Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2867/2021 10.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, “Wolt” çatdırılma xidmətində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin sahə inspektoru polis mayoru Namiq Qədirov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 09 noyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün inzibati xəta törədən şəxslə birlikdə məhkəməyə gətirilmişdir. Həmin protokoldan görünür ki, Şəxs 09.11.2021-ci il tarixdə, saat 02:30 radələrində Nərimanov rayonu Təbriz küçəsi “McDonalds” restoranının qarşısında ictimai qaydanı pozmuş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin sahə inspektoru X3 oğlu izahat verərək göstərdi ki, 09.11.2021-ci il tarixində saat təxminən 02:30 radələrində əməkdaşlarla xidmətdə olarkən Nərimanov metrosunun üzərində yerləşən “McDonalds” restoranının qarşısında bir neçə nəfər şəxsin səsli-küylü mübahisə etdiklərini görərək onlara yaxınlaşıblar. Şəxslər sərxoş olduğundan polisin qanuni tələblərinə tabe olmayıblar. Şəxslər bölməyə dəvət olunanda onlar tibbi müayinədən keçiriliblər. Şəxsiyyəti müəyyən olunan Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsinin tərkibi olduğu üçün barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim etmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 09.11.2021-ci il tarixində saat təxminən 02:30 radələrində “McDonalds” restoranının yanında onunla birlikdə Moped sürən uşaqlarla köşkdən “Yaquar” spirtli içki alıb içmişlər. Bu vaxt əvvəllər onunla bir neçə gün kirayədə yaşamış İsa adlı oğlan heçbir səbəb olmadan onun üstünə qışqırmağa başlayıb və ondan nə istədiyini anlamayıb. Başqa uşaqlar ondan sorublar ki, onun haqqında nə demisən, o isə nədən söhbət getdiyini anlamamışdır. Lakin İsa və o sakitləşməyib. Kənardan şəxslər onları ayırmağa çalışıblar. Bu vaxt polis əməkdaşları ora yaxınlaşıblar və onları 17-ci Polis Şöbəsinə dəvət ediblər. Polis əməkdaşları onu intizama dəvət etsə də, heç cür sakitləşməmiş, onların tələbinə tabe olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyü polis nəfəri X2 izahatında göstərdi ki, 09.11.2021-ci il tarixində saat təxminən 02:30 radələrində xidmət apardıqları zaman efir çağırış ilə 2 nəfər şəxsin ucadan küçə söyüşləri ilə mübahisə etməsini və bir biri ilə münaqişə etməsinin şahidi olublar. Onlara yaxınlaşıb özlərini təqdim ediblər. Onlarla profilaktik söhbət apardıqları zaman hər ikisi sərxoş olduğundan polisin qanuni tələblərinə tabe olmayıblar və onlara qarşı müqavimət göstəriblər. Üzərlərində dövlət atributlarının əks olunduğu polis formalarını cırıb və küçə söyüşləri ilə onları söyməyə davam etmişlər. Onları avtopatrula əyləşdirib və 17-ci Polis Şöbəsinə təhvil veriblər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara müəyyən olundu: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı Azər Məmmədova ünvanlanmış 09.11.2021-ci il tarixli raportdan görünür ki, 09.11.2021-ci il tarixində saat təxminən 02:30 radələrində xidmət apardıqları zaman efir çağırış ilə 2 nəfər şəxsin ucadan küçə söyüşləri ilə mübahisə etməsini və bir biri ilə münaqişə etməsinin şahidi olublar. Onlara yaxınlaşıb özlərini təqdim ediblər. Onlarla praflaktik söhbət apardıqları zaman hər ikisi sərxoş olduğundan polisin qanuni tələblərinə tabe olmayıblar və onlara qarşı müqavimət göstəriblər. Üzərlərində dövlət atributlarının əks olunduğu polis formalarını cırıb və küçə söyüşləri ilə onları söyməyə davam ediblər. Onlar götürmə hərəkəti ilə onları avtopatrula əyləşdirib və 17-ci Polis Şöbəsinə təhvil veriblər. “İnzibati qaydada tutma haqqında” 09.11.2021-ci il tarixli Protokoldan görünür ki, Şəxs 09.11.2021-ci il tarixdə saat 03:00-da inzibati qaydada tutulmuşdur. 09.11.2021-ci il tarixli, 2/16269 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, 09.11.2021-ci il tarixdə Şəxs həmin tarixdə alkoqol sərxoşluğu orta dərəcə olmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetirilir. Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması məhkəmə iclasında araşdırılan digər sübutlarla tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 09.11.2021-ci il tarixdə, saat 02:30 radələrində Nərimanov rayonu Təbriz küçəsi “McDonalds” restoranının qarşısında ictimai qaydanı pozmuş, onu nizamintizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf edib peşiman olmasını əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və sərxoş halda xəta törətməsini isə əsasən həmin Məcəllənin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar kimi müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şəxs oğlunun Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə onun şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh növünün tətbiq edilməsi qanunauyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2867/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2867/2021
10.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver