Məhkəmə qərarları › İş №3(005)-2880/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-2880/2025

12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-2880/2025 12.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, X4 Etibar qızının katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhər Baş Polis İdarəsi X8 Yol Patrul xidmətini nümayəndəsi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhər Baş Polis İdarəsi X8 idarəsinin nümayəndəsi X2, Müdafiəçi – “De fendo” vəkil bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 334-1.1, 511.1.3, 327.1 və 327.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinnin X5 barəsində İXM-nin 334-1.1, 511.1.3, 327.1 və 327.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş orqanın nümayəndəsi X3 xx.xx.2025-ci il tarixdə şifahi şəkildə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokolun baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhər Baş Polis İdarəsi X8 idarəsinin nümayəndəsi X5 protokolun geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə protokolun geri qaytarılmasına dair X1 müraciətini nəzərə alaraq belə qənaətə gəlir ki, protokol baxılmadan onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Beləliklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən protokol onu tərtib etmiş şəxsə baxılmayaraq geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrinə əsasən QƏRARA ALDİ: Azərbaycan Respublikası Azərbaycan Respublikası Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı “İnzibati xəta haqqında” protokolun baxılmadan geri qaytarılmasına dair X3 tərəfindən verilmiş vəsatət təmin edilsin. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar