Məhkəmə qərarları › İş №3(005)-2848/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2848/2024

06.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2848/2024 06.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi ilə, Şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Baş X11 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ seriyalı 16154252 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Baş X11 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ seriyalı 16154252 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 şikayəti müdafiə edərək bildirdi ki, onun sürücülük hüququ olmadığı üçün, eyni zamanda xəstə, səhhəti problemli vəziyyətdə olduğu üçün **-ZE-*** dövlət qeyydiyyat nömrə nişanlı, şevrolet aveo markalı avtomobilini qardaşı o yanında olmaq şərti ilə idarə etmişdir. Bu vaxta qədər qardaşı X2 heç bir yol polisi saxlamamış və onun nə telefonuna, nə də ev ünvanına bu cərimənin yazılması ilə bağlı bildiriş gəlməmişdir. Barəsində tərtib olunan protokol qərarlı protokol kimi qeydə alınmış və bu barədə ona heç bir məlumat verilmədən və onun iştirakı olmadan DİN Bakı şəhər DYPİ X10 X1 tərəfindən xx.xx.2023-cü il tarixli EQ16154252 saylı qərar qəbul edilmişdir. Həmin qərarda göstərilmişdir ki, guya o, dayan-durma qaydasını maşını idarəetmə hüququ olmadan pozmuşdur. Dayanma-durma qaydalarının tələblərinin pozulması halına yol verilmiş, nəticədə AR İXM-nin 469.3-cü və 332.3-cü maddələrində "nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Beləliklə, həmin qərarda yekun olaraq qeyd olunmuşdur ki, AR İXM-nin 469.3-cü və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə X5 barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Qeyd olunanlarla bağlı bildirir ki, onun barəsində tərtib olunmuş göstərilən qərarla razı deyil və hesab edir ki, əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati iş üzrə icraat başlanıla bilməzdi, başlanmış icraata isə xitam verilməlidir. Belə ki, o, qərarda göstərilən tarixdə həqiqətən də qeyd olunan istiqamətdə hərəkətdə olmuşdur. Lakin qərarda göstərilənin əksinə o nə idarəetmə hüququ olmadan maşın idarə etmiş, nə də dayanma-durma qaydalarının tələblərinin pozulması halına yol verməmişdir. Ona görə ki, o, mütəmadi olaraq göstərilən yoldan istifadə edir və həmin yolda olan qaydaların tələblərinə riayət edir. İşin faktiki dəlillərindən də göründüyü kimi, nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olan qardaşı X4 idarəetməni həyata keçirmişdir. O isə, onun yanında oturmuşdur. Eyni zamanda mübahissələrndirilən qərarı Bakı şəhər DYPİ-dən götürərkən də onun inzibati xəta törətməsinə dair mötəbər sübut tələb etsə də, ona foto və videogörüntü olmadığını bildirmişlər. Beləliklə, qərarda göstərilən xüsusatlar yəni onun tərəfindən yolda müəyyən edilmiş dayan-durma qaydalarının və nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etməyi ilə bağlı tələblərinin pozulması kimi AR İXM-332.3-cü madddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirmir. Qüvvədə olan inzibati qanunvericilikdə mötəbər sübutlara əsasən müəyyən edilmiş təqsirə görə məsuliyyətin müəyyən olunması nəzərə alınaraq, hesab edir ki, hazırkı vəziyyətdə barəsində AR İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməsi qanunsuz və əsassızdır. Buna görə də hesab edir ki, DYPİ tərəfindən onun vətəndaş kimi qanunla qorunan hüquqları kobud şəkildə pozulmuş, heç bir inzibati xəta törətmədiyi halda məsuliyyətə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs Həcər Xəlilova şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Baş X11 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ seriyalı 16154252 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx.xx.2023-cü il tarixində, saat 07:59 radələrində ünvan 1 ünvanında “Chevrolet Aveo” minik markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə görə barəsində 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, şikayət verən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X3 İXM-nin 339.1-1 və 332.3-cü maddələri ilə təqsirli bilinərək cərimə olunmasına dair Baş X11 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ seriyalı 16154252 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı X3 İXM-nin 339.1-1 və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törədib-törətməməsini müəyyən etmək mümkün deyil. Belə ki, səlahiyyətli orqan tərəfindən məhkəməyə avtomobilin kim tərəfindən idarə edilməsi ilə bağlı hər hansı sənəd təqdim edə bilməmişdir. Halbuki, həmin halları sübutetmə vəzifəsi bilavasitə qərarı qəbul etmiş orqanın üzərinə düşür. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-nin tələblərini işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmuş, təqdim olunmuş sənədlər əsasında X3 İXM-nin nin 339.1-1 və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasının müəyyən edilməsi mümkün deyil və bu səbəbdən o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də iş üzrə yenidən araşdırma aparılmaqla müvafiq qərar qəbul edilməsi üçün X3 barəsində Baş X11 İdarəsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin nin 339.1-1 və 332.3-cü maddələri ilə cərimə olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ seriyalı 16154252 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar