Məhkəmə qərarları › İş №3(005)-287/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-287/2025

06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-287/2025 06.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, Qərarından şikayət verilmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi - X3 Şikayət verən şəxs - X4 iştirakı ilə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, AYN ******* nömrəli inzibati tənbeh verilməsi barədə elektron qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli AYN0983233 nömrəli elektron qərarla AR İXM-nin 346.1.1-ci maddəsi ilə 20 manat məbləğində etibarnamə ilə idarə etdiyi Toyota Prius minik 90UY045 dövlət nömrə nişanlı avtomobillə bağlı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bildirəm ki, o inzibati xəta törətməmiş və Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinin tələblərini pozmamışdır. O, inzibati xəta haqqında qərarla razı olmamağını da AYNA-ya ərzə ilə bildirmişdir. Belə ki, xx.xx.2025-ci il tarixli AYN0983233 nömrəli onun barəsində inzibati tənbeh tədbiq edilməsinə heç bir əsas olmamışdır. xx.xx.2025-ci il tarixli AYN0983233 nömrəli dövlət nömrə Toyota Prius 90UY045 nişanlı avtomobillə bağlı inzibati xəta haqqında inzibati tənbeh vermə haqqında qərarın ləğv olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Sələhiyətli orqan tərəfindən təqdim olunmuş foto görüntüdə onun idarə etdiyi avtomobil Əhməd Rəcəbli küçəsində yerləşən Parking də 20151 nömrəli dayanacaqda saxlamağı göstərilsə də o, həmin avtomobili 20150 də saxlamış və 1181 sms götürmüşdür. LAKİN PARKİNG nəzarətçinin səhlənkarlığı nəticəsində və ona 20151 nömrəli parking də qeydiyyatdan keçməyi əvəzinə 20150 qeyd etmişdir. Və bu barədə onun smsi qeyd olunub. Və bir daha qeyd edirəm ki, həmin Parking də Paytaxt ərazisindəki bütün parklanmalarda demək olar ki, ilk 15 dəqiqə ödənişsiz həyata keçirilir. Yəni sürücü öz avtomobilini ilk 15 dəqiqə pulsuz şəkildə həmin ərazidə park edə bilər. Məhkəmə iclasında iştirak edən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X6 çıxış edərək bildirmişdir ki, X1 idarə etdiyi “TOYOTA PRİUS (HİBRİD) MİNİK” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdə, saat 15:40:35-da Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində yerləşən 20151 nömrəli parklanma məntəqəsində parklanma qaydalarım pozaraq, nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına görə inzibati Xətalar Məcələsinin (İXM) 346-1.1-ci maddəsi ilə cərimə edilmişdir. Xətanın törədilməsi inzibati xəta hadisəsini fiksə edən fotoşəkillərdə də göründüyü kimi təsdiq olunur. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi AYNA parklanma yerlərini müəyyənləşdirir, onları təşkil və idarə edir, parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət edir və parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görür. X5 idarə etdiyi “TOYOTA PRİUS (HİBRİD) MİNİK” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 09.01,2025-ci il tarixdə, saat 15:40:35-da Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində yerləşən 20151 parklanma məntəqəsində parklandırmışdır. Şikayətçi öz şikayətində nəqliyyat vasitəsini digər parklanma məntəqəsində parklandığını qeyd etməsinə baxmayaraq, tərəfimizdən əraziyə baxış keçirilmişdir və hesab edirik ki, X4 şikayətində qeyd etdiyi məsələlər məhkəməni bilərəkdən yayındırmaq məqsədi daşıyır. Belə ki, Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində 20150 və 20151 saylı parklanma məntəqələri ard-arda uzun məsafədən bir təşkil edilmişdir. Şikayətçinin təqdim etdiyi məlumatların yalnış olmasını sübut edən video materialda mövcuddur. Müvafiq sənədləri məhkəyə təqdim edərək şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 şikayətini müdafiə edərək, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, AYN ******* nömrəli inzibati tənbeh verilməsi barədə elektron qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmədə tədqiq edilən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən xx.xx.2025-ci il tarixli, AYN ******* nömrəli inzibati tənbeh verilməsi barədə elektron qərarından görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi ilə 20 manat məbləğində cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş foto şəkillərdən aydın olur ki, avtomobilin saxlanması üçün ayrılmış yerlər aydın şəkildə müəyyən edilir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə – iyirmi manat məbləğində cərimə edilir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X5 öz şikayət ərizəsində inzibati xəta törətmədiyini irəli sürmüşdür. X2 inzibati xətanı törətməməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmiş və şikayət ərizəsində qeyd etdiyi halları əsaslandırmamışdır. Halbuki məhkəmə iclasında araşdırma zamanı müəyyən edilmişdir ki, X5 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Əhməd Rəcəbli-20151 küçəsində parklanma qaydalarını pozmuşdur. Bununla da məhkəmə hesab edir ki, şikayətçi tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, sms göndərildiyi kod avtomobilin saxlanıldığı yer olmamışdır. O, həmin maddədə göstərilən inzibati xətanı törətmişdir və bu barədə elektron qaydada çəkilmiş foto şəkillər və qərar mövcuddur. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X4 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, AYN ******* nömrəliinzibati tənbeh verilməsi barədə elektron qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar