Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2944/2021 30.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X1, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 469.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən Şəxs MMC barəsində İXM-in 469.2-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 11 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC tərəfindən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X2 izahatında göstərdi ki, “Əmək müqaviləsi bildirişləri” təhlil altsisteminə baxış keçirilən zaman Şəxs MMC tərəfindən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari qaydada sığortalanması təmin edilməməsi aşkar olunmuşdur. Bununla da Şəxs MMC tərəfindən İXM-in 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, müvafiq araşdırma cari ilin iyul ayı ərzində aparılmış və Şəxs MMC tərəfindən İXM-in 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi aşkar edilmişdir. Məhkəməyə Şəxs MMC tərəfindən göndərilmiş sənədlərdən də aydın olur ki, Şəxs MMC ilə "xxxx" ASC arasında 13.08.2021-ci il tarixli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmış və sığorta haqqının müəyyən hissəsi, yəni 256,26 manat məbləğində pul vəsaiti 30.08.2021-ci il tarixdə Şəxs MMC tərəfindən ödənilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta haqqı və ya onun bir hissəsi ödənildiyi anda sığorta müqaviləsi qüvvəyə minir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, İXM-in 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə dəftərxana vasitəsilə Şəxs MMC-nin direktoru X4 tərəfindən göndərilmiş ərizədən görünür ki, 11.11.2021-ci il tarixində Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında X6 Xidməti tərəfindən MN № ******* və 12.11.2021-ci il tarixində MN №1052367 saylı 2 (iki) inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə baxılması üçün lazım olan məlumatlar Nərimanov rayon məhkəməsinə göndərilmişdir. 15.11.2021-ci il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin **********5 və **********8 nömrəli bildirişləri onlara göndərilməsinə baxmayaraq, bildirişlər 22 noyabr tarixində gəlib çatmışdır. Qeyd olunan bildirişdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin etməməkləri ilə bağlı MN № ******* və MN №1052367 2 (iki) protokol tərtib edilmişdir. Lakin, yuxarıda qeyd olunan iddiaların heç bir əsası yoxdur. Belə ki, Şəxs MMC ilə Paşa Həyat sığorta şirkətinin qarşılıqlı razılığı əsasında İSB.az elektron hökümət portalı üzərindən asan imza ilə müqavilə imzalanmış və 13.08.2021-ci il tarixində PH********** saylı müqavilə qüvvəyə minmişdir. Müqaviləyə əsasən E-gov.az sistemi üzərində işçilərinin tutduğu vəzilər və aldıqları əmək haqları barədə bütün məlumatlar İcbari Sıgorta Bürosuna inteqrasiya olunmuşdur. Bütün məlumatlar İcbari Sığorta Bürosuna inteqrasiya olunduqdan sonra Paşa Həyat Sığortası tərəfindən müqaviləyə əsasən № PH **********/0 saylı Əlavə yazılmış və Əlavədə əməkdaşlarının siyahısı qeyd edilmişdir. Müqavilə və müqavilənin ayrılmaz hissəsi sayılan Əlavəyə əsasən X9 tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin E-taxes.gov.az proqramı üzərindən Elektron qaimə tərtib edilmiş və elektron qaiməyə əsasən qeyd olunan məbləğ Paşa Həyat Sığortanın hesabına ödənilmişdir. Şəxs MMC-nin bir əməkdaşı belə sığortasız qalmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq ATM Xətai MMC-yə yazılmış protokolların hər ikisinin etibarsız hesab edilməsi xahiş olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şəxs MMC ilə "xxxx" ASC arasında bağlanmış 13.08.2021-ci il tarixli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”ndən görünür ki, Şəxs MMC-nin sığorta haqqını ödəməsi müqabilində onunla əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında işlər və ya xidmətin həyata keçirilməsinə cəlb edilmiş fiziki şəxslərin həyatına və sağlamlığına bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə "xxxx" ASC tərəfindən sığorta ödənişinin verilməsi öhdəliyi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən müqavilə sığorta müqavilə sığorta haqqının birdəfəlik və yailk hissəsinin ödənildiyi gün saat 24:00-da qüvvəyə minir; 30.08.2021-ci il tarixli ödəniş tapşırığndan görünür ki, Şəxs MMC tərəfindən 226,26 manat məbləğində sığorta haqqı "xxxx" ASC-nin hesabına ödənilmişdir. İş materialları və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyəli qurumun nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan aydın olur ki, 30.08.2021-ci il tarixdən Şəxs MMC tərəfindən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilmişdir. Yəni, 30 avqust 2021-ci il tarixdə müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş Şəxs MMC tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsi qüvvəyə minmişdir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 903-cü maddəsi). Göstərilən tarixə qədər Şəxs MMC tərəfindən sözügedən müqavilənin bağlanılmaması isə 2021-ci ilin iyul ayı ərzində aşkar olunmuşdur. Yəni, Şəxs MMC tərəfindən İXM-in 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsinin aşkar olunmasından hazırki vaxtadək 3 aydan artıq müddət keçmişdir. Məhkəmə qeyd edir ki, İXM-in 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta sığorta qaydaları əleyhinə olan inzibati xətalara aiddir və həmin xətaya görə məsuliyyətə cəlb etmə müddəti 3 aydır. Belə ki, İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmçinin, İXM-in 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta həmin Məcəllənin 38.1-ci maddəsinin ikinci cümləsinin təsir dairəsinə düşmür. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, İXM yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr, İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İXM-in tələblərinə uyğun müəyyən etməli, süründürməçiliyə yol vermədən, həmin işlərə qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət etməklə baxmalıdırlar. Konstitusiya Məhkəməsinin Plenumu diqqətəlayiq bir məqamı da göstərməyi lazım bilir. Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Həmçinin, X3 111.1-ci maddəsinə uyğun olaraq, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Konstitusiya Məhkəməsinin Plenumu inzibati xətalar üzrə işlərin məhkəmələr tərəfindən baxılmasına dair özünün əvvəlki hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, inzibati xətalara dair işlərə sadələşdirilmiş qaydada baxılmasını, inzibati xəta törətmiş şəxs barəsində qanunvericiliyin tələbinə görə yalnız üç ay müddətində inzibati tənbehin verilməsinin mümkünlüyünü və tərtib edilmiş materialların tamamlanmasının bilavasitə onların da vəzifəsinə aid edildiyini nəzərə alaraq, məhkəmələr daxil olmuş materiallara qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən olunmuş müddətlər çərçivəsində obyektiv və qərəzsiz baxmalıdırlar. İXM-in: 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Odur ki, Şəxs MMC barəsində tərtib olunmuş 11 noyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata, inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 38.1, 53.0.6, 105 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən tərtib olunmuş 11 noyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-2944/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2944/2021
30.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver