Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-2912/2025 13.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Babayev Kamal Yunis oğlu, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən tətbiq edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayətinə baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsi Dövlət Su Ehtiyatları Agentliyinin “X5 Xidməti” Publik Hüquqi şəxsinin İdarə Heyətinin sədri X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 539-1.1ci maddəsi ilə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Qərarda qeyd olunmuşdur ki, X1 əmək müqaviləsinə qanunvericiliyin tələbi pozularaq xitam verilmiş, 2 nömrəli Regional Sukanal İdarəsi ləğv edilmiş, bu səbəbdən vətəndaşın işə bərpa edilməsi məsələsi “X5 Xidməti” Publik Hüquqi şəxsinə 3-17-5/2-50503/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icrası məcburi göstəriş icra olunmamışdır. Həmin qərardan narazı qalan X3 qərarın ləğv edilməsi ilə bağlı şikayətlə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, X3 barəsində İXM-nin 539.1-1-ci maddəsi ilə qəbul olunmuş inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar üzrə inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhər Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Konstitusiya Məhkəməsi Plenum Qərarına uyğun olaraq, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumun qərarında formalaşmış hüquqi mövqeyə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. Belə ki, inzibati xəta haqqında işə baxılması zamanı işə əlavə edilmiş sənədlərdən görünür ki, X5 Xidməti PHŞ-nin hüquqi ünvanı: AZ1000, ünvan 1 yer üzrə baxılması ilə bağlı hər hansı vəsatət əlavə edilməmişdir. İXM-nin 109.1.7-ci maddəsinə əsasən, əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi haqqında qərardad çıxarır. İXM-nin 110-cu maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 törətməsi ehtimal olunan inzibati xəta əməli hüquqi şəxsin ünvanı üzrə verilməli olduğundan hazırkı şikayət aidiyyəti üzrə baxılması üçün Bakı Şəhər Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: X2, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə qəbul olunmuş MN ******* nömrəli, xx.xx.2025 tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı Şəhər Səbail Rayon Məhkəməsinə göndərilsin. Hakim: Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-2912/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-2912/2025
13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver