Məhkəmə qərarları › İş №3(005)-2868/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2868/2022

05.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2868/2022 05.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 482.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyytında Baş Gömrük İdarəsindən daxil olmuş 13000-0861/22 nömrəli, 20 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Enerji Resursları və X5 Gömrük İdarəsinin “Beynəlxalq Dəniz Ticarət Limam’’ gömrük postundan daxil olan xx.xx.2022-ci il tarixli 34/022/004654 saylı raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs “Ferry Chart'' MMC (VÖEN: **********) tərəfindən tranzit xüsusi gömrük proseduru altında xx.xx.2022-ci il tarixli KB-44/22-21 saylı “İNVOİCE” və AA0062955 saylı “CMR" sənədinə əsasında Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçməklə Türkmənistan Respublikasından Türkiyə Respublikasına 46AAF881 nömrəli qoşqu vasitəsilə daşınan “latun metalı” kimi bəyan edilmiş malda şübhə yaranmış bu səbəbdən AR DGK X2 idarəsi tərəfindən həmin malın ekspertizası aparılmışdır. AR DGK X2 İdarəsi tərəfindən Geofizika İnstitutunun “Analitik Mərkəzi"-ndə aparılan ekspertiza tədqiqatı nəticəsində xx.xx.2022-ci il tarixli 1447 saylı rəyə əsasən “latun metalı” kimi bəyan edilmiş malın tərkibinin 98,89 faiz “mis” tərkibli tökmə metal olduğu müəyyən edilmişdir. Bununla da "xxxx" MMC-nin barəsində İXM-in 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, qeyd olunan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/4408 saylı ekspert rəyi əsasında müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş metal predmet mis əsaslı ərintidən hazırlanmışdır və hazırlandığı mis metalının faizlə miqdarı 99.7 faiz təşkil edir. Beynəlxalq Dəniz Ticarət Limanı gömrük postunun inspektoru X1 tərəfindən Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin birinci müavini Hüseyn Həsənliyə ünvanlanmış raportdan görünür ki, Türkmənistan Respublikasından Azərbaycan Respublikası üzərindən (daşıyıcı şirkət Şəxs) Türkiyəyə tranzit gömrük proseduru altında göndərilən 76AAF881 nömrəli qoşquya gömrük yoxlaması keçirilən zaman mal müşayiət sənədlərində (xx.xx.2022-ci il tarixli KB-44/22-21 nömrəli invoys və №062955 saylı CMR) “latun mətalı” kimi bəyan edilmiş malda şübhə yaranmış, bu səbəbdən tərəfimizdən xx.xx.2022-ci il tarixdə ekspertiza tədqiqatının aparılması üçün AR DGK-nın X4 İdarəsinə müvafiq qaydada sorğu göndərilmişdir. Bu sorğuda yuxarıda qeyd olunan malın tərkibini müəyyən etmək xahiş olunmuşdur. X4 İdarəsi tərəfindən və Geofizika institutunun “Analitik Mərkəzi”-nin xx.xx.2022- ci il tarixli 1447 saylı raportunun əsasında təqdim olunmuş rəyi üzrə həmin malın 98.89 faiz mis tərkibli tökmə halında olduğu müəyyən edilmişdir; Bununla da Şəxs Şirkəti tərəfindən gömrük orqanına təqdim olunmuş sənədlərdə tranzit proseduru altında göndərilən malın adında müəyyən uyğunsuzluq müəyyən olunmuş, gömrük orqanına düzgün olmayan məlumatın verilməsi aşkar edilmişdir. Bu faktla bağlı araşdırmanın aparılmasına göstəriş verilməsi xahiş edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, “Ferry Chart'' MMC (VÖEN: **********) tərəfindən tranzit xüsusi gömrük proseduru altında xx.xx.2022-ci il tarixli KB-44/22-21 saylı “İNVOİCE” və AA0062955 saylı “CMR" sənədinə əsasında Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçməklə Türkmənistan Respublikasından Türkiyə Respublikasına 46AAF881 nömrəli qoşqu vasitəsilə daşınan “latun metalı” kimi bəyan edilmiş malın 98,89 faiz “mis” tərkibli tökmə metal olduğu müəyyən edilmişdir və bununla da İXM-in 482.2cü maddəsinin tələbləri həmin hüquqi şəxs tərəfindən pozulmuşdur. Belə ki, Azərbaycan Respublikadsı Gömrük Məcəlləsinin: 146-cı maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir; 148-ci maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək bəyannaməçinin vəzifəsidir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 482.3-cü maddəsinə əsasən Mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə -fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC-nin 482.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində 1000 (min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1000 (min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar