Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2924/2024 24.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, xx.xx.1978-ci il tarixdə Rusiya Federasiyası, Stavropol şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Xaçmaz rayonu, Xudat şəhəri, Əliağa Şıxlinski küçəsi,12 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 564-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən Şəxs İXM-in 564-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı material 16 sentyabr 2024-cü il tarixdə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. 16 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 16 fevral 2024-cü il tarixdə saat 02:00 radələrində sərxoş halda bilə-bilə yalan məlumat verərək döyüldüyünü bildirmişdir, bununla da İXM-in 564-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis əməkdaşları tərəfindən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin rəisi Bayram Alıyevə ünvanlanan 25 iyun 2024-cü il tarixli raportdan görünür ki, Şəxs xx.xx.2024-cüü il tarixdə DİN-nin 102-xidməti zəng mərkəzinə məlumat verərək ünvan 3 ünvanında yerləşən, Nərimanov parkının qarşısında döyülməsi barədə məlumat vermişdir. Şəxs məlumatı xx.xx.2024-cii il tarixdə Nərimanov RPİ-nin 18-ci PŞ-nin «Törədilmiş və hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında» 2923 sıra sayı ilə qeydə alınaraq, araşdırmanın aparılması mənə həvalə edilmiş və araşdırma aparılmışdır. Araşdırma aparılaraq, cinayət faktı aşkar olunmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Yuxarıda göstərilənləri nəzərə alıb, ərizə əsasında taplanmış material üzrə cinayət işinin başlamasının rədd edilməsi barədə qərarın surəti xx.xx.1978-cü il təvəllüdlü Şəxs Azərbaycan Respublikası İXM-nin 564-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti əməkdaşa həvalə edilməsinə göstəriş verilməsi xahiş edilmişdir Material üzrə izahatı alınmış vət. Şəxs oğlu göstərmişdir ki, o, Bakı şəhəri, Nərimanov rayonu Montin qəsəbəsində gündəlik evlərdə kirayə yaşayır və daimi iş yeri yoxdur. xx.xx.2024-cü il tarixdə spirtli içki araq və piyvə içmiş və içkili olduğundan yadında qalmayan yerdə yerə yıxılmış və xx.xx.2024-cü il tarixdə saat təqribən 02 radələrində Nərimanov parkının qarşısına gəldikdən sonra DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edərək döyülməsini bildirmişdir. Lakin realıqda onu heç kəsin döymədiyini sadəcə olaraq içkinin təsirindən polisə yalan məlumat verdiyini qeyd etmişdir. xx.xx.2024-cü il tarixdə Şəxs ərizə ilə 18-ci PŞ-nə müraciət edərək, məlumatı sərxoş halda verdiyinionu heçkəsin döymədiyini və araşdırmanın dayandırılmasını xahiş etmişdir “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında” 2/50535 saylı, 16 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs alkoqol sərxoşluğunun dərəcəsi ortadır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 16 sentyabr 2024-cü il tarixli qərarına əsasən toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir və onun İXM-in 564-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. İXM-in 564-cü maddəsinə əsasən bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə yüz manat məbləğində cərimə edilir. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmaq İXM-in 564-cü maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini iş materiallarında olan sənədlər ilə öz təsdiqini tapmışdır. Belə ki, Şəxs əsassız olaraq bilə-bilə yalandan polis orqanın əmkdaşlarmı çağırıb, idarəçilik qaydaları əleyhinə inzibati xəta törətmişdir. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində xx.xx.2024-cü il tarixdə saat təqribən 02 radələrində Nərimanov parkının qarşısına gəldikdən sonra DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edərək döyülməsini bildirmişdir. Lakin reallıqda onu heç kəsin döymədiyini sadəcə olaraq içkinin təsirindən polisə yalan məlumat vermişdir, bu isə İXM-in 564-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. İXM-in 33-cü maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən olunmuşdur İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halları nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 564-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-2924/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2924/2024
24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver