Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2832/2024 24.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin Regionlar üzrə 1-ci audit şöbəsinin böyük dövlət vergi müfəttişi X5 iştirakı ilə, xx.xx.1961-ci il tarixdə Ermənistan, İcevan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, "X4" MMCdə direktor vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 460-cı maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Binəqədi Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında” qərarına əsasən, "X4" Məhdud Məsuliyyə Cəmiyyətinin (VÖEN: **********) direktoru Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, materiallar baxılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edilmiş, "X4" MMC (ünvan: AZ1052, Bakı şəhəri, Nərimanov rayonu, ev.1959-cu məhəllə) Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsində uçotda olduğu nəzərə alınaraq, qərar üzrə qanunamüvafiq tədbirlərin görülməsi üçün materiallar aidiyyəti üzrə Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin Regionlar üzrə 1-ci audit şöbəsinin böyük dövlət vergi müfəttişi X7 “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında” qərarın məzmununa uyğun çıxış edərək izahatında göstərdi ki, Şəxs direktoru olduğu Bakı şəhəri, Nərimanov rayonu, ev 1959-cu məhəllədə qeydiyyatda olan "X4" MMC-də həkim anestezioloq-reonimatoloq vəzifəsində işə götürdüyü X2 xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə verilən aylıq əmək haqqını müqavilədə 400 manat göstərməklə həmin müddət ərzində ona əlavə olaraq ödədiyi ümumilikdə 86400 manat əmək haqqına görə vergi və digər ödənişləri bəyan etməmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 460-cı maddəsində nəzərdə tutulmuş az miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma inzibati xətasını törətmişdir. Göstərilənlərə əsasən İXM-in 460-cı maddəsinin sanksiyasına uyğun olaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarda qeyd edilir ki, Şəxs direktoru olduğu Bakı şəhəri, Nərimanov rayonu, ev 1959-cu məhəllədə qeydiyyatda olan "X4" MMC-də həkim anestezioloq-reonimatoloq vəzifəsində işə götürdüyü X2 xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə verilən aylıq əmək haqqını müqavilədə 400 manat göstərməklə həmin müddət ərzində ona əlavə olaraq ödədiyi ümumilikdə 86400 manat əmək haqqına görə vergi və digər ödənişləri bəyan etməmiş, bununla da Azərbaycan Respublikası İXMnin 460-cı maddəsində nəzərdə tutulmuş az miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma inzibati xətasını törətmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 16 avqust 2024-cü il tarixli qərardan görünür ki, X3 öz izahatında bildirmişdir ki, o, 2019-ci ildən "X4” MMC həkim anistezioloqreanimatoloq vəzifəsində işləyir, aylıq 2000 manat əmək haqqı alır. Material əlavə edilmiş xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X3 xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, ev 1959-cu məhəllədə qeydiyyatda olan "X4” MMC-də həkim anestezioloq-reonimatoloq vəzifəsində işə götürülmüş, aylıq əmək haqqı 400 manatdır. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 19 avqust 2024-cü il tarixli qərara əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 460-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 16 avqust 2024-cü il tarixli qərardan görünür ki, "X4” MMC barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 460-cı maddəsi ilə inzibati xəta barədə iş üzrə icraatın bəşlanılmasına dair qərar qəbul edilməsi məsələsinə baxılması üçün toplanmış material ibtidai araşdırmaya prosessual rəhbərliyi heyata keçirən prokurora göndərilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməlində İXM-in 460-cı maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, ilk növbədə qeyd edir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Məhkəmə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” və “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs istinad olunan inzibati xətaya dair qeyd edir ki, şəxsin İXM-in 460-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün az miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmalıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin Regionlar üzrə 1-ci audit şöbəsinin böyük dövlət vergi müfəttişi X7 izahatında Şəxs 86400 manat əmək haqqına görə vergi və digər ödənişləri bəyan etdiyini göstərsə də, bu faktı təsdiq edən mötəbər dəlillər təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarda Şəxs direktoru olduğu Bakı şəhəri, Nərimanov rayonu, ev 1959-cu məhəllədə qeydiyyatda olan "X4" MMC-də həkim anestezioloq-reonimatoloq vəzifəsində işə götürdüyü X2 xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə verilən aylıq əmək haqqını müqavilədə 400 manat göstərməklə həmin müddət ərzində ona əlavə olaraq ödədiyi ümumilikdə 86400 manat əmək haqqına görə vergi və digər ödənişləri bəyan etmədiyi, bununla da Azərbaycan Respublikası İXM-nin 460-cı maddəsində nəzərdə tutulmuş az miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma inzibati xətasını törətdiyi qənaətinə gəlinsə də, müvafiq qərar əsaslanıdırılmamış, yalnız X1 izahatına əsaslanaraq qərar qəbul edilmişdir. Belə ki, “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul edilərkən Şəxs 86400 manat əmək haqqına görə vergi və digər ödənişləri bəyan etmədiyi qeyd olunmuşdur, lakin hansı səbəbdən bu məbləğin müəyyən edilməsi əsaslandırılmamış, məbləğin müəyyən edilməsində audit rəyi və məhkəmə-mühasibatlıq rəyi alınmamışdır. Qeyd edilənlər məhkəməyə Şəxs əməlində İXM-in 460-cı maddəsinin tərkib hissəsinin olmaması nəticəsinə gəlməyə əsas verir. Eyni zamanda “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda göstərilmişdir ki, "X4” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsi ilə inzibati xəta barədə iş üzrə icraatın başlanılmasına dair qərar qəbul edilməsi məsələsinə baxılması üçün toplanmış material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 19 avqust 2024-cü il tarixli qərara əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 460-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır. Məhkəmə, Şəxs əməlinə münasibətdə İXM-in 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni də rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 460-cı maddəsinə əsasən az miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmağa görə inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin otuz faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, vəzifəli şəxs Şəxs Az miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayındığını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur, buna görə də qeyd edilən şəxs İXM-in 460-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində inzibati xəta tərkibi aşkar edilmədiyindən, onun barəsində Azərbaycan Respublikası İXM-nin 460-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İXM-in 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-2832/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2832/2024
24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver