Məhkəmə qərarları › İş №3(005)-2897/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2897/2025

16.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2897/2025 16.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəzifəli şəxs Şəxs, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Nərimanov rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nərimanov rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 12 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında "xxxx" MMC-nin borclu olduğu icra sənədləri üzrə tələb "xxxx" MMC rəhbəri Şəxs tələb olunmuş, lakin Şəxs vəzifəli şəxs kimi icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Nərimanov rayon İcra şöbəsinin icra məmuru X2 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, icra məmuru Rəfail tərəfindən borclunun avtomobillərinə həbs qoymuşdur. Tələbkarlarla razılıq əldə olunması dəfələrlə bildirilsə də, heç bir razılıq əldə etmək mümkün olmamışdır. Göstərilənlər nəzərə alınaraq "xxxx" MMCnin rəhbəri Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə əsaslı protokol tərtib edilmişdir. Barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, bir müddət əvvəl tikinti işləri dayandığından borclar yaranmışdır. İnzibati qaydada cərimə olunduqdan sonra bir neçə tələbkara pul ödənilmişdir, lakin bunu sübut edəcək heç bir rəsmi sənəd yoxdur. Nəticədə hazırda yeni tender işi var. Qısa müddətdə borcların ödənişini həyata keçiriləcəkdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında protokola əlavədən görünür ki; Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2509/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 61550,22 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2021 -ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. İcraata başlamaq haqqında qərar borclunun rəhbəri Şəxs tərəfindən rəsmi qaydada xx.xx.2021 -ci il tarixdə qəbul olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3126/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 29370,90 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar “Ruslan Kəndli (Fermer) Təsərrüfatı” MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi Şöbənin icraatına xx.xx.2021-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. İcraata başlamaq haqqında qərar borclunun rəhbəri Şəxs tərəfindən rəsmi qaydada xx.xx.2022-ci il tarixdə qəbul olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3895/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 874372 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi Şöbənin icraatına xx.xx.2021-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. İcraata başlamaq haqqında qərar borclunun rəhbəri Şəxs tərəfindən rəsmi qaydada xx.xx.2022-ci il tarixdə qəbul olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-398/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 62790,83 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi Şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. İcraata başlamaq haqqında qərar borclunun rəhbəri Şəxs tərəfindən rəsmi qaydada xx.xx.2022-ci il tarixdə qəbul olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-892/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 100000 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi Şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. İcraata başlamaq haqqında qərar borclunun rəhbəri Şəxs tərəfindən rəsmi qaydada xx.xx.2022-ci il tarixdə qəbul olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-960/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 21570 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs10 xeyrinə ödənilməlidir. İcra sənədi Şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. İcraata başlamaq haqqında qərar borclunun rəhbəri Şəxs tərəfindən rəsmi qaydada xx.xx.2022-ci il tarixdə qəbul olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1562/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 33328,57 manat məbləğində pul vəsaiti və 400 manat məbləğində pul tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi Şöbənin icraatına xx.xx.2022-ci ii tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. İcraata başlamaq haqqında qərar borclunun rəhbəri Şəxs tərəfindən rəsmi qaydada xx.xx.2022-ci il tarixdə qəbul olunmuşdur. Nərimanov Rayon Məhkəməsinin 3(005)-2922/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 1500 manat məbləğində inzibati cərimə tutularaq Dövlət büdcəsinin xeyrinə ödənilməlidir. İcra sənədi Şöbənin icraatına xx.xx.2021-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir Nərimanov Rayon Məhkəməsinin 2(005)-1589/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 147605,12 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi" X7 xeyrinə ödənilməlidir. İcra sənədi Şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. İcraata başlamaq haqqında qərar borclunun rəhbəri Şəxs tərəfindən rəsmi qaydada xx.xx.2022-ci il tarixdə qəbul olunmuşdur. Nərimanov Rayon Məhkəməsinin 3(005)-1880/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, borclu "xxxx" MMC-dən 6000 ABŞ dolları məbləğində inzibati cərimə tutularaq Dövlət büdcəsinin xeyrinə ödənilməlidir. İcra sənədi Şöbənin icraatına xx.xx.2022ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin 3(005)-2261/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, borclu "xxxx" MMC-dən 12000 ABŞ dolları məbləğində inzibati cərimə tutularaq Dövlət büdcəsinin xeyrinə ödənilməlidir. İcra sənədi Şöbənin icraatına xx.xx.2022ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1744/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, borclu "xxxx" MMC-dən 37719,64 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X3 xeyrinə ödənilməli, borclu tərəfindən 1900 ədəd tikinti avadanlıqları tələbkara geri qaytarılmalıdır. İcra sənədi Şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3570/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, borclu "xxxx" MMC-dən 12036,53 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "Qala Həyat” Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi Şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. Bakı şəhər 3 saylı Notariat Ofisinin 8İ-5164 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, borclu "xxxx" MMC-dən 170,59 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi Şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3006/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, borclu "xxxx" MMC-dən 2.291083,45 manat məbləğində pul vəsaiti tələbkar Holcim (Azərbaycan) ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. Bakı Şəhəri 38 Saylı Notariat Ofisinin 8İ-987 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, borclu "xxxx" MMC-dən 2973,22 manat məbləğində pul vəsaiti tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2509/2021 saylı, xx.xx.2021-ci il tarixli və Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3126/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədlərinin icrası könüllü olaraq təmin edilmədiyi üçün “Elektron İcra” İnformasiya Sistemindən məlumat çıxarılmış, məlumata əsasən, “SC 1040FW8 Yük” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı, “Kamaz 5410 Yük” markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı, “964801 X9” markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı, “Kamaz 5511 yük” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı, “964801 yarımqoşqu sement daş” markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı, “Qaz 3302 yük” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı, “Kamaz 5320 yük” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 814 D yük” markalı, **-JA- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin borclu "Bakinşaat Group” MMC-nin mülkiyyətində olduğu müəyyən olunmuş, həmin nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət olunmuş, Nərimanov Rayon Məhkəməsinin 8(005)-783/2021 saylı, xx.xx.2021 -ci il tarixli qərardadı ilə "Kamaz 5410 Yük” markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı, “Kamaz 5511 yük” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı, “Qaz 3302 yük” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 814 D yük” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuş, qərardad icra olunması Azərbaycan Respublikası DİN BDYPİ-nə göndərilmiş, xx.xx.2022-ci il tarixdə həmin nəqliyyat vasitələri barəsində axtarış lan edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3895/2021 nömrəli, xx.xx.2021-ci il tarixli və Nərimanov Rayon Məhkəməsinin 3(005)-2922/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə həmin nəqliyyat vasitələri üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət olunmuş, Nərimanov Rayon Məhkəməsinin 8(005)-89/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə “SC 1040FW8 Yük” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı, “Kamaz 5410 Yük” markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı, “964801 X9” markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı., “Qaz 3302 yük” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 814 yük” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuş, qərardad icra olunması Azərbaycan Respublikası DİN BDYPİ-nə göndərilmiş, xx.xx.2022-ci il tarixdə həmin nəqliyyat vasitələri barəsində axtarış elan edilmişdir. “Elektron İcra” İnformasiya Sistemində borclunun adına aşkar olunmuş nəqliyyat vasitələri üzərinə həbs qoyulması barədə məhkəməyə təqdimat verilməmişdən əvvəl eyni zamanda “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinin tələbinə uyğun olaraq icra məmurunun qərarı ilə həbs qoyulmuşdur. İcra sənədlərinin icrasını təmin etmək məqsədilə müvafiq orqanlara sorğular göndərilmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X4 və X5 Agentliyinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, "xxxx" MMC-nin mülkiyyətində 1 ədəd Körpülü kran (yük/q 5 ton), 2 ədəd Körpülü kran (yük/q 10 ton), 2 ədəd Hava tutumu, 1 ədəd Tırtıllı kran RDK-250 (yük/q25 ton) aşkar edilmiş, həmin əmlakların üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət olunmuş, Nərimanov Rayon Məhkəməsinin 8(005)- 285/2022 saylı,11,05.2022-ci il tarixli qərardadı ilə həmin əmlaklar üzərinə həbs qoyulmuş və icra olunması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X4 və X5 Agentliyinə göndərilmişdir. Qeyd edilən əmlaklar "xxxx" MMC-nin rəhbəri Şəxs tələb olunmuş, Şəxs həmin əmlakların müəssisənin ayrılmaz hissəsi olduğunu bildirmiş, bu səbəbdən müəssisəyə baxış keçirilmiş, fotoşəkillər çəkilmiş, üzərinə həbs qoyulmuş əmlakların tikiliyə bitişik olduğu və tikilinin ayrılmaz hissəsi olduğu müəyyən olunmuşdur. Eyni zamanda əmlakların bitişik olduğu binanın üzərinə iddianın təmin tədbiri qaydasında həbs qoyulduğu məlum olmuşdur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, "xxxx"-nin mülkiyyətində XCMGZL- 50GL markalı, AZ90K-305 dövlət qeydiyyat nişanlı frontal yükləyicinin, EO 3211 markalı, AZ10N-195 dövlət qeydiyyat nişanlı ekskavatorun, T-130 markalı, AZ10N-193 dövlət qeydiyyat nişanlı, DT 75 markalı, AZ10N-196 dövlət qeydiyyat nişanlı və DZ-42 Q markalı, AZ10N-194 dövlət qeydiyyat nişanlı buldozerlər aşkar edilmiş, həmin əmlakların üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət olunmuş, Nərimanov Rayon Məhkəməsinin 8(005)-306/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin əmlaklar üzərinə həbs qoyulmuş və icra olunması üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinə göndərilmişdir. Qeyd edilən əmlaklar "xxxx" MMC-nin rəhbəri Şəxs tələb olunmuş, Şəxs həmin əmlakların hal-hazırda müəssisənin istifadəsində olmadığını və yeri barədə məlumatının olmadığını bildirmişdir. İcra sənədlərinin icrasını təmin etmək məqsədilə borclunun bank hesabları ilə bağlı xx.xx.2021-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə inkasso sərəncamları qəbul edilərək müvafiq banklara göndərilmiş, lakin bank hesablarında pul vəsait aşkar olunmamışdır. xx.xx.2022-ci il tarixdə üzərinə həbs qoyulmuş nəqliyyat vasitələrinin təhvil verilməsi "xxxx" MMC-nin rəhbəri Şəxs tələb olunmuş, Şəxs hal-hazırda yalnız “Qaz 3302 yük” markalı, **- JN-*** dövlət qeydiyyat nişanlı və “Kamaz 5320 yük” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin müəssisənin ərazisində olduğunu bildirmiş, həmin nəqliyyat vasitələrinə baxış keçirilmiş, nəqliyyat vasitələrinin qənaətbəxş vəziyyətdə olduğu müəyyən olunmuş və Azərbaycan Respublikası CM-nin 303-cü maddəsinin tələb və mahiyyəti izah və elan olunmaqla Şəxs saxlancına təhvil verilmiş, həmin nəqliyyat vasitələrinin qiymətləndirilməsi məqsədilə xx.xx.2022-ci il tarixli qərarla "xxxx" MMC-dən qiymətləndirici dəvət edilmiş, xx.xx.2022-ci il tarixli hesabata əsasən “Qaz 3302 yük” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 11000 manat, “Kamaz 5320 yük” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 13000 manat dəyərində qiymətləndirilmiş, xx.xx.2022-ci il tarixdə həmin nəqliyyat vasitələrinin açıq hərrac vasitəsilə satışını təşkil etmək məqsədilə "xxxx" MMC-nə sifariş məktubu göndərilmiş, "xxxx" MMC-nin xx.xx.2023cü il tarixli məktubu ilə hərracda heç bir alıcı müraciəti olmadığından sifariş geri qaytarılmış, xx.xx.2023-cü il tarixdə həmin nəqliyyat vasitələri borcun 24000 manat hissəsinin əvəzi olaraq tələbkar "xxxx" MMC-nə təklif edilmiş, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli cavab məktubu ilə təklif qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə həmin nəqliyyat vasitələrinin "xxxx" MMC-nin adına rəsmiləşdirilməsi barədə Azərbaycan Respublikası DİN BDYPİ-nə məktub göndərilmişdir. xx.xx.2022-ci il tarixdə borclunun rəhbəri Şəxs izahat alınmış, Şəxs izahatında müəssisənin hal-hazırda işləmədiyini, 4-5 ay müddətində müəssisənin fəaliyyətinə davam edəcəyini, şirkətin balansında olan əmlaklardan iki nəqliyyat vasitəsini icra qurumuna təklif etdiyini, digər nəqliyyat vasitələrinin yeri barəsində heç bir məlumatının olmadığını, üzərinə həbs qoyulmuş digər əmlakların yeri barədə məlumatsız olduğunu, həmin əmlakların ondan əvvəlki rəhbərin dövründə olduğunu, ona görə əmlakları təqdim edə bilmədiyini, qısa zaman ərzində hər bir tələbkara borcdan qismən də olsa, ödəniş edəcəyini izahatında qeyd etmişdir. xx.xx.2023-cü il borclu "xxxx" MMC-nin rəhbəri Şəxs vəzifəli şəxs kimi icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə müraciət olunmuş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs barəsində 1200 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. cü il tarixdə "xxxx" MMC-nin ünvanına təkrar olaraq baxış keçirilmiş, baxış zamanı üzərinə həbs qoyulmuş “Mercedes Benz 814 D yük” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar edilmiş, həmin nəqliyyat vasitəsinə baxış keçirilmiş, nəqliyyat vasitəsinin qənaətbəxş vəziyyətdə olduğu müəyyən olunmuş və Azərbaycan Respublikası CM-nin 303-cü maddəsinin tələb və mahiyyəti izah və elan olunmaqla Şəxs saxlancına təhvil verilmiş, həmin nəqliyyat vasitəsinin qiymətləndirilməsi məqsədilə xx.xx.2023-cü il tarixli qərarla "xxxx" MMC-dən qiymətləndirici dəvət edilmişdir. xx.xx.2023-cü il tarixdə borclunun rəhbəri Şəxs növbəti izahat alınmış, Şəxs izahatında müəssisənin hal-hazırda işləmədiyini, şirkətin balansında olan əmlaklardan iki nəqliyyat vasitəsinin hərraca çıxdığını, digər nəqliyyat vasitələrinin yeri barəsində heç bir məlumatının olmadığını, üzərinə həbs qoyulmuş digər əmlakların yeri barədə məlumatsız olduğunu, həmin əmlakların ondan əvvəlki rəhbərin dövründə olduğunu, ona görə əmlakları təqdim edə bilmədiyini, vəzifəli şəxs kimi inzibati qaydada cərimə olunduğunu, məhkəmə qərarlarının icrasından qətiyyən yayınmadıqlarını, onlara ödənilməli olan pulları ala bilmədiklərini, bank hesablarında daim sərəncam olduğunu, qısa zaman ərzində hər bir tələbkara borcdan qismən də olsa ödəniş edəcəyini izahatında qeyd etmişdir. xx.xx.2025-ci il tarixdə borclu "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə müraciət olunmuş, Nərimanov Rayon Məhkəməsinin 3(005)-211/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində 1200 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmiş, lakin hazıradək icra sənədlərinin icrası təmin edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(005)-211/2025 nömrəli qərardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.200 (bir min iki yüz) manat məbləğində cərimə edilmişdir. Hüquqi məsələlər, məhkəmənin mövqeyi və gəldiyi nətəcənin əsasları: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də öz əksini tapmışdır. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, Şəxs icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən qanunla müəyyən edilmiş qaydada yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs tikinti işləri dayandığı üçün maddi vəziyyətinin pisləşməsi səbəbindən icra sənədini icra etmədiyini göstərsə də, məhkəmə barəsində inzibati qaydada icraat aparılan şəxsin həmin arqumentinin məhkəmə aktının və digər icra sənədlərinin icrasız qalmasının üzrlü halı kimi qəbul olunmasını mümkün hesab etmir, bu dəlillərin şəxsin məhkəmə qətnaməsinin tam şəkildə icrasında maraqlı olmaması qənaətinə gəlməyə imkan verdiyini vurğulayır. Bu isə onu deməyə əsas verir ki, Şəxs məhkəmə iclasında icra sənədinin icra etməməsinin səbəbi kimi hər hansı üzrlü hala istinad edə bilməmiş, icra sənədinin icraya yönəldilməsindən uzun müddət keçməsinə baxmayaraq məhkəmə qərarı və icra qeydləri ilə müəyyən edilmiş məbləğin icra sənədində göstərildiyi qaydada ödənilməsini tam təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün yaşını və şəxsiyyətini, əmlak və sağlamlıq vəziyyətini, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olunması mümkündür. Odur ki, Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar