Məhkəmə qərarları › İş №3(005)-2881/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2881/2025

19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2881/2025 19.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məmmədova Təhminə Nizami qızının katibliyi ilə, Barəsində protokol tərtib olunan qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 26748519 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 26748519 saylı qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, bildirir ki, cari ilin 18 mart tarixində ona məxsus “Toyota Prado” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı evin qarşısında küçə ilə səki arasında olan boş sahədə saxladığı üçün Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən EQ 26748519 nömrəli xx.xx.2025-ci il tarixli qərarla cərimə tərtib edilmişdir. Belə ki, həmin ərazi YPX əməkdaşı tərəfindən yanlış olaraq “səki” kimi qiymətləndirilmişdir. Avtomobilin səkidə deyil, küçə ilə səki arasında olan boş sahədə saxlanıldığını və “Azərbaycan dilinin izahlı lüğəti”nə istinad edərək “səki” anlayışının hansı tələblərə cavab verdiyini göstərməklə qeyd olunan qərardan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət etmiş, şikayətinə məhkəmə tərəfindən baxılaraq Azərbaycan Respublikası DİN BDYPİ-nin yuxarıda göstərilən qərarının ləğv edilməsi və ya yenidən baxılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-yə göndərilməsi barədə 3(005)-1370/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı qəbul edilmişdir. Məhkəmə qərarından üç aya yaxin vaxt keçdikdən sonra, xx.xx.2025-ci il tarixində ünvanına Azərbaycan Respublikası DİN BDYPİnin xx.xx.2025-ci il tarixli məktubu ilə 44-7/2-27467 nömrəli qərarı daxil olmuşdur. Qərarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə inzibati tənbeh tətbiq edilməsi qeyd olunmuşdur. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, bildirdi ki, maşını saxladığı yer səki deyil, boşluq olan sahədə saxlamışdır, orada azı 15-20 maşın saxlanılır, binanın digər sakinləri də qeyd olunan yerdə saxlayır. Sonda məhkəmədən Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 26748519 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında inzibati qərar qəbul edən qurumun nümayəndəsi iştirak etməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 26748519 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi ilə 60 manat məbləğində cərimə edilmişdir Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 346.9-cu maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə – altmış manat məbləğində cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən X2 tərəfindən İXM-nin 346.9-cu maddəsində nəzərdə tutulmuş dayanma qaydasını pozmağa görə 60 manat məbləğində cərimə edilmişdir. "Yol hərəkəti haqqında" Qanunun 1-ci maddəsinin 16-cı maddəsinə əsasən, səki dedikdə yolun hərəkət hissəsinə bitişik olan və ya qazonvasitəsilə ondan ayrılmış, piyaldarın hərəkəti üçün nəzərdə tutulan hissəsi nəzərdə tutulur. Fotoşəkillərdən isə görünür ki, həmin hissə birbaşa yolun hərəkət hissəsi və ya səkidən daha çox, qazon anlayışına daha çox uyğun gəlir. Fotoşəkillərdən də göründüyü kimi, ətrafda olan ağaclar və müəyyən yaşıllıq hissə də məhkəmənin qənaətini gücləndirir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 inzibati xətanın mövcudluğu ilə razılaşmamış, qərardan şikayətlə məhkəməyə müraciət etmişdir, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi 3(005)-1370/2025 nömrəli xx.xx.2025ci il tarixli qərarla şikayəti qismən təmin edərək işin yenidən araşdırılması üçün səlahiyyətli orqana göndərilməsi qərara alınmışdır, lakin inzibati orqan heç bir araşdırma aparmadan X1 hüquqlarını pozmuşdur. Belə ki, inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən məlumat verilməsinə baxmayaraq, məhkəmədə iştirak etməmiş, inzibati xəta hadisənin mövcudluğunu sübut etməmişlər. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarını tam şəkildə araşdırmadan, X2 barəsində inzibati tənbehvermə haqqında qərar qəbul etmişdir. Odur ki, həmin xüsusat üzrə araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Belə ki, həmin xüsusat dəqiq formada araşdırılmalı, nəqliyyat vasitəsinin saxlanılma yerinin qazon və ya səki olması xüsusuna birmənalı və dəqiq qiymət verilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Baş X5 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X1 İXM-nin 346.9-cu maddəsi ilə cərimə olunmasına dair xx.xx.2025-ci il tarixli, EQ seriyalı 26748519 saylı qərar ləğv edilməli və X2 barəsində işə yenidən baxılması Baş X5 İdarəsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X1 İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi ilə cərimə olunmasına dair xx.xx.2025-ci il tarixli, EQ seriyalı 26748519 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar