Məhkəmə qərarları › İş №3(005)-2836/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2836/2021

04.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2836/2021 04.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X16 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin polis sahə inspektoru polis kapitanı X17, Zərərçəkmiş şəxslər- X9 və X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 iştirakları ilə, xx.xx.1986-cı ildə İsmayıllı rayonunun İsmayıllı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, İsmayıllı rayonu, İsmayıllı kəndində qeydiyyatda olan X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsində tərtib olunmuş iş materialları 04 noyabr 2021-ci il tarixdə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsindən daxil olmuş 04 noyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş X12 08.10.2021-ci il tarixdə özünəməxsus taksi fəaliyyəti ilə məşğul olan zaman vətəndaş X1 prospekti 146 ünvanında dərman almaq adı ilə ondan 100 manat almış, lakin pulu geri qaytarmayaraq onu dələduzluq yolu ilə aldatmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsindən daxil olmuş 04 noyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş X6 22.10.2021-ci il tarixdə vətəndaş E.M. Mehdiyevin idarə etdiyi Toyota Prius markalı avtomobilinə əyləşmiş və dərman almaq adı ilə ondan 100 manat almış, lakin pulu qaytarmadan göstərilən ünvandan uzaqlaşmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsindən daxil olmuş 04 noyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş X6 11.10.2021ci il tarixdə vətəndaş S.Qasımovdan dərman almaq adı ilə ondan 100 manat almış, lakin pulu qaytarmadan göstərilən ünvandan uzaqlaşmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsindən daxil olmuş 04 noyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş X6 27.10.2021-ci il tarixdə vətəndaş İ. Mamedova məxsus Mercedes markalı avtomobilə sərnişin qismində əyləşmiş, dərman adı ilə 120 manat alması, lakin pulu qaytarmadan göstərilən ünvandan uzaqlaşmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsindən daxil olmuş 04 noyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş X6 17.10.2021-ci il tarixdə vətəndaş K.A. Cəfərovun idarə etdiyi Toyota Prius markalı avtomobilə əyləşmiş və dərman almaq adi ilə ondan 45 manat almış, lakin pulu qaytarmadan dələduzluq yolu ilə pulu mənimsəmişdir. Barəsində inzibati icraat aparılan X2 müxtəlif vaxtlarda törətdiyi inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati materiallar 04.11.2021-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsindən daxil olmuş inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin polis sahə inspektoru polis kapitanı X24 çıxış edərək bildirmişdir ki, vətəndaş X12, X13, X10, X11, X18 ayrı-ayrı tarixlərdə PB-nə müraciət edərək onlara qarşı dələduzluq edilməklə pullarının mənimsənildiyini bildirmişlər. Daha sonra faktla bağlı araşdırılma aparılmış və araşdırma nəticəsində hadisələri törədən şəxsin X6 olması müəyyən edilmişdir. X2 əməllərində cinayət tərkibi olmadığından həmin materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin X6 tərəfindən müxtəlif vaxtda törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X18 çıxış edərək bildirmişdir ki, Toyota Prius markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomaşını icarəyə götürərək taksi fəaliyyəti ilə məşğul olur. 17.10.2021-ci il tarixdə saat 16:30 radələrində ünvan 2 ünvanda olduğu zaman müştəri qismində əyləşən bir nəfər şəxs aptekdən dərman alacağını pulu çatmadığı üçün ona 45 manat verməyini istəmiş və o, ünvana çatdıqda 45 manatı həmçinin gediş haqqını verəcəyini bildirmişdir. Həmin şəxsə inanıb 45 manatı verdikdən sonra o dərman almaq adı ilə aptekə getsə də o, qayıtmamışdır. Hazırda şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X11 çıxış edərək bildirmişdir ki, 27.10.2021-ci il tarixdə saat təxminən 14:40 radələrində 20 yanvar metrosunun yaxınlığında işdə olduğu zaman bir nəfər şəxs yaxınlaşaraq onu Nərimanov rayonu, Azadlıq prospektində yerləşən Elnur aptekə aparmağını oradan dərman alacağını daha sonra onu Topçubaşov adına xəstəxanaya aparmağını istəmişdir. Belə olan halda o həmin şəxslə razılaşıb onu saat təxminən 15:00 radələrində Nərimanov rayonu, Azadlıq prospekti 151 ünvanına gətirmişdir. Həmin şəxs maşından düşüb aptekə gedib daha sonra geri qayıdaraq dərmanın baha olduğunu pulunun çatmadığını deyib ona 120 manat pul verməyini sonuncu ünvana çatdıqda 120 manat pulunu və gediş haqqını verəcəyini bildirmişdir. Həmin şəxsə inanıb ona 120 manat verdikdən sonra o dərman almaq adı ilə aptekə getmişdir. Lakin bir müddət gözləsə də onun geri qayıtmadığını gördükdə həmin şəxs tərəfindən aldadılaraq 120 manat pulunun dələduzluq yolu ilə keçirildiyini bilmişdir. Hazırda şikayətçidir. Barəsində inzibati xəta haqqında icraat aparılan X6 məhkəmə iclasında özünü tam təqsirli bilib vermiş olduğu izahatında göstərmişdir ki, o, həqiqətən də ayrı-ayrı tarixlərdə Nərimanov rayonu ərazisində müxtəlif yerlərdə vətəndaşları aldadaraq onlara məxsus pulu müxtəlif bəhanələrlə qaytarmaq adı ilə almış, lakin pulu qaytarmadan həmin yerlərdən uzaqlaşmışdır. Son olaraq əməllərindən səmimi peşmançılıq çəkdiyini qeyd edib barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, hadisə nəticəsində X7 dəymiş zərər cinayət tərkibi yaratmadığından Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama kimi tövsif edilməsi və bu səbəblə də toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, hadisə nəticəsində X8 dəymiş zərər cinayət tərkibi yaratmadığından Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama kimi tövsif edilməsi və bu səbəblə də toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, hadisə nəticəsində X4 dəymiş zərər cinayət tərkibi yaratmadığından Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama kimi tövsif edilməsi və bu səbəblə də toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 04 noyabr 2021-ci il tarixli qərardan görünür ki, hadisə nəticəsində X5 dəymiş zərər cinayət tərkibi yaratmadığından Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama kimi tövsif edilməsi və bu səbəblə də toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, hadisə nəticəsində X14 dəymiş zərər cinayət tərkibi yaratmadığından Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama kimi tövsif edilməsi və bu səbəblə də toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. X6 tərəfindən yuxarıda qeyd edilən tarixlərdə törədilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətaların X6 tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxslərin izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə X2 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə məhkəmə iş üzrə sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, X6 inzibati xətaların törədilməsində təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.2, 34.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, eyni zamanda həbsetmənin əvvəli 04 noyabr 2021-ci il tarixdən, saat 18:15-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 03 (üç) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 04 noyabr 2021-ci il tarixdən, saat 18:15-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar