Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2887/2022 10.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 338.7-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi DYPŞ Şəxs barəsində İXM-in 338.7-ci maddəsi ilə İXP seriyalı ******* nömrəli 22 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə 15:20-də Şəxs tərəfindən 338.7-ci Məcəllənin 338.4-338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərəçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər çəkmiş şəxsə maddi zərər vurulması halına yol verilmişdir. Nəticədə AR İXM-in 338.7ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan Şəxs YNH-si zamanı xəsarət alması əsasında toplanmış Rm 1337/22 nömrəli rədd materialından görünür: Araşdırma müddətində izahatı alınmış Pakistan İslam Respublikasının vətəndaşı Haider X3 bildirmişdir ki, o, təxminən 5 aya yaxındır ki, Azərbaycan Respublikası Bakı şəhərində yaşayırmış və latın qrafikalı əlifbam sərbəst oxuyub, yaza bildiyi üçün tərcüməçidən imtina etmişdir. xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar onu bildirmişdir ki, qeyd olunan tarixdə saat təxminən 15:20 radələrində özünə məxsus idarə etdiyi “MOON” markalı moped ilə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi ilə Həsənoğlu küçəsi istiqamətindən üzü C.Hacıbəyli küçəsi istiqamətində 4 zolaqdan ibarət avtomobil yolunda sağdan 1-ci zolaqla saat da 30 km sürətlə düzünə hərəkət edirmiş. O, idarə etdiyi moped ilə düzünə hərəkətdə olan zaman onunla eyni zolaqda ondan qarşıda hərəkət edən “Kia Cerato-minik” markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sağa dönmə işığını yandıraraq həyətə dönmək istəmişdir. Bu zaman o, onunla düzgün ara məsafəsi saxlaya bilmədiyi üçün idarə etdiyi mopedin ön hissəsi ilə həmin avtomobilin ön sağ qapı və qanad hissədi toqquşmuşdur. Zərbənin təsirindən o, müqavimətini saxlaya bilməmiş və yerə yıxılmışdır. Bundan sonra isə həmin şəxs baş vermiş hadisə barəsində DİN-nin 102 xidmətinə xəbər vermişdir. Bundan sonra hadisə yerinə Nərimanov RPİ-nin əməkdaşı gələrək araşdırma aparmağa başlamışdır. O, da həmin araşdırmada iştirak etmişdir. Aparılan təhqiqat araşdırması üzrə izahatı alınmış X4 xx.xx.2022-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar onu bildirmişdir ki, qeyd olunan tarixdə saat təxminən 15:20 radələrində özünə məxsus idarə etdiyi “KİA Cerato-minik” markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi ilə Həsənoğlu küçəsi istiqamətindən üzü C.Hacıbəyli küçəsi istiqamətində 4 zolaqdan ibarət avtomobil yolunda sağdan 1-ci zolaqla saat da 40 km sürətlə düzünə hərəkət edirmiş. O, idarə etdiyi avtomobil ilə düzünə hərəkətdə olub, adı olmayan küçəyə dönmək üçün sağa işığını yandıraraq hərəkət sürətini azaltmağa başlamışdır. O, dönəcəyi yerə çatdıqdan sonra avtomobilinin sükanını sağa doğru döndərib hərəkət etmək istəmişdir. Həmin vaxt onunla eyni zolaqla ondan arxada hərəkət edən mopedin sürətlə hərəkət edib, saxlaya bilmədiyini görüb, avtomobilini saxlamışdır. Mopedin sürücüsü nə qədər əyləci sıxsa da, ara məsafəsi saxlaya bilmədiyi üçün idarə etdiyi mopedin ön hissəsi ilə onun avtomobilinin ön sağ qapı və qanad hissəsi ilə toqquşmuşdur. Bundan sonra isə müqavimətini saxlaya bilməyib, yerə yıxılmışdır. O, dərhal avtomobildən çıxıb, həmin şəxsə köməklik etmək üçün yaxınlaşmışdır. Daha sonra isə DİN-nin 102 məlumat xidmətinə bu barədə məlumat vermişdir. Bundan bir qədər sonra Nərimanov RPİ-nin əməkdaşı gələrək araşdırma aparmağa başlamışdır. O, da həmin araşdırmada iştirak etmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində qeyd ediiərılərə əsasən Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilməsi, qərarın surətinin Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İXM-in: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 338.7. Bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə almaqla hesab edir ki, o, İXM-in 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların olmamasını, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-2887/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2887/2022
10.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver