Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2859/2025 20.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X5, Barəsində iş üzrə icraat aparılan Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş 13 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, vətəndaşlar X11 və X3 xx.xx.2025-ci il tarixindən X7 xx.xx.2025-ci il tarixindən hazırki tarixədək Şəxs MMC tərəfindən işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvəyyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X9 protokolun məzmununa uyğun çıxış edərək Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikası X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində qəbul olunmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli ******* nömrəli protokolda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən daxil olmuş məlumatlar əsasında müəyyən olunmuşdur ki, vətəndaşlar X11 və X3 xx.xx.2025-ci il tarixdən, X7 xx.xx.2025-ci il tarixdən hazırkı tarixədək Şəxs MMC tərəfindən işğaldan azad edilmiş ərazilərdə AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Bu faktı əsas götürərək DƏMX Bakı Şəhər İdarəsi Şəxs MMC barəsində xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati protokol tərtib etmişdir. Həmin protokola əsasən Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsində (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) təqsirli hesab olunur. Daha sonra Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədova tərəfindən xx.xx.2025-ci il tarixli, 3(005)- 578/2025 nömrəli qərardad ilə qeyd olunan protokol və toplanmış material natamam olduğundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı Şəhər İdarəsinə qaytarılması qərara alınmışdır. Bundan sonra X8 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən 19 iyul 2025-ci il tarixli məktubla iş yenidən məhkəməyə göndərilmişdir. Məktuba əlavə olunan sənədlərdən göründüyü kimi inzibati xətaya dair iş yenə də ətraflı araşdırılmamış, şahidlərin izahatı alınmamışdır. “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sisteminə şəxslərin adı, həmin əraziyə maneəsiz giriş-çıxış məqsədilə daxil edilir. İnzibati xəta haqqında protokoldan görünür ki, DƏMX-in Bakı şəhər İdarəsinin əmək müqaviləsi bağlanmadan işlədiyini iddia etdiyi şəxslər X11, X3 və X4r. Bildirir ki, DƏMX-nin iddiasının əksinə olaraq adlarını qeyd etdikləri şəxslər müxtəlif tarixlərdə Şəxs MMC ilə əmək müqaviləsi bağlamış, lakin bir müddət sonra əmək müqavilələrinə qarşılıqlı razılıq əsasında xitam verilən şəxslərdir (xitam bildirişləri qoşmaya əlavə edilir). Həmin şəxslər “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sisteminə əmək müqaviləsi qüvvədə olan dövrdə daxil edilmiş və əmək müqavilələrinə xitam verildikdən sonra həmin şəxslərin adlarının sistemdən çıxarılmasına dair müvafiq qaydada müraciət edilmişdir. Göründüyü kimi şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi halı birmənalı şəkildə baş verməmişdir. Həmçinin, DƏMX-ə də məlum olduğu kimi əmək müqaviləsinə xitam verilən şəxslərin adlarının siyahıdan çıxarılması birbaşa olaraq şirkətin sərəncamında deyildir. Bu səbəbdən həmin şəxslərin adlarının çıxarılması üçün dərhal şirkət tərəfindən müvafiq orqana müraciət edilir. Həmin orqan tərəfindən isə müvafiq dövlət orqanına müvafiq qaydada müraciət göndərilir. Göründüyü kimi birbaşa olaraq şirkət tərəfindən həyata keçirilmədiyinə görə prosedur uzanır və bu müddət uzanmalarının qarşısını almaq şirkətin səlahiyyətindən tamamilə kənar olan məsələdir. Qeyd olunanları nəzərə alaraq bir daha qeyd edir ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi, bu ərazilərə maneəsiz giriş-çıxışın tənzimlənməsi məqsədilə yaradılmışdır. Hesab olunur ki, həmin informasiya sisteminin məlumatlarını ətraflı təhlil etmədən və dəqiq araşdırma aparmadan girişinə icazə verilən şəxslərin əmək müqavilələrinin olmaması yanaşması yanlışdır və təcrübə də göstərir ki, bu cür dəyərləndirmə yanlış qərarın qəbul edilməsinə gətirib çıxarır və qanunvericilikdə də buna dair hər hansı imperativ tələb yoxdur. xx.xx.2025ci il tarixli, MN ******* nömrəli protokolda inzibati xətanın hansı “müəyyən edilmiş sübutlarla” təsdiq edilməsi hissəsində “Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş məlumatlar” əsasında təsdiq edildiyi qeyd edilmişdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu ləğv etməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(005)-794/2025 saylı qərarından görünür ki, şikayət qismən təmin edilərək Şəxs MMC-nin direktoru X6 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı 25 fevral 2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1057/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(005)-794/2025 saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və mövqeyinin hüquqi əsasları: Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qanunvericiliyin tələblərini, o cümlədən, eyni inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilmiş Şəxs MMC-nin direktoru X6 barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarında göstərilən hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, Şəxs MMC tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, bununla da Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi müəyyən olunmadığına görə barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilməlidir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının işin faktiki halları hissəsindən görünür ki: Məhkəmə araşdırması zamanı isə X6 ilə X11, X3 və X7 arasında əmək münasibətlərinin yaranması, yəni sonuncuların müəyyən işlərin görülməsinə cəlb olunması hallarını müəyyən etmək mümkün olmamışdır.Qanunvericiliyin məzmununa əsasən müəyyən edilir ki, inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin üzərinə düşür. Qeyd edilən orqan X1 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə nəticəyə gələrkən hansı sübutlara istinad etməsi, həmçinin X11, X3 və X2 işəgötürmə ilə bağli müsabiqələrdə iştirak etmələri kimi hallara qiymət verib -vermədiyini müəyyən etmək olmamışdır.Məhkəmə, bütün qeyd edilənlərə əsasən belə bir nəticəyə gəlir ki, X6 tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı hər hansı hüquqlarının pozulmasını müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəti qərar qəbul edilməklə Şəxs MMC-nin direktoru X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 53, 114.1.4 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-2859/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2859/2025
20.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver