Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2844/2024 18.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi ilə, İnzibati protokol tərtib edən qurumun nümayəndəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin nümayəndəsi X2, Şikayət vermiş şəxs X4 iştirakı ilə, X4 Baş X15 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ seriyalı 16455203 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 Baş X15 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ seriyalı 16455203 saylı “İnzibati tənbeh vermə haqqında” qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X7 şikayəti müdafiə edərək bildirdi ki, Azərbaycan Respublikasl DİN Bakı şəhər DYPİ tərəfindən barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EQ seriyalı 16455203 saylı protokol tərtib edilmişdir. Onun sürcülük hüququ olmadığı üçün, eyni zamanda o xəstə səhhəti problemli vəziyətdə olduğu üçün **- ZE-*** dövlət qeyydiyyat nömrə nişanlı, şevrolet aveo markalı avtomobilini qardaşı o, yanında olmaq şərti ilə idarə etmişdir. Bu vaxta qədər qardaşı X3 heç bir yol polisi saxlamamış və onun nə telfonuna nə də ev ünvanına bu cərimənin yazılması iiə bağlı bildiriş gəlməmişdir. Barəsində tərtib olunan protokol qərarlı protokol kimi qeydə alınmış və bu barədə ona hec bir məlumat verilmədən və onun iştirakı olmadan DİN Bakı şəhər DYPİ X13 X1 tərəfindən xx.xx.2023-cü il tarixli, EQ seriyalı 16455203 saylı qərar qəbul edilmişdir.Həmin qərarda göstərilmişdir ki, guya o dayan-durma qaydasını maşını idarəetmə hüququ olmadan pozmuşdur. Dayan-durma qaydalarının tələblərinin pozulması halına yol verilmiş, nəticədə A.R İXM-nin 469.3-cü və 332.3-cü maddələrində rıəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Beləliklə həmin qərarda yekun olaraq qeyd olunmuşdur ki, AR İXM-nin 469.3-cü və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə X7 barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Qeyd olunanlarla bağlı bildirir ki, onun barəsində tərtib olunmuş göstərilən qərarla razı deyil və hesab edir ki, əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati iş üzrə icraat başlanıla bilməzdi, başlanmış icraata isə xitam verilməlidir. Belə ki, o qərarda göstərilən tarixdə həqiqətən də qeyd olunan İstiqamətdə hərəkətdə olmuşdur. Lakin qərarda göstərilənin əksinə o nə idarəetmə hüququ olmadan maşın idarə etmiş, nə də dayanma-durma qaydalarının tələblərinin pozulması halına yol verməmişdir. Ona görə ki, o mütəmadi olaraq göstərilən yoldan İstifadə edir və həmin yolda olan qaydaların tələblərinə riayət edir.Nəqiliyyat vasitəsini sürücülük vəsiqəsi olan qardaşı X5 idarətməni həyata keçirmişdir. O isə, onun yanında oturmuşdur. Eyni zamanda o hazırda, mübahisələndirilən qərarı Bakı şəhər DYPİ-dən götürərkən də onun inzibati xəta törətməyini təsdiq edən mötəbər sübutu tələb etsə də, onlarda ona təqdim ediləcək yəni mənim idarəetməni həyata keçirməyimlə bağlı foto və video görüntünün olmamasını bildirmişdirlər. Beləliklə qərarda göstərilən xüsusatlar -yəni onun tərəfindən yolda müəyyən edilmiş dayan-durma qaydalarının və nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarəetməyilə bağlı tələblərinin pozulması kimi AR İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini sübuta yetirmir. Qüvvədə olan inzibati qanunvericilikdə mötəbər sübutlara əsasən müəyyən edilmiş təqsirə görə məsuliyyətin müəyyən olunması nəzərə alınaraq, hesab edir ki, hazırkı vəziyyətdə barəsində AR İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməsi qanunsuz və əsassızdır. Buna görə də hesab edir ki, DYPİ tərəfindən onun vətəndaş kimi qanunla qorunan hüquqları kobud şəkildə pozulmuş, heç bir inzibati xəta törətmədiyi halda məsuliyyətə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs Həcər Xəlilova şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati protokol tərtib edən qurumun nümayəndəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin nümayəndəsi X6 şikayətin əsassız olduğunu və təmin olunmamasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Baş X15 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ seriyalı 16455203 saylı qərarından görünür ki, xx.xx.2023-cü il tarixində, saat 07:08 saat radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində “Chevrolet Aveo” minik markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə görə barəsində 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, şikayət verən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X4 İXM-nin 346.1 və 332.3-cü maddələri ilə təqsirli bilinərək cərimə olunmasına dair Baş X15 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ seriyalı 16455203 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı X4 İXM-nin 346.1 və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törədib-törətməməsini müəyyən etmək mümkün deyil. Belə ki, səlahiyyətli orqanın nümayəndəsi tərəfindən məhkəmə iclasında avtomobilin kim tərəfindən idarə edilməsi ilə bağlı məhkəməyə hər hansı sənəd təqdim edə bilməmişdir. Halbuki, həmin halları sübutetmə vəzifəsi bilavasitə qərarı qəbul etmiş orqanın üzərinə düşür. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-nin tələblərini işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmuş, təqdim olunmuş sənədlər əsasında X4 İXM-nin nin 346.1 və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasının, ümumiyyətlə dayanma və ya durma qaydalarının pozulmasına yol verməsinin müəyyən edilməsi mümkün deyil və bu səbəbdən o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də iş üzrə yenidən araşdırma aparılmaqla müvafiq qərar qəbul edilməsi üçün X4 barəsində Baş X15 İdarəsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; Qeyd olunanlara əsasən və İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin nin 346.1 və 332.3-cü maddələri ilə cərimə olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ seriyalı 16455203 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-2844/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2844/2024
18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver