Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-285/2022 01.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Nəsimi rayon prokurorluğunun nümayəndəsi X3 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon prokurorluğundan Şəxs barəsində “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 16 noyabr 2021-ci il tarixli qərar əsasında qəbul edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında” 22 noyabr 2021-ci il tarixli qərar və ona əlavə edilmiş material məhkəməyə daxil olmuşdur. “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 16 noyabr 2021-ci il tarixli qərara əsasən X1 şikayət ərizəsi ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanılması şəxslərin əməlində cinayət tərkibi olmadığından rədd edilmiş, AR İXM-nin 215.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə bağlı inzibati icraat başlanılması üçün rayon prokuroruna təqrirlə müraciət edilməsi qərara alınmışdır. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında” 22 noyabr 2021-ci il tarixli qərardan görünür ki, ünvan 1 ünvanda yerləşən Şəxsndə X1 şikayət ərizəsi əsasında aparılmış araşdırma zamanı hüquqi şəxsin onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi faktı aşkar edilmişdir. Bununla da MMC tərəfindın İXM-in 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(005)- 3449/2021 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6.000 (altı min) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(103)-137/2022 saylı qərarından görünür ki, hüquqi şəxs Şəxs direktoru və nümayəndəsi X7 tərəfindən apellyasiya qaydasında verilmiş şikayətin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hüquqi şəxs Şəxs MMC-nin barəsində olan 21 dekabr 2021-ci il tarixli qəraının ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Nəsimi rayon prokurorluğunun nümayəndəsi X6 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, X5 Bakı şəhər prokuroruna ərizə ilə müraciət edib xx.xx.2021 -ci il tarixdə «Azər-İran» klinikasının həkimi Elmina Həsənova və Nurlan Həsənovun səhlənkarlıq etmələri barədə şikayət etmişdir. X2 şikayət ərizəsi ilə əlaqədar toplanmış material üzrə cinayət işi başlanılması şəxlərin əməlində cinayət tərkibi olmadığından xx.xx.2021-ci il tarixdə rədd edilmişdir. Lakin araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin direktoru Mohammad Fathi hər-hansı bir sənəd tərtib etmədən kosmetoloq Elmina Həsənovanı kosmetoloji xidmətlər göstərməyə cəlb edib klinikada ona otaq ayıraraq kosmetoloji xidmətlər göstərmişdir. Bu isə "xxxx" MMC-nin, yəni tibb fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi kimi qiymətləndirilməklə Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsində göstərilmiş inzibati xətanı törətmiş olduğunu göstərmiş olur. Odur ki, son olaraq hüquqi şəxsin barəsində qanunamüvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 215.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə təqsiri toplanmış material ilə tam sübuta yetir. Belə ki, iş materiallarında olan X5 ilə bağlanmış pasientlərin prosedur müqaviləsindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə “Süni gel, yanaq doldurma” prosedura üçün qəbul edilmişdir. İqtisadiyyat Nazirliyinin Şəxs MMC-nin tibb fəaliyyəti üzrə ambulator tibbi xidməti üzrə verilən İN/L-2/2019/1 nömrəli, xx.xx.2019-cu il tarixli Lisenziyanın əlavəsində kosmetoloji xidmət göstərilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 215.1-ci maddəsinə əsasən Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş 01 nömrəli əlavədən görünür ki, özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlər adlı 2-ci siyahısına əsasən kosmetoloji xidmətlərin həyata keçirilməsi xüsusi lisenziyalaşdırılması vacibdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-43, 48-51, 53, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6.000 (altı min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-285/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-285/2022
01.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver