Məhkəmə qərarları › İş №3(005)-2856/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2856/2021

05.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2856/2021 05.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin sahə inspektoru, X10, Zərərçəkmiş şəxs – X3, Zərərçəkmiş şəxs – X4 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsindən daxil olmuş 05 noyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 15.10.2021-ci il tarixdə taksi sürücüsü olan X5 aldadaraq Kapital Bank ASC-yə məxsus bank kartına 75 manat pul ödətdirmiş, lakin vədinə əməl etməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsindən daxil olmuş 05 noyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 15.10.2021-ci il tarixdə taksi sürücüsü olan X6 aldadaraq onun bank kartına ümumilikdə 26.50 manat pulu götürərək məsimsəmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati icraat aparılan Şəxs müxtəlif vaxtlarda törətdiyi inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati materiallar 05.11.2020-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsindən daxil olmuş inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin sahə inspektoru, X13 məhkəmə iclasında protokolların məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Şəxs 15.10.2021-ci il tarixdə taksi sürücüsü olan X5 aldadaraq Kapital Bank ASC-yə məxsus bank kartına 75 manat pul ödətdirmiş, lakin vədinə əməl etməmişdir. Bundan əlavə Şəxs 15.10.2021-ci il tarixdə taksi sürücüsü olan X6 da aldadaraq 26.50 manat pulunu məsimsəmişdir. Qeyd olunan faktlarla bağlı cinayət işinin başlanmasının rədd edilməsi barədə müvafiq qərarlar qəbul edilmişdir. Şəxs tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, birinci epizod üzrə 15.10.2021-ci il tarixdə 09:00-da Bolt taksi tətbiqi vasitəsi ilə taksi sifarişi vermişdir. Marketdən lazım olan şeyləri alması üçün Kapital Bank ASC-yə məxsus bank aktına 12 və 15 manat ödəməsini xahiş etmişdir. Ə.Həsənov da ödəmişdir. Digər epizod üzrə isə taksi sürücüsü olan X6 aldadaraq onun bank kartına ümumilikdə 26.50 manat pulu köçürərək məsimsəmişdir. Hər iki epizod üzrə taksi sürücülərinə bildirmişdir ki, ünvana çatanda pulu geri qaytacaqdır. Sonda məhkəməyə müraciət edərək hazırda zərər çəkmiş şəxslərlə barışıq əldə etdiyini, zərər çəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 Əli Mais oğlu ilə barışdığını, buna görə də ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanı ödədiyini nəzərə alıb, ərizə ilə məhkəməyə müraciət edərək Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 Əli Mais oğlu ilə barışdığını, buna görə də ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanı ödədiyini nəzərə alıb, ərizə ilə məhkəməyə müraciət edərək Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22.10.2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibinin əlamətləri olmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilmiş və əməli törətmiş şəxsin şəxsiyyəti müəyyənləşdirilərək barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 25.10.2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibinin əlamətləri olmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilmiş və əməli törətmiş şəxsin şəxsiyyəti müəyyənləşdirilərək barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır Zərərçəkmiş şəxs X11 məhkəmə iclasında yazılı ərizəsini təqdim edərək Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Zərərçəkmiş şəxs X12 məhkəmə iclasında yazılı ərizəsini təqdim edərək Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir İnzibati qaydada tutma haqqında 04.11.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 04.11.2021-ci il tarixdə saat 18:30-da inzibati qaydada tutulmuş, 05.11.2021-ci il tarixdə saat 17:00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin və protokol tərtib etmiş şəxsin izahatlarını, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 15.10.2021-ci il tarixdə taksi sürücüsü olan X5 aldadaraq Kapital Bank ASC-yə məxsus bank kartına 75 manat pul ödətdirmiş, lakin vədinə əməl etməmiş, bundan başqa o, 15.10.2021-ci il tarixdə taksi sürücüsü olan X6 aldadaraq bank kartına 26.50 manat pul ödətdirmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla yanaşı məhkəmə, Şəxs məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, Şəxs zərər çəkmiş şəxslərlə barışması, zərərçəkmiş şəxslərin bununla bağlı müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və dərhal məhkəmə iclas zalından buraxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından buraxılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar