Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2942/2023 31.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Calalov Nizami Firdovsi oğlunun katibliyi ilə, Barəsində şiyayət verilmiş inzibati xəta haqqında qərar qəbul etmiş orqan- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqiliyatında Baş Gömrük İdarəsinin nümayəndəsi X2, Şikayət vermiş şəxs-X3 iştirakları ilə, Şikayət vermiş şəxs X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqiliyatında Baş Gömrük İdarəsinin 00800/00981 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayət vermiş şəxs X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyatında Baş Gömrük İdarəsinin 00800/00981 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X5 onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli hesab edərək barəsində 6868 manatın 50 (əlli) % həddində, yəni 3434 manat məbləğində inzibati cərimənin tətbiq edilməsi ilə bağlı qərar qəbul etmişdir. Gömrük xidməti polkovniki X5 qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin malların bəyan olunduğu gündən 180 gün ərzində ixracatçıların müvəkkil banklarda olan hesablarına köçürülməmiş pul vəsaitlərinə dair tərtib edilmiş statistik cədvələ əsasən məlum olmuşdur ki, tərəfimdən xx.xx.2021-ci il tarixli, **********3386 və xx.xx.2021-ci il tarixli, **********5746 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən malların müqabilində ümumilikdə 4040 ABŞ dolları (6868 manat) məbləğində qalıq vəsait müvəkkil bankdakı hesabına köçürülməmişdir. Araşdırma zamanı alınmış məlumata əsasən tərəfimdən xx.xx.2021-ci il tarixli, **********3386 və xx.xx.2021-ci il tarixli, **********5746 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 3500 ABŞ dolları vəsaitin köçürülməsi DGK ilə Mərkəzi Bank arasında “Forma 3.9.2.1” elektron hesabat sistemində öz əksini tapmamışdır. Qeyd olunan faktla bağlı 05 sentyabr 2023-cü il tarixdə barəmdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsində Azərbaycan Respublikası İXM-nm 483-cü maddəsi ilə 00800-00509/23 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. 05 sentyabr 2023-cü il tarixdə barəmdə inzibati araşdırma başa çatdığından Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti polkovnik-leytinantı X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, bu protokol əsasında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X5 tərəfindən barəmdə 12 sentyabr 2023-cü il tarixli qərar qəbul edilmişdir.Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X5 tərəfindən barəmdə qəbul olunmuş 12 sentyabr 2023-cü il tarixli, 00800/00981 nömrəli qərar qanunsuz və əsassız olduğu üçün ləğv olunmalı, bu qərar əsasında tətbiq olunmuş bütün inzibati tənbeh tədbirləri qanunsuz hesab edilməlidir. Rusiya Federasiyası Moskva vilayəti Domodedov şəhəri, Aviaçionniy mlcr. Jukovckovo küçəsi, ev 13, mənzil 4 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Kateriniça V.M arasında bağlanılmış 05 aprel 2021-ci il tarixli 4/04-21 nömrəli müqaviləyə əsasən tərəfimdən 16 aprel 2021-ci il tarixdə ümumi dəyəri 2040 (iki min qırx) ABŞ dolları olan 20 400 (iyirmi min dörd yüz) ədəd və 08 iyun 2021-ci tarixdə ümumi dəyəri 2000 (iki min) ABŞ dolları olan 20 000 (iyirmi min) ədəd qərənfil gülü göndərilmiş, alıcı həmin məhsulu qəbul etmişdir. Aralarında bağlanmış yuxarıda qeyd olunan müqavilə üzrə alıcı tərəfimdən göndərilmiş məhsulu Rusiya Federasiyasının Gömrük zonasında qəbul etdiyi gündən sonrakı 90 gün müddətində aldığı malın ödənişini ödəməli idi. O müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etsə də “alıcı” tərəf bu öhdəlikləri bu günə qədər icra etməmiş, müxtəlif bəhanələrlə müqavilə üzrə öhdəlikləri icra etməkdən boyun qaçırtmışdır. Məhkəmə iclasında X7 şikayətinin təmin olunamasını məhəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş səlahiyyətli orqan olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqiliyatında Baş Gömrük İdarəsinin nümayəndəsi X4 məhkəmə iclasında verilmiş şikayətə etiraz edib qəbul edilmiş qərarın qanuni olduğunu bildirərək qeyd etmişdir ki, müvafiq araşdırma aparılmış və aşkar edilmiş pozuntu əsasında da İrfan Yılmazın barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 00800/00981 nömrəli inzibati tənbeh haqqında inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X7 tərəfindən xx.xx.2021-ci il tarixli, **********3386 və xx.xx.2021-ci il tarixli, **********576 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 3500 ABŞ dolları vəsaitin köçürülməsi DGK ilə Mərkəzi bank arasında hesabat sistemində öz əksini tapmaması faktı ilə inzibati xəta başladılmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinib 3434 manat cərimə edilmişdir. xx.xx.2021-ci il tarixli **********5746 nömrəli gömrük bəyannaməsindən görünür ki, təzə buket düzəltmək üçün yararlı olan və ya dekorativ məqsədlər üçün mallar 20400 ədəd 2021-ci il məhsulu 2040,00 ABŞ dolları müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli **********3386 nömrəli gömrük bəyannaməsindən görünür ki, təzə buket düzəltmək üçün yararlı olan və ya dekorativ məqsədlər mallar 20000 ədəd 2021-ci il məhsulu 2000,00 ABŞ dolları müəyyən edilmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsini və şikayəti verən şəxsi dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”-nın 12.1-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Həmin Qaydaların 12.2-ci bəndinə əsaəsn hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin Qaydaların 12.4-cü bəndinə əsasən müvəkkil banklar şəxslərin aidiyyəti hesablarına ixrac müqavilələri üzrə xarici valyutanın daxil olması barədə məlumatı Mərkəzi Bank tərəfindən müəyyən edilmiş formada və qaydada vəsait daxil olduğu gündən 3 (üç) iş günü ərzində Mərkəzi Banka ötürürlər. Həmin Qaydaların 12.5-ci bəndinə əsasən Mərkəzi Bank müvəkkil banklardan daxil olmuş məlumatlar və elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin müəyyən olunmuş müddətdə ixracatçının müvəkkil bankdakı hesabına köçürülmədiyini müəyyən etdiyi halda ixracatçı barədə qanunvericiliklə müəyyən edilmiş nəzarət və digər tədbirlərin görülməsi məqsədilə 2 (iki) iş günü müddətində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat verir. Həmin Qaydaların 14.9-cu bəndinə əsasən Dövlət Gömrük Komitəsi bütün ixracidxal əməliyyatları üzrə hər ay hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Prezidentinə, Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə, Maliyyə Nazirliyinə, X1, Dövlət Statistika Komitəsinə və Mərkəzi Banka müəyyən edilmiş formada məlumat xarici ticarətin gömrük statistikasının məlumatlarını verir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X10 tərəfindən bəyannamələrdə qeyd edilən həmin məbləğdə vəsait qanunvericiliklə müəyyən edilmiş müddət ərzində bank hesabına daxil olmaması ilə bağlı malların bəyan olunduğu vaxtdan (xx.xx.2021-ci il tarixdən) 180 (yüz səksən) gün keçməsinə baxmayaraq barəsində protokol xx.xx.2023-cü il tarixində tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən gömrük qaydalarının pozulmasına görə inzibati tənbeh xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Buna görə də X7 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İXM-nin 38.2-ci maddəsinə əsasən Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. İXM-nin 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından, X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqiliyatında Baş Gömrük İdarəsinin 00800/00981 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinib 3434 manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 00800/00981 nömrəli, xx.xx.2023cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı İXM-nin 38-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-2942/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2942/2023
31.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver