Məhkəmə qərarları › İş №3(005)-2825/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2825/2022

03.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2825/2022 03.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, «GMKB X4 Nakliye Sanayi ve Ticaret LTD Şirketi”nin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 499.1.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-1963/22 nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyat olan "GMKB Turizm İnşaat X3 və Ticaret LTD Sirkəti"nin Azərbayca- Respublikasındakı Filialı tərəfindən **********0122 saylı GB-ilə müvəqqəti idxal prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti bitmiş, ki "GMKB X4 Nakliye Sana; və Ticaret LTD Şirkəti"nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi barədə heç bir müraciət daxil olmamışdır. Lakin, müvəqqəti idxal müddətinin bitməsinə baxmayaraq "GMKB Turizm inşaat X3 və Ticaret LTD Şirkəti"nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 2 ədəd elektron teodoliylət və taxeometrlər və 2 ədəd ərazi ölçü cihazları yüklərinin müvəqqəti idxa müddəti bitməmiş Azərbaycan Respublikasının gömrük ərazisindən aparılmamış və yaxud diqər gömrük proseduru ilə rəsmiləşdirilməmişdir. Araşdırma zamanı "GMKB Turizm İnşaat X3 və Ticaret LTD Şirkəti'r - Azərbaycan Respublikasındakı Filialının etibarnamə üzrə nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı alınmışdır. O, verd izahatında bildirmişdir ki, "GMKB Turizm inşaat X3 və Ticaret LTD Şirkəti' nr Azərbaycan Respublikasındakı Filialı tərəfindən müvəqqəti idxal edilmiş 2 ədəd elektron teodoliyiə: və taxeometrlər və 2 ədəd ərazi ölçü cihazları yüklərini Əhmədbəyli-Horadiz Mincivan-Agbənd avtomobil yolunun tikintisi ilə bağlı layihə davam etdiyi üçün geri qaytarmamış, yeni işçi olduğu üçün müddət uzadılması ilə bağlı ərizə təqdim etməyi unutmuş, bu barədə xəbərdarlıq etməmişdir. Həmin yükə dair xx.xx.2022-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə müddətin uzadılması ilə bağ ərizə ilə müraciət edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, 2 ədəd elektron teodoliylət və taxeometrlər və 2 ədəd ərazi ölçü cihazları yüklərinin müvəqqəti idxal müddəti xx.xx.2022-ci il tarixində bitmiş, bitdikdən 2 gün sonra xx.xx.2022-ci il tarixdə xx/xx/020835 nömrə ilə qeydiyyata alınmış ərizə ilə uzadılması ilə bağlı müraciət edilmişdir. Bununla da «GMKB X4 Nakliye Sanayi ve Ticaret LTD Şirketi”nin Azərbaycan Respublikasındakı filialı barəsində İXM-in 499.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük Prosedurları Şöbəsinin rəis müavini İlqar Namazovun Bakı Baş Gömrük İdarəsinin rəsisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan görünür ki, "GMKB X4 Nakliye Sanayi və Ticarət LTD Şirkəti"nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən **********0122 saylı 3B- ilə müvəqqəti idxal prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti bitmiş, ki GMKB X4 Nakliye Sanayi və Ticaret LTD Şirkəti"nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən bu yüklərin digər gömrük proseduru altında . erləşdirilməsi barədə heç bir müraciət daxil olmamışdır. Yuxarıdakıları nəzərə alaraq müvafiq tədbir görülməsi üçün sərəncam verilməsi xahiş edilmişdir. Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin rəis müavini Turan Hümbətovun Bakı Baş Gömrük İdarəsinin rəis müavinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportundan görünür ki, Xüsusi Gömrük Prosedurları şöbəsindən daxil olmuş 34/012/020334 saylı xx.xx.2022-ci il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, həmin raportda qeyd edilən "GMKB X4 Nakliye Sanayi və Ticaret LTD Şirkəti"nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən **********0122 saylı GB- ilə müvəqqəti idxal prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti bitmiş, ki GMKB X4 Nakliye Sanayi və Ticaret LTD Şirkəti"nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi barədə heç bir müraciət daxil olmamışdır. Lakin, müvəqqəti idxal müddətinin bitməsinə baxmayaraq "GMKB X4 Nakliye Sanayi və Ticaret LTD Şirkəti"nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 2 ədəd elektron teodoliylət və taxeometrlər və 2 ədəd ərazi ölçü cihazları yüklərinin müvəqqəti idxal müddəti bitməmiş Azərbaycan Respublikasının gömrük ərazisindən aparılmamış və yaxud digər gömrük proseduru ilə rəsmiləşdirilməmişdir. Araşdırma zamanı "GMKB X4 Nakliye Sanayi və Ticaret LTD Şirkəti"nin Azərbaycan Respublikasındakı Filialının etibarnamə üzrə nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı alınmışdır. O, verdiyi izahatında bildirmişdir ki, "GMKB X4 Nakliye Sanayi və Ticaret LTD Şirkəti"nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən müvəqqəti idxal edilmiş 2 ədəd elektron teodoliylət və taxeometrlər və 2 ədəd ərazi ölçü cihazları yüklərini Əhmədbəyli-Horadiz Mincivan- Ağbənd avtomobil yolunun tikintisi ilə bağlı layihə davam etdiyi üçün geri qaytarmamış, yeni işçi olduğu üçün müddət uzadılması ilə bağlı ərizə təqdim etməyi unutmuş, bu barədə xəbərdarlıq etməmişdir. Həmin yükə dair xx.xx.2022-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə müddətin uzadılması ilə bağlı ərizə ilə müraciət edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, 2 ədəd elektron teodoliylət və taxeometrlər və 2 ədəd ərazi ölçü cihazları yüklərinin müvəqqəti idxal müddəti xx.xx.2022-ci il tarixində bitmiş, bitdikdən 27 gün sonra xx.xx.2022-ci il tarixdə xx/xx/020835 nömrə ilə qeydiyyata alınmış ərizə ilə uzadılması ilə bağlı müraciət edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin 15 gündən 1 ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq , "GMKB X4 Nakliye Sanayi və Ticaret LTD Şirkəti"nin Azərbaycan Respublikasındakı Filialının əməlində Azərbaycan Respublikası İXM-nin 499.1.2.-ci maddəsinin tərkib əlamətləri olduğundan qanuna müvafiq qaydada tədbir görülməsi üçün göstəriş verilməsini xahiş edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, 2 ədəd elektron teodoliylət və taxeometrlər və 2 ədəd ərazi ölçü cihazları yüklərinin müvəqqəti idxal müddəti xx.xx.2022-ci il tarixində bitmiş, bitdikdən 2 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə xx/xx/020835 nömrə ilə qeydiyyata alınmış ərizə ilə uzadılması ilə bağlı Bakı Baş Gömrük İdarəsinə müraciət olunmuşdur. Bununla da «GMKB X4 Nakliye Sanayi ve Ticaret LTD Şirketinin Azərbaycan Respublikasındakı filialı tərəfindən İXM-in 499.1.2-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikadsı Gömrük Məcəlləsinin: 40-cı maddəsinə əsasən gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində iştirak edən şəxslər gömrük orqanlarını bu Məcəlləyə uyğun olaraq tələb olunan bütün sənəd və məlumatlarla müəyyən olunmuş müddət ərzində təmin etməli və gömrük orqanlarının müraciəti olduqda, onlara yardım göstərməlidirlər; 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır; 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır; 148-ci maddəsinə əsasən gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək bəyannaməçinin vəzifəsidir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 499.1.2. on beş gündən bir ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə -fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir; İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında «GMKB X4 Nakliye Sanayi ve Ticaret LTD Şirketi”nin Azərbaycan Respublikasındakı filialının məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, «GMKB X4 Nakliye Sanayi ve Ticaret LTD Şirketi”nin Azərbaycan Respublikasındakı filialının 499.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «GMKB X4 Nakliye Sanayi ve Ticaret LTD Şirketi”nin Azərbaycan Respublikasındakı filialı filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1200 (bir min iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar