Məhkəmə qərarları › İş №3(005)-2889/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2889/2024

13.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2889/2024 13.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Abdurahmnalı Pınar Zakir qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru məmuru X2 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində ünvan 1 ünvanında bprclu S.Əliyarovdan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13429/2019, 25.11.19-cu il tarixli icra sənədi üzrə yaranmış borc öhdəliyini ödəmək təklif olundu, lakin ödəniş etməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bildirmişdir ki, zərərçəkmiş şəxs Türkiyə Respublikasının vətəndaşıdır və şikayətçidir. MN seriyalı ******* nömrəli protokolda əlavədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13429/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs 115700 (bir yüz on beş min yeddi yüz) manat alınaraq tələbkar X10 ödənilməlidir. İcra vərəqəsi xx.xx.2020-ci il tarixdə Xəzər rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir.İcra sənədi Xəzər rayon icra və probasiya şöbəsinin icraatında olarkən borclunun izahatı alınmış, borclu izahatında borcu etiraf etdiyini, tam ödəməyə maddi imkanının olmadığını, təqaüd aldığını, borcu ödəmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar olduğunu bildirmişdir. İcra sənədi Xəzər rayon icra və probasiya şöbəsindən icra olunması üçün xx.xx.2020-ci il tarixdə Nərimanov rayon icra və probasiya şöbəsinə daxil olmuşdur. İcra sənədinin icra olunması məqsədi ilə xx.xx.2020-ci il tarixdə borclu Şəxs icra sənədinin icra olunması ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. İcra sənədinin icrası ilə bağlı “Elektron İcra” İnformasiya Sistemindən əldə edilmiş xx.xx.2020-ci il tarixli məlumatlara əsasən borclu Şəxs adına Tovuz rayonu, Aşağı Öysüzlü kəndi, ümumi sahəsi 0,195903 ha, 0,183055 ha, 0,0980 ha olan torpaq sahələri və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 670/11 saylı ümumi sahəsi 0,12 ha olan bağ sahəsi aşkar edilmişdir. İcra sənədinin icra olunması məqsədi ilə tələbin borclunun daşınmaz əmlakına yönəldilməsi üçün borclu Şəxs adına Tovuz rayonu, Aşağı Öysüzlü kəndi, ümumi sahəsi 0,195903 ha, 0,183055 ha, 0,0980 ha olan torpaq sahələrinin və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 670/11 saylı ümumi sahəsi 0,12 ha olan bağ sahəsinin üzərinə həbs qoyulması barədə icra məmurunun xx.xx.2020-ci il tarixli təqdimatı baxılması üçün məhkəməyə göndərilmişdir. Nərimanov rayon məhkəməsinin 8(005)-552/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 13429/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs adına Tovuz rayonu, Aşağı Öysüzlü kəndi, ümumi sahəsi 0,195903 ha, 0,183055 ha, 0,0980 ha olan torpaq sahələrinin və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 670/11 saylı ümumi sahəsi 0,12 ha olan bağ sahəsinin üzərinə həbs qoyulmuşdur. Qərardad icra olunması üçün xx.xx.2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş və həmin tarixdə icra olunması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən Tovuz rayonu, Aşağı Öysüzlü kəndi, ümumi sahəsi 0,195903 ha, 0,183055 ha, 0,0980 ha olan torpaq sahələrinin və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 670/11 saylı ümumi sahəsi 0,12 ha olan bağ sahəsinin borclu Şəxs tərəfindən özgəninkiləşdirildiyindən və digər şəxslərin mülkiyyətində olduğundan həbsin qeydiyyatının aparılması mümkün olmadığı bildirilmişdir. İcra sənədinin icrası ilə bağlı borclu Şəxs xx.xx.2020-ci il tarixdə şöbəyə dəvət olunmuş, ondan izahat alınmış, borc məbləğinin tam ödənilməsi ondan tələb olunmuş izahatında icra sənədi üzrə borcu tam ödəməyə maddi imkanının olmadığını və borcun təqaüdünə yönəldilməsini xahiş etmiş və borcun tam ödənilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı barədə icra məmuru tərəfindən xəbərdar edilmişdir. Borclunun və birgə nikahda dövründə olan əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə “Elektron İcra” İnformasiya Sistemindən əldə edilmiş məlumatlarda borclunun və onun həyat yoldaşının adına tələbin yönəldilə biləcəyi daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 2 saylı Bakı DOST Mərkəzinin xx.xx.2020-ci il tarixli arayışına əsasən borclu Şəxs xx.xx.2016-cı il tarixdən ikinci qrup əlilliyə görə 640,60 manat əmək pensiyası alması müəyyən edilmişdir. İcra sənədi üzrə tələbkar X8 etibarnamə üzrə nümayəndəsi xx.xx.2020-ci il tarixli ərizə ilə şöbəyə müraciət edərək, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunması üçün barəsində inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərilməsini xahiş etmişdir. Borclu Şəxs barəsində xx.xx.2020-ci il tarixdə ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Nərimanov rayon məhkəməsinə göndərilmişdir. Nərimanov rayon məhkəməsinin 3(005)-3335/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Nərimanov rayon məhkəməsinin 3(005)-3335/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə təyin edilmiş 500 (beş yüz) manat cərimə məbləğinin borclu tərəfindən dövlət büdcəsinə ödənilməsi hazırki tarixədək təmin edilməmişdir. İcra sənədinin icrası ilə bağlı “Elektron İcra” İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən borclu Şəxs ikinci qrup əlilliyə görə 640,60 manat əmək pensiyası aldığı müəyyən edilmişdir. Lakin tələbkar X9 etibarnamə üzrə nümayəndəsi X3 xx.xx.2020-ci il tarixli ərizəsində icra sənədi üzrə tələbin 115700 (bir yüz on beş min yeddi yüz) manat olmasını nəzərə alaraq, icra sənədi üzrə tələbin borclunun pensiyasına yönəldilməsinə etiraz etdiyini, borc məbləğinin ödənilmədiyi təqdirdə borclunun ölkədən getmək hüququnun müvəqqqəti məhdudlaşdırılmasının təmin edilməsini xahiş etmişdir. Borclu Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13429/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmədiyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə aidiyyəti istintaq orqanına təqdimatla müraciət edilməsi haqqında xx.xx.2020-ci il tarixli xəbərdarlıq təqdim edilmişdir. İcra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu Şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün xx.xx.2020-ci il tarixli təqdimatla Nərimanov rayon məhkəməsinə müraciət olunmuşdur. Nərimanov rayon məhkəməsinin 8(005)-740/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13429/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi icra edilənədək borclu Şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmış və qərardad icra olunması üçün şöbənin icraatına xx.xx.2021-ci il tarixdə daxil olmuş və həmin tarixdə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilməsi üçün Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə göndərilmişdir. Borclu Şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1342 Bundan başqa tələbkar X13 xx.xx.2021-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək indiyədək borclu Şəxs borcundan heç bir ödəniş etməməsini və borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müraciət olunmasını xahiş etmişdir. İcra sənədi üzrə borclu Şəxs xx.xx.2021-ci il tarixdə şöbəyə dəvət olunmuş, ondan izahat alınmış, izahatında borcu tam ödəməyə maddi imkanının olmadığını bildirmiş və borcun tam ödənilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1 -ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı barədə icra məmuru tərəfindən xəbərdar edilmişdir. İcra sənədi üzrə borclu Şəxs qeydiyyatda olduğu ünvan 3 ünvanına icra məmuru tərəfindən baxış keçirilmiş, borclunun həmin ünvanda yaşamadığı müəyyən edilmiş və borclu Şəxs faktiki olaraq kirayə yaşadığı ünvan 4 ünvanına baxış keçirilmiş, həmin ünvanda borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Borclu Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılmasına dair təqdimat və materiallar xx.xx.2021-ci il tarixdə Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə göndərilmişdir. Borclu Şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlanılmış, telefon danışığı zamanı borcludan icra sənədi üzrə tələbi tam təmin etməsi tələb olunmuş, lakin borclu tələbi tam təmin edə bilməyəcəyini, maddi imkanının olmadığını bildirmiş, borclu X5 telefon vasitəsi ilə cinayət məsuliyyəti barədə xəbərdar edilmiş və bu barədə xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubuna əsasən borclu X4 əlillik dərəcəsinin etibarlılıq müddətinin bitməsi ilə əlaqədar Mərkəzi Filial tərəfindən ona əlilliyə görə ödənilən pensiya xx.xx.2021-ci il tarixində dayandırılmışdır. İcra sənədinin icra olunması məqsədi ilə borclu Şəxs xx.xx.2022-ci il tarixdə şöbəyə dəvət olunmuş, borclunun izahatı alınmış, borclu izahatında borcu etiraf etdiyini, tam ödəməyə maddi imkanının olmadığını, heç yerdə işləmədiyini, xəstə olduğunu bildirmişdir. Borclu Şəxs barəsində xx.xx.2022-ci il tarixdə ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Nərimanov rayon məhkəməsinə göndərilmişdir. Nərimanov rayon məhkəməsinin 3(005)-3897/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Bununla da o, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru məmuru X2 protokola uyğun izahat verərək, tələbkarın şikayətçi olduğunu və müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, məhkəmə qərarının icrasından boyun qaçırmadığını, borcunu qısa zaman içərisində ödəyəcəyini bildirmişdir. Hal-hazırda ödəniş edə bilmir. göstərilənlərin nəzərə alınmasını və barəsində inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13429/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Cavabdeh Şəxs 115700 manat alınaraq iddiaçı X12 ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş “İcraata başlamaq haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13429/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin Şəxs tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 3(005)-3335/2020 saylı qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində cərimə edilmişdir. Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 3(005)-3897/2022 saylı qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində cərimə edilmişdir. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 30.2-ci maddəsinə əsasən рamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək tələbkəra borcunu ödəməmişdir və borcun hissə-hissə icra olunması barədə məhkəməyə müraciət olunmamışdır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, o, İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40.0.1, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar