinə dair ərizəsinə və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, BNA seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın qüvvədən düşməsi və cərimənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından da görünür ki, X1 inzibati cərimə edilməsinə dair xx.xx.2020-ci il tarixli, BNA seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar səlahiyyətli orqan Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmişdir. Hazırda həmin qərarın qəbul edildiyi tarixdən beş il müddət keçməsinə görə X3 ərizə ilə məhkəməyə müraciət edərək qərarın qüvvədən düşməsini, yəni icrasına xitam verilməsini xahiş edir. Lakin qeyd edilməlidir ki, həmin qərarın qəbul edilməsi səlahiyyəti Bakı Nəqliyyat Agentliyinə (hüquqi varısı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) aid olduğundan hazırda qanunvericiliklə müəyyən edilən qərarın icra müddətinin keçməsi məsələsinə münasibət bildirmək səlahiyyəti də məhz səlahiyyətli orqana aiddir. Belə olan halda məhkəmə səlahiyyətli orqanın səlahiyyətlərini həyata keçirə bilməz. Belə ki, həmin qərar məhkəmə tərəfindən qəbul edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 145-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) aşağıdakı hallarda qərarın icrasına xitam verir: inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş icra müddəti keçdikdə; 145.2. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsi barədə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qərardad qəbul edilir. Göründüyü kimi, qanunverici həmin səlahiyəti qərarı qəbul etmiş orqana həvalə etmişdir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, X1 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2020-ci il tarixli, BNA seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədən düşməsi və cərimənin ləğv edilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X1 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2020-ci il tarixli, BNA seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədən düşməsi və cərimənin ləğv edilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-2819/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-2819/2025
07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver