Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2849/2023 10.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi X16 oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X2, Tələbkar - X3, Azərbaycan Respublikası Əmək və X12 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi -X6 Azərbaycan Respublikası Əmək və X12 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru X4 barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nərimanov rayon İcra Şöbəsi tərəfindən X7 tərəfindən MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10158/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin qanuni tələblərini borclu Azərbaycan Respublikası Əmək və X12 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru direktoru X13 tərəfindən üzrsüz səbəbdən icra sədəni üzrə qanuni tərləblərin yerinə yetirilməsindən yayınmışdır. Bununla da Azərbaycan Respublikası Əmək və X12 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru X13 İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Nərimanov rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10158/2021-013 nömrəli, xx.xx.2021 -ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X17 pensiyasının dayandırılması barədə xx.xx.2021-ci il tarixli **********2 saylı qərarı ləğv edilməli və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş və xx.xx.2023-cü il tarixdə də icra olunması üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala göndərilmişdir. İcra sənədinin icrası üzürsüz səbəbdən icra olunmamışdır. İcra sənədinin icrası ilə bağlı xx.xx.2023-cü il tarixdə şöbəyə daxil olmuş cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət və audit şöbəsi tərəfindən aparılan xidməti araşdırma zərurəti ilə əla qədar X10 güzəştli Şərtlərlə yaşa görə təyin edilmiş pensiyanın ödənişi dayandırılmışdır. Araşdırma nəticəsində qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib. Həmin orqandan Nazirliyə daxil olmuş xx.xx.2022-ci il tarixli məktubuna əsasən sözügedən iş üzrə cinayət işinə əlavə edildiyi bildirilmişdir. Bundan əlavə həmin məktubda X5 yaşa görə əmək pensiyasının təyin edildiyi və Mikayıl Əliyevə artıq ödənilmiş 375021.86 manat pul vəsaiti onun əmək pensiyasından hər ay 203.00 manat çıxılmaqla tutularaq büdcəyə bərpa edildiyi bildirilmişdir. Sözügedən cavab məktubu ilə tələbkar şöbəyə dəvət edilərək məktub ona təqdim edilmişdir. Cavabdeh şöbədə olarkən cavab məktubuna etiraz etmişdir. Bununla bağlı da sonradan şöbəyə yazılı şəkildə etiraz ərizəsi və ərizə ilə müraciət etmişdir. X11 müraciətlərində cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilənlərin Bakı İnzibati Məhkəməsinin hakimi Nəriman Abıyevədə göndərildiyini bildirərək cavabdeh təşkilatın icradan yayındığını qeyd etmiş və məcburu icra tədbirlərin görülməsini xahiş etmişdir. Tələbkarın müraciətləri nəzərə alınaraq, cavabdeh təşkilata xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək məhkəmə qərarının icrasının məcburiliyi izah edilmiş, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsi tələb olunmuşdur. Xəbərdarlıq məktubuna münasibət olaraq cavabdeh təşkilatın şöbəyə ünvanladığı 17 avqust 2023-cü il tarixli, № 3-17-1/2-188083/2023 saylı cavab məktubunda da əvvəlki xx.xx.2023-cü il tarixli cavab məktubunda olduğu kimi eyni cavab verilərək bir daha vurğulanmışdır. İcraat zamanı şöbəyə tələbkarın bir neçə sayda ərizələri daxil olmuşdur. Həmin ərizələrə cavab verilərək tələbkar icra sənədinin icrası barədə yazılı məlumatlandırılmışdır. Daha sonra icra sənədinin icrasının təmini məqsədilə xx.xx.2023-cü il tarixli inzibati protokolun veriləcəyi barədə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın direktoru Şahin Əliyevə xəbərdarlıq məktubu ünvanlanaraq icra sənədinin icrası tələb edilmişdir. İcra sənədinin icrasının təmini məqsədilə borclu təşkilatın rəhbəri X8 icra məmurununun qanuni tələblərini yerinə yetirmədiyinə görə xx.xx.2023-ci il tarixdə inzibati protokolun veriləcəyi barədə xəbərdalıq edilmiş və xx.xx.2023-cü il tarixdə saat 11:00 da məhkəməyə inzibati protokol tərtib olunacağı barədə məlumat verilmiş, şöbəyə dəvət olunmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən barəsində icraat aparılan şəxsin inzibati xəta haqqında materialllarla tanış olmaq, İzahat vermək, sübutlat təqdim etmək, etiraz vermək bu və ya digər hüquqların olduğu bildirilmiş, əks təqdirdə iştirakı olmadan inzibati protokoj tərtib olunaraq baxılması üçün Nərimanov Rayon Məhkəməsinə təqdim olunacağı da onun nəzərinə çatdırılmışdır. İnzibati protokol tərtib edilən gün xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilatın X4 əvəzinə Mərkəzi Filialın etibarnamə üzrə nümayəndəsi hüquq və məhkəmə məslələri işşöbəsinin müdiri X15 şöbəyə gəlmiş adıçəkilən şəxsin əmək pensiyasının bərpa edilməsi məsələsinə sözügedən cinayət işi üzrə icraatın yekunlaşmasına dair cinayət prosesini həyat keçirən orqanın yekun qərarı Mərkəzi Filiala daxil olduqdan sonra baxılacağı bildirərək müddətin uzadılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayarq inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X7 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və X12 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X15 bildirmişdir ki, X14 barəsində xx.xx.2023-cü il tarixdə “Əmək pensiyasının yenidən hesablanması haqqında qərar” qəbul edilmiş, şəxsin əmək pensiyası bərpa edilmişdir. Artıq ödənişlərə başlanılmış və bir ay ödənilmişdir. Əvvəlki ayların ödənişləri də qısa müddət ərzində şəxsin hesabına köçürüləcəkdir. Bununla bağlı sənədləri məhkəməyə təqdim etmişdir. Qeyd olunanların nəzərə alınması və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X14 bildirmişdir ki, əmək pensiyasının ödənilməsi bərpa olunmuş, ona oktyabr ayında 3946 manat, 81 qəpik ödəniş edilmişdir. Hal-hazırda heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə tədiqiq edilən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10158/2021-013 nömrəli, xx.xx.2021 -ci il tarixli icra vərəqəsinə əsasən Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10158/2021-013 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X17 pensiyasının dayandırılması barədə xx.xx.2021-ci il tarixli **********2 saylı qərarı ləğv edilməli və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmmuşdur. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2023-cü il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu Azərbaycan Respublikası Əmək və X12 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına icraata başlama haqqında qərarın surəti göndərilmiş və o Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10158/2021-013 nömrəli, xx.xx.2021 -ci il tarixli icra vərəqinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Əmək və X12 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə X17 X1 haqqında xx.xx.202023-cü il tarixli qərardan görünür ki, X9 təyin edilcək pensiya yenidən hesablanaraq 3946,81 manat müyyən edilmiş və hər ay müvafiq olaraq ödənilməsi nəzərdə tutulmuşdur. İnzibati xəta haqqında protokol, icra məmurunun izahatını və inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın X13 tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10158/2021-013 nömrəli, xx.xx.2021 -ci il tarixli icra vərəqəsinə əsasən Azərbaycan Respublikası Əmək və X12 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuş öhdəliklər yerinə yetirilmiş və bununla bağlı müvafiq qərar da məhkəməyə təqdim edilmişdir. İXM 528.1-ci maddənin dizpozisiyasından məlum olur ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslər barəsində inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. Həmçinin İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslərin inzibati məsuliyyəti - Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə və məhkəməyə təqim edilmiş qərardan görünür ki, Azərbaycan Respublikası Əmək və X12 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən tələbkar X9 aylıq əmək pensiyası yenidən hesablannmış və müəyyən edilmiş əmək pensiyasi ona təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Əmək və X12 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru X4 əməlində inzibati xəta tərkibi olmadığından barəsində başlanmış İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və X12 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru X13 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-2849/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2849/2023
10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver