Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2842/2023 12.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs "xxxx" MMC-nin nümayəndəsi və təsisçisi X4, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi X8 iştirakı ilə, X4 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, MN № ******* nömrəli inzibati xəta haqqına protokolu əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarla inzibati məsuliyyətə cəlb edilmişdir. Hesab olunur ki, aşağıda qeyd edilənlər baxımından Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsassız və qeyri-qanuni olduğundan ləğv edilməlidir. Qeyd olunur ki, Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tamamilə qərəzli olaraq tərtib edilmişdir. Bu qərəzli münasibət isə xx.xx.2023 - xx.xx.2023-cü il tarixlərdə müəssisə Keçirilmiş plandankənar yoxlama ilə əlaqədardır. Belə ki, "xxxx" MMC-də xx.xx.2023 - xx.xx.2023-cü il tarixlərdə AR Səhiyyə Nazirliyinin X13 tərəfindən plandankənar yoxlamanın keçirilmiş, həmin yoxlamada yoxlayıcı şəxslər qismində Teymur Musayevin, İlkin Əhmədovun və Aqşin Salmanovun iştirak etməli olduğu halda, yoxlamda iştirak etməyə səlahiyyəti çatmayan şəxs (X17) iştirak etmişdir. X9 yoxlamada iştirakı tamamilə qanunsuz olmuşdur. Digər bir tərəfdən isə B.Mirzəyev özünü İ.Əhmədov kimi təqdim etməyə cəhd edərək yoxlama prosesində qeyri-qanuni iştirak etmiş və onun yoxlamada iştirakını təsdiq edən heç bir hüquqi sənəd mövcud olmamışdır. Bu hal MMC-nin nəzarət kameralarının video çəkilişi ilə təsdiq olunur. Beləliklə, Səhiyyə Nazirliyinin X13 tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) tələbləri kobud şəkildə pozulmuşdur. Yuxarıda qeyd edilən hallardan irəli gələrək həmin yoxlama nəticəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuz olmuşdur və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla yoxlama həyata keçirildiyindən həmin qərardan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilmişdir. Həmin qərardan apellyasiya şikayəti verdiklərinə və məhkəmədə X9 yoxlamada səlahiyyəti olmamasına rəğmən iştirak etməsi barədə məlumatlar təqdim olunduğuna görə AR Səhiyyə Nazirliyi xx.xx.2023-cü il tarixli MN ******* qərarla onu qərəzli olaraq inzibati məsuliyyətə cəlb etmişdir. İXM-in 602-ci maddəsi üzrə AR Səhiyyə Nazirliyinin inzibati tənbeh vermə haqqında qərar qəbul etmək səlahiyyəti olmadığından və AR Səhiyyə Nazirliyi öz səlahiyyət hədlərini aşdıgından xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarın ləğv edilərək başlanmış inzibati icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən X7 şikayətin dəlillərinə uyğun izahat verərək 17 il sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, 2020-ci ildə lisenziya aldığını və məqsədinin realibitasiya sahəsində köməyə ehtiyacı olanlara yardım etmək olduğunu bildirmişdir. O, valideynlərlə şəxsən danışmış, onlara hər zaman kömək etmişdir. X7 1 ay ərzində "xxxx" MMC-də 2 dəfə planlı və plansız yoxlama keçirildiyini bildirmişdir. Həmin yoxlamalar qərəzli olmuşdur. X3 İXM-in 602.4-cü maddəsi ilə cərimə olunmuşdur. Göstərilənləri nəzərə alaraq o, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi X14 məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarını müdafiə etmiş "xxxx" MMC-də 2 dəfə planlı və plansız yoxlama keçirildiyini bildirmişdir. İlk yoxlama zamanı sertifikatsız işçi müəyyən olunmuş və inzibati xəta haqqında protokol tərtib edilmişdir. X7 inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş qərardan şikayət versə də, Bakı Şəhəri Nərimanov Məhkəməsi şikayəti təmin etməmiş, Apellyasiya məhkəməsi isə qərarı qüvvədə saxlamışdır. Keçirilmiş ikinci yoxlama 30 avqust 2023cü il tarixdə olmuş, bu zaman X1 təqdim etmədiyini və buna görə də 01 sentyabr 2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərarın qəbul edildiyini bildirmişdir. O, X7 tərəfindən verilmiş şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və iş yenidən baxılması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə tapşırılmalıdır. “Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarın surətindən görünür ki, X7 İXM-in 602.4-cü maddəsinin tələbləri pozmuşdur. X3 İXM-in 602.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin ”X13” X15 25 sentyabr 2023-cü il tarixli X5 ünvanlanan məktubdan görünür ki, cari ilin iyul ayında "xxxx" MMCyə məxsus klinikada həyata keçirilən plandankənar yoxlama ilə bağlı Azerbaycan Respublikasının səhiyyə nazirinə ünvanladığınız müraciət aidiyyəti üzrə Səhiyyə Nazirliyinin “X13” publik hüquqi şəxsində hazırda araşdırılır. Araşdırmanın gedişatı ilə əlaqədar ona xx.xx.2023-cü il tarixdə Mərkəzə gəldiyi zamanı əməkdaşları tərəfindən məlumat verilmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X4 İXM-in 602.4-cü maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X7 tərəfindən nəzərdə tutulan inzibati xəta ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. İXM-in: 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tərəfindən ARS Reabilitasiya Mərkəzi” MMC-də plansız yoxlama keçirilərkən natamam, səthi araşdırma aparılmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin vəzifəli şəxs kimi X7 İXM-in 602.4-cü maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi barədə nəticəyə gəlsə də, bu mövqeyini kifayət qədər tutarlı sübutlarla əsaslandıra bilməmişdir. İş üzrə müəyyən edilən sübutlar isə X4 göstərilən maddələrlə təqsirliliyini şübhə altına alır. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM, Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi). Qanunvericiliyin məzmununa əsasən müəyyən edilir ki, inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin üzərinə düşür. Qeyd edilən orqan X4 İXM-in 602.4-cü maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə nəticəyə gələrkən yalnız X4 izahatına istinad etmişdir ki, həmin izahat, başqa sübutlar olmadan şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün əsas ola bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan X7 tərəfindən prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, ilə bağlı hər hansı hüquqlarının pozulması qənaətinə gəldiyi halda, bu mövqeyini sübutlarla əsaslandırmalı idi. Lakin qeyd edilən orqan yalnız ehtimallara əsaslanaraq X6 inzibati məsuliyyətə cəlb etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Beləliklə, Məhkəmə qeyd edir ki, inzibati xətanın mövcudluğu ilə razılaşmayan X4 barəsində tərtib edilən inzibati xəta haqqında protokola baxılarkən araşdırma səthi aparılmış və barəsində inzibati qaydada cərimə olunmasına dair qərar qəbul edilmiş, halbuki sübutetmə yükü məhz onun üzərinə düşür (İXM-8.2). Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X7 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X7 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X7 barəsində işə yenidən baxılması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-2842/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2842/2023
12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver