Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2866/2024 23.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi Şikayətçi- X3 iştirakı ilə, X3 AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 17567653 nömrəli, xx.xx.2023-cü tarixli inzibati xətaya dair protokol əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasına və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 17567653 nömrəli, xx.xx.2023-cü tarixli inzibati xətaya dair protokol əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X1 hüququ olmadığı üçün, eyni zamanda o, xəstə səhhəti problemli vəziyətdə olduğu üçün **-ZE-*** dövlət qeyydiyyat nömrə nişanlı, “Chevrolet Aveo” markalı avtomobilini qardaşı X6 yanında olmaq şərti ilə idarə etmişdir. Bu vaxta qədər qardaşı X2 heç bir yol polisi saxlamamış və X3 nə telefonuna nə də ev ünvanına bu cərimənin yazılması ilə bağlı bildiriş gəlməmişdir. Barəsində tərtib olunan protokol qərarlı protokol kimi qeydə alınmış və bu barədə X4 heç bir məlumat verilmədən və onun iştirakı olmadan DİN Bakı şəhər DYPİ Yol polis polkovnik leytenantı X7 tərəfindən xx.xx.2023-cü il tarixli, EQ 17567653 saylı qərar qəbul edilmişdir. Həmin qərarda göstərilmişdir kı, guya X6 dayan-durma qaydasını maşını idarəetmə hüququ olmadan pozmuşdur. Dayan-durma qaydalarının tələblərinin pozulması halına yol verilmiş, nəticədə AR İXM-nin 346.1-ci və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibatı xəta törədilmişdir. Beləliklə həmin qərarda yekun olaraq qeyd olunmuşdur ki, AR İXM-nin 346.1-ci və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə X6 barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. X6 barəsində tərtib olunmuş göstərilən qərarla razı deyil və hesab olunur ki, əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati iş üzrə icraat başlanıla bilməzdi, başlanmış icraata isə xitam verilməlidir. Belə kı, X6 qərarda göstərilən tarixdə həqiqətən də qeyd olunan istiqamətdə hərəkətdə olmuşdur. Lakin qərarda göstərilənin əksinə X6 nə idarəetmə huququ olmadan maşın idarə etmiş, nə də dayanma-durma qaydalarının tələblərinin pozulması halına yol verməmişdir. Ona görə ki, o, mütəmadi olaraq göstərilən yoldan istifadə edir və həmin yolda olan qaydaların tələblərinə riayət edir. Göründüyü kimi, nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olan qardaşı X5 idarəetməni həyata keçirmişdir. O isə, onun yanında oturmuşdur. Eyni zamanda mən hazırda mübahisələndirilən qərarı Bakı şəhər DYPİ-dən götürərkən də onun inzibati xəta törətməyimi təsdiq edən mötəbər sübutu tələb etsə də, X4 onlarda təqdim ediləcək yəni onun idarəetməni həyata keçirməyi ilə bağlı foto və video görüntünün olmamasını bildirmişlər. Beləliklə qərarda göstərilən xüsusatlar - yəni X3 tərəfindən yolda müəyyən edilmiş dayan-durma qaydalarının və nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarəetməyi ilə bağlı tələblərinin pozulması kimi AR İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini sübuta yetirmir. Qüvvədə olan inzibati qanunvericilikdə mötəbər sübutlara əsasən müəyyən edilmiş təqsirə görə məsuliyyətin müəyyən olunması nəzərə alınaraq, hesab olunur ki, hazırkı vəziyyətdə barəsində AR İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməsi qanunsuz və əsassızdır. DYPİ tərəfindən onun vətəndaş kimi qanunla qorunan hüquqları kobud şəkildə pozulmuş, heç bir inzibati xəta törətmədiyi halda məsuliyyətə cəlb edilmişdir. Hazırda mübahisələndirilən qərar X4 xx.xx.2024-cü il tarixində öz müraciəti əsasında təqdim edilmişdir. X3 barəsində AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 17567653 nömrəli, xx.xx.2023-cü tarixli inzibati xətaya dair protokol əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X6 şikayətini müdafiə edərək bildirdi ki, AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı tərəfindən tərtib edilmiş AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 17567653 nömrəli, xx.xx.2023-cü tarixli inzibati xətaya dair inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur və həmin qərarın ləğv olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 17567653 nömrəli, xx.xx.2023-cü tarixli inzibati xətaya dair protokol əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X6 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 346.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat miqdarında cərimə edilmişdir. Qərarın məzmunudan görünür ki, sürücü X6 xx.xx.2023-cü il tarixdə saat 07:02-də Nərimanov rayonu, Ziya Bünyadov prospekti ünvanında “Chevrolet Aveo” minik markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən dayanma və ya durma qaydalarını pozma, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 346.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X3 İXM-in 346.1 və 332.3-cü maddələri ilə təqsirli bilinərək cərimə olunmasına dair AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 17567653 nömrəli, xx.xx.2023-cü tarixli inzibati xəta haqqında inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işə yenidən baxılması AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X6 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, İXM-in: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4.-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir. 346.1-ci maddəsinə əsasən bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, inzibati xətanın mövcudluğu ilə razılaşmayan X3 barəsində tərtib edilən inzibati xəta haqqında protokola baxılarkən onun iştirakı təmin edilməmiş, araşdırma düzgün aparılmamış və barəsində inzibati qaydada cərimə olunmasına dair qərar qəbul edilmiş, həmçinin hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, halbuki sübutetmə yükü məhz onun üzərinə düşür (İXM-8.2). İXM-in: 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X6 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X6 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 17567653 nömrəli, xx.xx.2023-cü tarixli inzibati xətaya dair protokol əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X6 barəsində işə yenidən baxılması AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 İXM-in 346.1 və 332.3-cü maddələri ilə cərimə olunmasına dair AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 17567653 nömrəli, xx.xx.2023-cü tarixli inzibati xətaya dair protokol əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-2866/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2866/2024
23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver