Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2879/2022 05.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X1 06 sentyabr 2022-ci il tarixli qərarından və 08.09 2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 15:20 radələrində etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz 200” minik markalı ** OR *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən “Hyundai Sonata” minik markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə avtomobildə olan şəxslərdən biri yüngül dərəcəli bədən xəsarəti almışdır. Bununla da, Şəxs tərəfindən İXM-in 327.8ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı peşmançılıq hissi ilə bildirmişdir ki, evlidir, 2 övladı var. Taksi fəaliyyəti ilə məşğul olur. Ailəsinə yeganə qazanc gətirən şəxsdir.Ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə, İXM-in 62.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və zərərçəkmişlər X11 və X4 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin və zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 2/28701 nömrəli, xx.xx.2022-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinə aktı”ndan görünür ki, Şəxs həmin gün ayıq olmuşdur; Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş AC 035209 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs B1, B, C1, C kateqoriyalı sürücüdür; xx.xx.2021-ci il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, X9 mülkiyyətində olan “Mercedes Benz 200” minik markalı ** OR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək və sair səlahiyyətləri xx.xx.2023-cü il tarixədək Şəxs etibar etmişdir; Təhqiqat araşdırması zamanı sərnişin X11 xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar onu bildirmişdir ki, qeyd olunan tarixdə saat təxminən 15:20 radələrində etibarnamə əsasında idarə etdiyi “Hyundai Sonata-minik” markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonıı, Z.Bünyadov prospekti ilə 20 Yanvar dairəsi istiqamətindən üzü Koroğlu MT-sı istiqamətində 30 km sürətlə 3 zolaqdan ibarət köməkçi yolda sağdan 3-cü zolaqla hərəkət edib, Z.Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində olan zaman nizamlayıcınm qırmızı işığının yandığını görüb, hərəkətini dayandırmışdır. Həmin vaxt tanışı X5 da ön sağ oturacaqda sərnişin qismində əyləşmişdir. Hərəkətə icazə verən yaşıl işıq yandıqdan sonra isə körpünün altı ilə yəni əsas yola daxil olaraq üzü Binəqədi rayonu istiqamətində hərəkətə başlamışdır. Həmin vaxt Z.Bünyadov prospekti ilə Atatürk prospekti istiqamətindən üzü 20 Yanvar dairəsi istiqamətində köməkçi yolla gələn “Mercedes Beıız-minik” markalı ** OR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onun əsas yolla gəldiyi halda yola daxil olmuş və bu zaman “Mercedes Benz-minik” markalı ** OR *** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə onun avtomobilinin sağ ön qanad hissəsi toqquşmuşdur. Budan sonra ətrafdan təsadüfi keçən şəxslər hadisə olduğunu görüb, köməklik etmək üçün yaxınlaşmışlar. Tanımadığı şəxslərdən biri TTYS-nin həkim briqadasını hadisə yerinə dəvət etmişdir. O, da xəstəxanada müayinə olunduqdan sonra Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmişdir. Araşdırma müddətində izahatı alınmış X5 xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar onu bildirmişdir ki, qeyd olunan tarixdə saat təxminən 15:20 radələrində tanışı Elvinin idarə etdiyi “Hyundai Sonata- minik” markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə 20 Yanvar dairəsi istiqamətindən üzü Koroğlu MT-sı istiqamətində 30 km sürətlə 3 zolaqdan ibarət köməkçi yolda sağdan 3-cü zolaqla hərəkət edib, Z.Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində olan zaman nizamlayıcınm qırmızı işığının yandığını görüb, hərəkətlərini dayandırmışlar. Həmin vaxt o, ön sağ oturacaqda sərnişin qismində əyləşmişdir. Hərəkətə icazə verən yaşıl işıq yandıqdan sonra isə körpünün altı ilə yəni əsas yola daxil olaraq üzü Binəqədi rayonu istiqamətində hərəkətə başlamışlar. Həmin vaxt Z.Bünyadov prospekti ilə Atatürk prospekti istiqamətindən üzü 20 Yanvar dairəsi istiqamətində köməkçi yolla gələn “Mercedes Benz-minik” markalı ** OR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onların əsas yolla gəldiyi halda yola daxil olmuş və bu zaman “Mercedes Benz- minik” markalı ** OR *** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə onların avtomobilinin sağ ön qanad hissəsi toqquşmuşdur. Budan sonra ətrafdan təsadüfi keçən şəxslər hadisə olduğunu görüb, köməklik etmək üçün yaxınlaşmışlar. Tanımadığı şəxslərdən biri TTYS-nin həkim briqadasını hadisə yerinə dəvət etmişdir. O, da xəstəxanada müayinə olunduqdan sonra Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X8 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının xx.xx.2022-ci il tarixli, 927 saylı rəyindən görünür ki, 1985-ci il təvəllüdlü X6 məhkəmə tibbi ekspertizasına, tibbi arayışda qeyd olunanlara əsasən, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: Vət.X7 aşkar edilmiş xəsarətlər-boyunun əzələ bağının gərilməsi ilə müşayiət olunan, sağ təpə, sağ gözün üst qapağının -hematomaları-küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2022-ci il tarixdə və yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa,müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X8 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının xx.xx.2022-ci il tarixli, 926 saylı rəyindən görünür ki, 1985-ci il təvəllüdlü X2 məhkəmə-tibbi ekspertizasına, tibbi arayışda qeyd olunanlara əsasən, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: Vət.X3 aşkar edilmiş xəsarət-alının sağ yarısının tüksüz hissəsinin sıyrığı-küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2022-ci il tarixdə və yol nəqliyyat hadisəsi nətiçəsində əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 06 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafedici izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin RM-22 nömrəli rədd materialında olan izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törətdiyi inzibati xətanı etiraf edib əməlindən peşman olmasını barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-2879/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2879/2022
05.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver