Məhkəmə qərarları › İş №3(005)-2861/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2861/2025

02.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2861/2025 02.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X3, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-maddəsi ilə MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC-nin rəhbərliyi tərəfindən vətəndaş X4 xx.xx.2025-ci il tarixdə xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş vermiş, araşdırma zamanı hadisə vaxtı onun Şəxs MMCdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edildiyi müəyyən olunmuşdur. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında protokol tərtib edən orqanın nümayəndəsi X5 protokolun məzmununa uyğun ifadə verərək, bildirmişdir ki, hadisə 23 iyun 2025-ci il tarixdə baş vermişdir, lakin hadisə barədə məlumat 24 iyun 2025-ci il tarixdə X12 tərəfindən məlumat daxil olmuşdur. Araşdırma zamanı ƏƏSMN məşğulluq alt sistemindən əldə olunan məlumatda müəyyən olunmuşdur ki, Şəxs ilə tibbi yardım almış X4 arasında aktiv əmək müqaviləsi mövcud olmamışdır. Sonda hüquqi şəxsin barəsində müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına və dəfələrlə iclasın təxirə salınmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin rəhbərliyi tərəfindən X4 xx.xx.2025-ci il tarixdə xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş vermiş , araşdırma zamanı hadisə vaxtı onun Şəxs MMC –də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edildiyi müəyyən olunub. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, X1 Müfəttişliyinə verdiyi izahatında hadisə günü xadimə çalışdığını bildirmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; 7-ci maddəsinə əsasən:

1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.

2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 42-ci maddənin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəyə əsasən:

1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir.

3. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir.

4. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, iş üzrə təqdim edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri, protokol tərtib etmiş orqanın nümayəndəsinin izahatlarını hərtərəfli, tam və obyektiv araşdıraraq, sübutları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq, öz daxili inamına əsasən qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə irəli sürülmüş iddia öz sübutunu tapmışdır. Məhkəmənin gəldiyi nəticə aşağıdakı hüquqi və faktiki əsaslarla şərtləndirilir: İş üzrə müəyyən edilməli olan əsas hüquqi məsələ, Şəxs MMC tərəfindən fiziki şəxs Zərərçəkmiş şəxs əmək fəaliyyətinə cəlb edilməsi zamanı əmək qanunvericiliyinin tələblərinin pozulub-pozulmamasından, yəni hüquqi şəxsin əməlində İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin mövcud olub-olmamasından ibarətdir. İXM-nin 192.1-ci maddəsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət müəyyən edir. Bu normanın tətbiqi üçün əmək münasibətlərinin hüquqi deyil, faktiki mövcudluğu əsas götürülməlidir. Məhkəmə, iş materiallarında olan sübutları – Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə istehsalatda xəsarət alması barədə X12 Stansiyasından daxil olmuş məlumat, "X11" publik hüquqi şəxsin kəskin inhalyasion xlor məhlulu ilə zəhərlənmə diaqnozu barədə arayışı, zərərçəkmişin X8 Xidmətinə verdiyi xx.xx.2025-ci il tarixli izahatı, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq altsistemindən əldə olunmuş və aktiv əmək müqaviləsinin olmadığını təsdiq edən məlumatı məcmuda qiymətləndirir. Bu sübutlar birmənalı şəkildə təsdiq edir ki, zərərçəkmiş şəxs cəmiyyətin Nəsimi rayonu, Hənifə Ələsgərova 9a ünvanında yerləşən SPA salon mərkəzində təsərrüfat fəaliyyətinin icrası ilə bilavasitə bağlı olan təmizlik işlərini yerinə yetirərkən səhhətində nasazlıq yaranmışdır. Zərərçəkmişin öz izahatında hadisə baş verən zaman cəmiyyətdə xadimə kimi çalışdığını bildirməsi onun işə cəlb edilməsi faktını bir daha sübuta yetirir. Bundan əlavə, cəmiyyətinin işçilərinin iştirakı ilə tərtib edilmiş akt-da da sözügedən xüsusat öz təsdiqini tapır (X2 həmin cəmiyyətdə çalışması faktı). Bu kontekstdə, məhkəmə "faktların formadan üstünlüyü" hüquq prinsipini rəhbər tutur. Bu prinsipə görə, münasibətlərin hüquqi təbiəti onların tərəflər tərəfindən necə adlandırılması və ya rəsmiləşdirilməsi ilə deyil, onların həqiqi mahiyyəti ilə müəyyən edilir. Tərəflər arasında yazılı əmək müqaviləsinin olmaması, lakin bir şəxsin digərinin tapşırığı ilə, onun nəzarəti altında, müəyyən edilmiş iş yerində və müəyyən edilmiş rejimdə haqq müqabilində işləri (xidmətləri) yerinə yetirməsi, de-facto (faktiki) əmək münasibətlərinin mövcudluğuna dəlalət edir. Bu cür münasibətlərin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci və 49-cu maddələrinin imperativ tələblərinə zidd olaraq, elektron informasiya sistemində qeydiyyata alınmış əmək müqaviləsi bildirişi ilə rəsmiləşdirilməməsi İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın obyektiv cəhətini tam formalaşdırır. Cəmiyyətin nümayəndəsinin məhkəmə iclaslarına üzrsüz səbəbdən gəlməməsi, məhkəmə tərəfindən işin hallarının araşdırılmasına mane olmaq və qanunla müəyyən edilmiş məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirilir. Beləliklə, toplanmış sübutların məcmusu şübhəyə yer qoymayacaq dərəcədə (beyond a reasonable doubt) Şəxs MMC tərəfindən İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyini sübut edir. İnzibati tənbehin növü və məbləği müəyyən edilərkən, məhkəmə İXM-nin 31-ci maddəsini rəhbər tutaraq, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların mövcud olmamasını, törədilmiş xətanın işçinin fundamental əmək hüquqlarını pozmaqla yüksək sosial təhlükəlilik dərəcəsini, hüquqi şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq, İXM-nin 192.1-ci maddəsinin sanksiyası çərçivəsində hüquqi şəxslər üçün nəzərdə tutulmuş cərimənin tətbiq edilməsini ədalətli, mütənasib və qanunun məqsədlərinə uyğun hesab edir. Bu tənbeh tədbiri həm cəzalandırma, həm də gələcəkdə cəmiyyət və digər işəgötürənlər tərəfindən bu cür hüquq pozuntularının qarşısının alınması məqsədlərinə xidmət edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20.000 (iyirmi min) manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər

Hakim: Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar