Məhkəmə qərarları › İş №3(005)-286/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-286/2023

22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-286/2023 22.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Barəsində inzibati icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 529.1-ci maddəsi ilə 17 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi tərəfindən tərtib edilmiş MN seriya ******* nömərli, xx.xx.2020-ci il tarixli qərar üzrə cəriməni qərar qüvvəyə mindiyi 03 ay müddətində heç bir əsas omadan icra etməmişdir. Bununla da borclu Şəxs icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və İXM-in 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, pandemiya vaxti polis əməkdaşları tərəfindən cərimə olunmuş daha sonra isə maddi vəziyyəti pis olduğu və işləmədiyi üçün cəriməni ödəyə bilməmişdir. Qərəzli olaraq ödənişdən yayınmır, maddi vəziyyəti düzələn kimi cəriməni ödəyəcəkdir. Son olaraq sadalananları nəzərə alaraq, barəsində ədalətli qərar qəbul olunmasını xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, qeyd olunan səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, MN0596121 nömrəli qərardan görünür ki, Şəxs İXM-nin 211-ci maddəsi ilə nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir; İcraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi tərəfindən tərtib edilmiş MN seriya ******* nömərli, xx.xx.2020-ci il icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərarın surəti və tələbin könüllü icra olunması barədə bildiriş borclu Şəxs göndərilmişdir. Qanunla müəyyən edilmiş müddət ərzində borclu icra sənədini icra etmədiyindən borclu İcra şöbəsinə dəvət edilərək ondan izahat alınmış, icra sənədinin icra edilməsi tələb olunmuşdur. İXM-nin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. İnzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs səlahiyyətli orqanın xx.xx.2020-cı il tarixli icra sənədinin icrasını 3 aydan artıq müddət ərzində təmin etməmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetirildiyindən sonuncunun əməli düzgün olaraq, İXM-nin 529.1-ci maddəsi ilə tövsif olunmuşdur. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 160 (yüz altmış) saat ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar