Məhkəmə qərarları › İş №3(005)-2875/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2875/2023

10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2875/2023 10.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, sürücü Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələbini pozaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı vətəndaş X3 və X4 “Yüngül” dərəcəli bədən xəsarəti almışdır. Protokol Nərimanov RPİ-nin təhqiqatçısı Toğrul Məmmədovun rədd materialı əsasında tərtib olunub Proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir: xx.xx.2023-cü il tarixli, 2/30082 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, həmin tarixdə Şəxs alkoqol sərxoşluq vəziyyəti - ayıqdır. Araşdırma zamanı Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 02:28 radələrində o, etibarnamə əsasında idarə etdiyi "Ravon R4-minik" markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə 20 Yanvar dairəsi istiqamətindən üzü Koroğlu MT-sı istiqamətində 6 zolaqdan ibarət avtomobil yolunda sağdan 1-ci zolaqla saat da 70 km sürətlə düzünə hərəkət etmişdir. O idarə etdiyi avtomobil ilə düzünə hərəkətdə olan zaman qarşısında bir neçə avtomobilin qəza törətdiyini görüb, əyləci sıxmışdır. Həmin vaxt asfaltın üzərində yağış yağması səbəbindən avtomobili sürüşmüş və sağ yan hissəsi ilə "KİA CEED-minik" markalı ** KL *** və "BMW" markalı ** EX *** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Hadisədən sonra ətrafdan keçənlər köməyə gəlmişlər. Bir qədər sonra isə Nərimanov RPİ-nin əməkdaşı gələrək araşdırma aparmağa başlamış və o da həmin araşdırmada iştirak etmişdir. Hadisə zamanı xəsarət almayıb və MTE-dən keçməkdən imtina etmişdir. Avtomobildə tək olmuşdur. Araşdırma zamanı X3 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 02:28 radələrində tanışı Şəxs idarə etdiyi "Ravon R4 -minik" markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə 20 Yanvar dairəsi istiqamətindən üzü Koroğlu MT-sı istiqamətində 6 zolaqdan ibarət avtomobil yolunda sağdan 1-ci zolaqla saat da 70 km sürətlə düzünə hərəkət etmişlər. Onlar avtomobil ilə düzünə hərəkətdə olan zaman qarşılarında bir neçə avtomobilin qəza törəydiyini görüb, Yəhya əyləci sıxmışdır. Həmin vaxt asfaltın üzərində yağış yağması səbəbindən avtomobilin sürüşmüş və sağ yan hissəsi ilə "KİA CEED-minik" markalı ** KL *** və “BMW” markalı ** EX *** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışlar. Hadisədən sonra ətrafdan keçənlər köməyə gəlmişlər. Bir qədər sonra isə Nərimanov RPİ-nin əməkdaşı gətərək araşdırma aparmağa başlamış və o da həmin araşdırmada iştirak etmişdir. Hadisə zamanı o xəsarət almışdır. Araşdırma zamanı X2 yol nəqliyyat hadisəsi zamanı xəsarət alması ilə bağlı onun izahatının alınması üçün tapşırıq verilmiş, lakin araşdırma müddətində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 227-M saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, X2 bədəni üzərində aşkar edilmiş xəsarətləf sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 N 1106 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, 1999-cu il təvəllüdlü X1 almış olduğu xəsarətlər-sağ dirsəyin əzilmiş yarası küt əşyanın təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materialları ilə müəyyən olunur ki, ünvan 1 ünvanında yaşayan X3 ərizə ilə Nərimanov RPl-nə müraciət edərək xx.xx.2023-cü il tarixdə Z.Bünyadov prospektində sərnişin olduğu dostu X5 idarə etdiyi "Ravon R4-minik" markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət alması ilə bağlı şikayəti və tələbi olmadığını, ona görə aparılan araşdırmanın dayandırılmasını xahiş etdiyini bildirmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən sürücü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə toplanmış materialın Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələbinə əsasən, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar