Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2921/2024 15.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Zirvə Yatırım ve Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, “Zirvə Yatırım ve Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən “Zirvə Yatırım ve Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 05 iyul 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X5 və X17 xx.xx.2024-cü ildən hazırki dövrədək əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X10 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Zirvə Yatırım ve Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili X15 izahatında göstərdi ki, X14 Xidməti 2024-cü ilin may ayı ərzində “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən aparılmış monitorinqlər nəticəsində sistemdən məlumatlar əldə etmiş və “Zirvə Yatırım ve Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı iki şəxsə, yəni X3 və X11 iş icazəsi almasını, lakin həmin şəxslərin “Zirvə Yatırım ve Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı filialında rəsmi qaydada işləmədiklərini müəyyən etmişdir. X14 Xidməti araşdırmanı sona qədər aparmamışdır. Belə ki, “Zirvə Yatırım ve Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialına icazənin alınmasına əsas olan sənədləri təqdim etməyə şərait yaratmadan İnzibati Xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Həmin protokol əsassız olaraq tərtib edilmişdir. Belə ki, X5 "xxxx" MMC-də rəngsaz vəzifəsinə müddətsiz işə qəbul edilmişdir və ona icazənin alınması məqsədilə “Zirvə Yatırım ve Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı filialına müraciət edilmişdir. X17 isə fiziki şəxs X12 ilə bağlanmış “Tapşırıq” müqaviləsi əsasında davamlı olmayan xidmətə cəlb edilmiş və X6 müraciəti əsasında X11 icazə alınmışdır. İcazə alınan şəxslərdən X5 “Zirvə Yatırım ve Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı ilə “Xidmət” müqaviləsi bağlayan "xxxx" MMC ilə əmək müqaviləsi, X17 isə “Zirvə Yatırım ve Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı ilə “Xidmət” müqaviləsi bağlayan fiziki şəxs X12 ilə “Tapşırıq” müqaviləsi bağlayaraq işə cəlb olunmuşlar. Hər iki şəxs onların müqavilələr bağladığı şirkətlərdə müqavilə əsasında çalışmışlar və onlara icazə işlədikləri şəxslərin müraciətləri əsasında alınmışdır. X5 və X17 “Zirvə Yatırım ve Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının işçiləri deyil, həmin şəxslərin şirkətə heç bir aidiyyəti yoxdur. Hazırki, iş üzrə “Zirvə Yatırım ve Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının təqsiri yoxdur. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, iş üzrə izahat vermələri üçün protokolda adları qeyd olunmuş şəxslər X2 və X8 məhkəmə iclasında iştiraklarını təmin etmək məqsədi ilə həmin şəxslərlə dəfələrlə əlaqə yaratmağa cəhd göstərilsə də, X2 və X8 məhkəmə iclasında iştiraklarını təmin etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" MMC-nin Qarabağ icazə portalları ilə bağlı şərtləri və qaydalarından görünür ki, 1. İcazə portalı üçün standart siyahı hazırlanmalıdır (Şablon excel fayl nümunə olaraq qrupa göndərilmişdir). İcazə portalı alınacaq şəxslərin şəxsi məlumatları müraciət edən şəxs tərəfindən tam və düzgün olaraq doldurulmalıdır. Məlumatların doldurulması zamanı bütün məsuliyyət birbaşa olaraq həmin şəxsə aiddir. Sonradan şəxsin şəxsi məlumatlarında problemlər yaranarsa (fin kod, seriya nömrəsi, vəzifə və təşkilatın rəsmi adı, əgər şəxsi nəqliyyat vasitəsilə hərəkət edirsə nəqliyyat vasitəsinin məlumatları) bu zaman bununla bağlı Bakı Abadlıq Xidməti (BAX) heç bir məsuliyyət daşımır. 2. Fayl hazırlandıqdan sonra “Portal qrupu”-na göndərilməlidir. Qrupdan kənar portalla bağlı müraciət, təklif, sorğu və s. qəti qadağandır. Gün sonunda qrupa göndərilən siyahılar əsasında BAX ümumi siyahı hazırlayaraq icazə portallarını təsdiqə göndərir. Şirkətlər mütləq şəkildə BAX tərəfindən qrupa göndərilən ümumi siyahıdan şəxslərin adlarının və məlumatlarını doğruluğunu yenidən yoxlamalıdır. Ümumi siyahıda adı olan şəxs minimum 1 iş günü sonra müvafiq posta yaxınlaşa bilər. Təcili məsələlərdə E-Polis tətbiqi vasitəsilə portalının aktiv olub olmadığını şəxs özü yoxlaya bilər. Tətbiqdən aktivliyi yoxlamadan yola çıxıb, postdan keçə bilməmiş şəxslərlə bağlı BAX məsuliyyət daşımır. İcazələr qrupa göndərildikdə müraciət olunan ərazilərin adları mütləq şəkildə qrupda mesaj olaraq qeyd olunmalıdı (Məsələn Laçın portalı, Xocalı portalı). Cədvəldə qeyd olunub, mesaj olaraq yazılmayan icazə əraziləri qeydə alınmayacaq, portala müraciət yalnız mesajla yazılan ərazilərə alınacaq. 3. Bir şəxsin adında 2 nəqliyyat vasitəsi varsa nömrələri və markaları mütləq vergüllə ayrılmış şəkildə (10XX100,99XX999) qeyd olunmalıdır. 4. Əgər şirkət və ya fiziki şəxs ilk dəfə icazə alacaqsa bunun üçün vendor olaraq qeydiyyatdan keçməlidir. Bunun üçün ilkin olaraq sistemdən vendor icazəsi alınır, bu təxmini 1 iş günü müddətində təsdiqlənir və vendor icazəsi alındıqdan sonra işçilərə icazə alınması mümkün olur. 5. Əmək müqaviləsi bağlanmamış, sistemdə rəsmi qeydiyyat olduğu barədə əksini tapmamış şəxslərin və ya başqa şirkətin işçisi olan şəxs üçün portal müraciətləri qəbul olunmur və sistemə vurulmayacaq. (Rəsmi olaraq şirkətin qeydiyyatına götürdüyünüz işçini bir iş günü sonra portala göndərin). Qeydiyyatsız və ya başqa şirkətin qeydiyyatında olub yanlış şirkətin adıyla portal müraciəti edilən şəxsə görə həmin şirkətə aidiyyəti qurumlar tərəfindən 20.000-25.000 AZN məbləğində cərimə tətbiq olunmaqdadır. Əlavələrdən görünür ki, portalların qüvvədə qalma müddətləri - Portal müddətləri müvafiq olaraq, Xankəndi, Xocalı, Ağdərə portalları - 1 aylıq, Laçın portalı - 2 aylıq, Kəlbəcər portalı - 2 aylıq müddətində olur. Portallar vaxtı bitməmişdən 2 iş günü əvvəl yenidən vaxtı uzatmada göndərilməlidir. Sistemə müraciət tarixləri - Portala müraciət həftənin 1-5-ci günləri qəbul olunur. Müraciətlər minimum 1 gün qabaqcadan olunmalıdır. Həftənin 3-cü günü portalların ləğv olunması günüdür, portalın ləğv olunması müraciətləri yalnız həftənin 3-cü günü şəxsi mesaj vasitəsilə göndərilməlidir. Qrupa göndərilən ləğv olunma müraciətləri qəbul olunmayacaq. Gün ərzində saat 9:00-15:00 aralığı portala müraciət siyahıları qəbul olunur və bu saatlardan əlavə qrupa icazə müraciəti göndərmək mümkün olmur. X12 tərəfindən “Zirvə Yatırım ve Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı filialına ünvanlanmış 02 may 2024-cü il tarixli məktubdan görünür ki, X12 ilə “Zirvə Yatırım ve Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı arasında 26 aprel 2024-cü il tarixində 01 dekabr 2023-cü il tarixli ZY-ŞM/12/2023 saylı Xidmət müqaviləsinə Əlavə bağlanmışdır. Əlavənin şərtlərinə əsasən müqavilə üzrə xidmətə Tapşırıq müqaviləsi ilə cəlb etdiyi şəxslərə “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində icazənin alınmasını “Zirvə Yatırım ve Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı təmin edir. İş davamlı olmadığı üçün fiziki şəxs olaraq X12 ilə X17 (AA1890658) arasında 24 aprel 2024-cü il tarixində Tapşırıq müqaviləsi bağlanmışdır. Bağlanmış 01 dekabr 2023-cü il tarixli ZY-ŞM/12/2023 saylı Xidmət müqaviləsi əsasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan Ağdərə-Xocalıda yükdaşıma xidmətlərinin yerinə yetirilməsi məqsədilə Tapşırıq müqaviləsi ilə iş görəcək X11 “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər icazənin alınmasını təmin edilməsi xahiş olunmuşdur. "xxxx" MMC-nin direktoru Elvin Manafov tərəfindən “Zirvə Yatırım ve Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı filialına ünvanlanmış 03 iyul 2024-cü il tarixli məktubdan görünür ki, “Zirvə Yatırım ve Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı və "xxxx" MMC arasında 01 mart 2024-cü il tarixində 01 sentyabr 2022-ci il tarixli ZR-Xİ/09/2022 saylı Xidmət müqaviləsinə Əlavə bağlanmışdır. Əlavənin şərtlərinə əsasən “XANOĞLANOĞLU İNŞAAT" MMC Əmək müqaviləsi və ya mülki hüquqi müqavilələr əsasında cəlb etdiyi şəxslərə "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş" informasiya sistemində icazənin alınmasını “Zirvə Yatırım ve Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı təmin edir. “XANOĞLANOĞLU İNŞAAT" MMC X5 (AZE № ********) ilə 27 mart 2024-cü il tarixində bağlanmış müddətsiz Əmək müqaviləsi bildirişi “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş" informasiya sistemində icazənin alınması məqsədilə “Zirvə Yatırım ve Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı filialına göndərilmişdir. Lakin sonradan Əmək müqaviləsi ləğv olunmuş və bu barədə “Zirvə Yatırım ve Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı filialına məlumat verilməmişdir. “Zirvə Yatırım ve Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı filialına vaxtında məlumat verilmədiyindən tərəflər arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli ZR-Xİ/09/2022 saylı Xidmət müqaviləsi əsasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında (Xocalı-Kəlbəcər əraziləri) xidmətlərin yerinə yetirilməsi məqsədilə avtomatik olaraq 27 mart 2024-cü il tarixində rəngsaz və suvaqçı vəzifəsinə işə qəbul olunan X3 "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş" informasiya sistemində xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər “Zirvə Yatırım ve Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən icazə alınmışdır. 01 sentyabr 2022-ci il tarixli, ZR-Xİ/09/2022 saylı Xidmət müqaviləsindən görünür ki, 01 sentyabr 2022-ci il tarixdə “Zirvə Yatırım ve Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının direktoru X13 (sifarişçi) ilə "xxxx" MMC nizamnamə əsasında fəaliyyət göstərən direktor X9 (icraçı) arasında “Xidmət” müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, “Sifarişçi” bu müqavilənin ayrılmaz hissəsi olan qiymətlərin razılaşdırma protokolunda göstərilən xidmətləri alır, “icraçı” isə həmin xidmətləri vaxtında təchiz etməyi öz üzərinə qötürür. 2.2-ci bəndinə əsasən Tərəflər təsdiq edirlər ki, “Sifarişçi” sifariş etdiyi xidmətləri, “icraçı” tərəfindən icra olunduğundan sonra tərəflər arasında tərtib edilən təhvil-təslim aktları və forma 2 ilə təsdiq olunacaq. 24 aprel 2024-cü il tarixli 01/2024 nömrəli Tapşırıq müqaviləsindən görünür ki, 24 aprel 2024-cü il tarixdə “Vəkalət alan” X17 (AA1890658, FİN: 627ABFN ilə “Vəkalət verən” fiziki şəxs X12 (VÖEN: **********) arasında Tapşırıq müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən “Vəkalət alan” müqavilədə göstərilən qaydada və şərtlərlə “Vəkalət verən”in adından və onun vəsaiti hesabına X12 (VÖEN: **********) ilə “ZİRVE YATİRİM və DİŞ TİCARET LİMİTED ŞİRKETİ”nin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış 01 dekabr 2023-cü il tarixli ZY-ŞM712/2023 saylı Xidmət müqaviləsi əsasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan Ağdərə-Xocalıda 2 (iki) ay müddətində texnika ilə yükdaşımanı yerinə yetirməyi öz öhdəsinə götürür. Fiziki şəxs X12 (VÖEN: **********) və “ZİRVE YATİRİM və DİŞ TİCARET LİMİTED ŞİRKETİ”nin Azərbaycan Respublikasındakı filialı (VÖEN: **********) arasında bağlanmış xx.xx.2023-cü ii tarixli ZY-ŞM/12/2023 saylı Xidmət müqaviləsinə 26 aprel 2024-cü il tarixli, 01/2023 saylı əlavədən görünür ki, İcraçı X12 (VÖEN: **********) ilə Sifarişçi adlanacaq “ZİRVE YATİRİM və DİŞ TİCARET LİMİTED ŞİRKETİ“nin Azərbaycan Respublikasındakı filialının (VÖEN: **********) direktoru X13 razılığa gələrək bu əlavəni bağladılar. 1. Tərəflər arasında bağlanmış 01 dekabr 2023-cü il tarixli ZY-ŞM/12/2023 saylı Xidmət müqaviləsinin (bundan sonra - müqavilə) 1.1-ci bəndində İcraçı Sifarişçinin Kəlbəcər layihəsində qeyd olunan müqavilə müddətində aralarında razılaşdırılmış tarixdən özünə məxsus texnikası ilə görülən işin həcmindən asılı olaraq yükdaşıma xidməti davamlı olmadığığndan bu işin yerinə yetirilməsini Tapşırıq müqaviləsi ilə cəlb etdiyi şəxslər hesabına görəcəkdir. 2. İcraçı Kəlbəcər layihəsi çərçivəsində Ağdərə-Xocalıda texnikanı idarə edəcək şəxslərin məlumatlarını və məlumatları təsdiq edən sənədləri (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi), yol vərəqəsini və ya etibarnaməni Sifarişçiyə təqdim edir. 3. Tərəflər razılaşırlar ki, müqavilənin icrası ilə bağlı bağlanmış bu Əlavə əsasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında xidmətlərin göstərilməsinə cəlb edilmiş şəxslərin adlarını “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində icazənin alınmasını və bitməsini müqavilə üzrə xidmətləri yerində alan Sifarişçi təmin edir. 4. İcraçı xidmətin yerinə yetirilməsinə cəlb etdiyi şəxslərə dair sənədləri Sifarişçiyə yazılı şəkildə məktuba əlavə etməklə təqdim edir, Sifarişçi məlumatı təqdim edilən şəxsə “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində icazənin alınması üçün zəruri tədbirlər həyata keçirir. 5. Müqavilənin bu Əlavə xaricindəki şərtləri dəyişilməz olaraq qalır, Əlavədə əldə edilmiş razılaşmanın icrası tərəflər üçün məcburidir. 6. Əlavə 2 nüsxədə Azərbaycan dilində tərtib edilmişdir, tərəflərin hər birində bir nüsxə qalır. 01 dekabr 2023-cü il tarixli, ZY-ŞM/12/2023 saylı Xidmət müqaviləsindən görünür ki, 01 dekabr 2023-cü il tarixdə “Zirvə Yatırım ve Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının direktoru X13 (sifarişçi) ilə fiziki şəxs X12 arasında “Xidmət” müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən “İcraçı” “Sifarişçi-nin Kəlbəcər layihəsində qeyd olunan tarixdən özünə məxsus texnikası ilə yükdaşıma xidməti göstərir. Tərəflərin qarşılıqlı razılığı əsasında görülən işin həcmindən aslı olaraq xidmət haqqı artırıla və ya azaldıla bilər. Xidmətin dəyəri tərəflərin iştirakı ilə akt formasında təsdiqlənir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “Zirvə Yatırım ve Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki “Zirvə Yatırım ve Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Məhkəmə hesab edir ki, “Zirvə Yatırım ve Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlar “Zirvə Yatırım ve Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının təqsirliliyini təsdiq etmir, əksinə məhkəmə iclasında tədqiq edilmiş tərəflərin izahatları və digər sübutlarla “Zirvə Yatırım ve Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının təqsirliliyi təkzib olunur. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat aparmış orqan işin hallarını tam araşdırmadan, inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə, işin hallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə nəticəyə gəlir ki, X2 və X8 “Zirvə Yatırım ve Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən hər-hansı bir işlərin yerinə yetirilməsinə cəlb edilməsi mötəbər sübutlarla təsdiq olunmur. Məhkəmə qeyd edir ki, Portaldan çıxarış “Zirvə Yatırım ve Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı X1 və X8 işğaldan azad edilmiş ərazilərə işləməyə keçməsi üçün icazə alınmasına dair müraciət edilməsi faktını təsdiq etsə də, adı çəkilən şəxslərin “Zirvə Yatırım ve Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının işçiləri olmasını təsdiq etmir. Həmçinin məhkəmə qeyd edir ki, protokol tərtib edən orqan tərəfindən X2 və X8 izahatları belə alınmamışdır. Bu hal bir daha onu təsdiq edir ki, X14 Xidməti tərəfindən toplanmış material üzrə tam, obyektiv və hərtərəfli yoxlama aparılmamış, iş üzrə düzgün hüquqi nəticəyə gəlinməsini təmin edəcək işin faktiki halları araşdırılmamışdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, “Zirvə Yatırım ve Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Məhkəmə hesab edir ki, “Zirvə Yatırım ve Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlar “Zirvə Yatırım ve Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının təqsirliliyini təsdiq etmir, əksinə məhkəmə iclasında tədqiq edilmiş tərəflərin izahatları ilə “Zirvə Yatırım ve Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının təqsirliliyi təkzib olunur. X14 Xidməti tərəfindən “Zirvə Yatırım ve Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş 05 iyul 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokolda işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X5 və X8 xx.xx.2024-cü ildən hazırki dövrədək əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edildiyi göstərilsə də, iş materiallarından görünür ki, “Zirvə Yatırım ve Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı və "xxxx" MMC arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli ZR-Xİ/09/2022 saylı Xidmət müqaviləsinə əlavənin şərtlərinə əsasən “Zirvə Yatırım ve Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı "xxxx" MMC-nin işçisi X5 üçün "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş" informasiya sistemində icazə almışdır. Bundan başqa, fiziki şəxs X12 ilə “Zirvə Yatırım ve Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış xx.xx.2023-cü ii tarixli ZY- ŞM/12/2023 saylı Xidmət müqaviləsinə 26 aprel 2024-cü il tarixli, 01/2023 saylı əlavənin şərtlərinə əsasən “Zirvə Yatırım ve Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı fiziki şəxs X6 işçisi X17 üçün "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş" informasiya sistemində icazə almışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan işin hallarına düzgün qiymət verməmiş, iş üzrə zəruri əhəmiyyət kəsb edən halları araşdırmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə xətanın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə təfsir edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, “Zirvə Yatırım ve Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 05 iyul 2024-cü il tarixli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Zirvə Yatırım ve Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 05 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2921/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2921/2024
15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver