Məhkəmə qərarları › İş №3(005)-2850/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-2850/2025

11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-2850/2025 11.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Babayev Kamal Yunis oğlu, Şəxs barəsində toplanmış Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.3, 329.2, 511.1.3 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.3, 329.2, 511.1.3 və 535.1-ci maddələri nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə materiallar Nərimanov rayon məhkəməsinə göndərilib. İnzibati xəta törədilməsi haqqında materialları tədqiq edərək, məhkəmə hesab edir ki, bu işin baxılması Bakı şəhəri Nərimanov rayon məhkəməsinin səlahiyyətlərinə aiddir və işin hakim tərəfindən baxılmasının istisna edən hallar mövcud deyil. İnzibati xəta haqqında protokollar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir və işin icraatını rədd edən hallar mövcud deyil. Mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar vardır. İş üzrə vəsatətlər və etirazlar yoxdur. Eyni zamanda müəyyən edilmişdir ki, məhkəmənin icraatına Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.3, 329.2, 511.1.3 və 535.1-ci maddələri ilə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-ci Polis Şöbəsindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis idarəsi X1 İdarəsindən inzibati xəta haqqında materiallar daxil olmudur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Barəsində inzibati icraat aparılan Şəxs müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xəta ilə bağlı 2 ayrı-ayrı inzibati materiallar xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmənin icraatında olan 3(005)-2849/2025 nömrəli inzibati işin birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən məhkəmə, QƏRARA ALDİM:

1. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.3, 329.2, 511.1.3 və 535.1-ci maddələri tərtib olunmuş inzibati xəta haqqında material baxılması üçün icraata qəbul edilsin.

2. Məhkəməsinin icraatında olan 3(005)-2850/2025 nömrəli inzibati iş birlikdə baxılması üçün 3(005)-2849/2025 nömrəli işə birləşdirilməli və 3(005)-2849/2025 nömrə altında işə baxılması davam etdirilməlidir.

3. İşə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında dərhal baxılsın.

4. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçıları məhkəmə baxışında iştirak etmələri üçün çağırılsın.

5. İşin düzgün və vaxtında həll edilməsinə yönəlmiş digər hərəkətlər edilsin.

Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar