Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2894/2021 23.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş EXP seriyalı ******* nömrəli, 26.10.2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsinə dair X1 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3, Bakı şəhəri Nərimanov RPİ-i tərəfindən qəbul edilmiş EXP seriyalı ******* nömrəli, 26.10.2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 26 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində Heydər Əliyev prospekti ilə üzü şəhər istiqamətində avtobusda hərəkət edərkən X2rşısında olan dayanacaqda avtobusdan düşərkən polis əməkdaşı ona yaxınlaşmış və şəxsiyyət vəsiqəsini təqdim etməyini tələb etmişdir. O, polis əməkdaşından hansı səbəbdən şəxsiyyət vəsiqəsini tələb etdiyini soruşduqda o, nazirliyin göstərişi ilə COVİD- 19 xəstələrinin cəmiyyətdə gəzməsi, ictimai nəqliyyatdan istifadə etməsi və digər şəxsləri yoluxdurmaması üçün mütəmadi yoxlamaların aparıldığını bildirdi. Bundan sonra o, qanunvericiliyin tələbi ilə şəxsiyyət vəsiqəsinin məlumatlarını polis əməkdaşına vermişdir. Bundan sonra polis əməkdaşı ona gedə biləcəyimi bildirdi. Həmin tarixdən 4 5 gün sonra o, avtomobil cəriməsini ödəyərkən məlum oldu ki, həmin tarixdə barəsində EXP ******* nömrəli protokolu əsasında 26.10.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və 100 manat miqdarında cərimələnmişdir. Göründüyü kimi o, ilk olaraq heç bir inzibati pozuntu törətmədiyi halda belə bir görüntü yaradılmış, daha sonra isə prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq hadisə yerində protokol tərtib edilməyərək və həmin protokolun surəti ona təqdim edilməyərək əsassız şəkildə inzibati məsuliyyətə cəlb olunmuşdur. Həmin protokol qanunazidd formada tərtib olunmuşdur belə ki, qanunvericiliyə əsasən inzibati xəta haqqında protokol hadisə yerində tərtib olunmalı və vətəndaşa həmin protokolun surəti verilməlidir. Lakin barəsində tərtib olunan protokol hadisə yerində tərtib olunmamış və ona məlum olmayan yerdə tərtib edilmişdir. Bütün bu hallar barəsində tərtib olunmuş 26.10.2021-ci il tarixli EXP ******* nömrəli protokol və onun əsasında tərtib olunmuş qərarın ləğv edilməsini zəruri edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, şikayət vermiş şəxs X3 və inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhəri Nərimanov RPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə şikayət vermiş şəxs X1 və inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhəri Nərimanov RPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, şikayətdə X3 tərəfindən inzibati xətaya yol verilməməsi barədə dəlillər hər hansı tutarlı sübutla əsaslandırılmamışdır. Məhkəməyə təqdim edilən sənədlərlə onun İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X1 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov RPİ-si tərəfindən qəbul edilmiş EXP seriyalı ******* nömrəli, 26.10.2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X1 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2894/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2894/2021
23.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver