Məhkəmə qərarları › İş №3(005)-2946/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2946/2024

25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2946/2024 25.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi ilə Barəsində protokol tərtib olunan qərardan şikayət vermiş şəxs X3, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin nümayəndəsi X6 iştirakları ilə, X4 barəsində Bakı şəhəri Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 23015967 nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsitərəfindən qəbul edilmiş EQ seriyalı 23015967 nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə şikayətlə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanda mənə məxsus olan “HYUNDAİ SANTAFE” markalı **-LE-*** nömrəli şəxsi avtomobilimin dayanma və durma qaydalarının pozulması ilə bağlı X11 əməkdaşı tərəfindən elektron protokol tərtib edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən barəmdə 60 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən nizamlanma vasitələrində başqa göstəriş nəzərdə tutulmamışsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə inzibati məsuliyyət tədbiri nəzərdə tutulur. İnzibati protokol tərtib edən X11 əməkdaşı mövcud qanunvericiliyin tələblərini nəzərə almadan, qanunsuz olaraq onu inzibati məsuliyyətə cəlb etməklə, 60 manat məbləğində cərimə etmişdir. Belə ki, yol polisi əməkdaşı həmin ərazinin faktiki quruluşunu, yaşayış binasının qarşısında olan piyada keçidini və qaydalara uyğun olaraq müəyyən edilmiş səkinin piyada hissəsinin normativ tələblərini nəzərə almadan əsassız olaraq inzibati qaydada protokol tərtib etmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin xx.xx.2001-ci il tarixli 5n-li qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2001-ci il tarixli 2718 saylı qeydi ilə təsdiq edilmiş Dövlət Şəhərsalma Norma və Qaydalarına əsasən yaşayış zonasında olan küçənin əsas və ikinci dərəcəli yaşayış küçələri ilə əlaqəsi şəraitində səkinin piyada hissəsinin eni 1,0-1,5 metr, məhəllə daxilində yerləşən yaşayış evlərinin küçə ilə əlaqəsi 0-1,0 metr müəyyən edilmidir. Göründüyü kimi qaydalara əsasən insanların hərəkət etməsi üçün nəzərdə tutulan və İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinin dispozisiyasında nəzərdə tutulan nəqliyyat vasitəsinin səkilərdə dayanması və durması anlayışı mövcud qaydalarda nəzərdə tutulan piyada keçidi üçün nəzərdə tutulan səkilərdən istifadəni ehtiva etmiş olur. Bununla bağlı məhkəməyə təqdim etmiş olduğum fotoşəkillərdə nəzərdə tutulan piyada keçidi və piyadaların hərəkəti üçün nəzərdə tutulan təxminən 2 metr məsafəli yol olduqca aydın şəkildə nümayiş olunmuşdur. Beləliklə qanuvericilikdə sadalanan piyada keçidi avtomobil yolu ilə teretuar vasitəsilə ayrılan sahəni nəzərdə tutmur, səki anlayışı insanların normal hərəkəti üçün nəzərdə tutulan və adıçəkilən qaydalarla tənzimlənən 1,0-1,5 metr piyada keçidini nəzərdə tutmuş olur. Lakin yol polisi əməkdaşı qanunvericiliyin tələblərini nəzərə almadan qanunsuz olaraq barəmdə inzibati məsuliyyətə cəlb edilməyimlə bağlı elektron protokol tərtib etməklə, 60 manat məbləğində cərimə etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində tərtib olunan qərardan şikayət vermiş şəxs X4 şikayətə uyğun izahat verərək bildirmişdir ki, barəsində tərtib olunmuş qərar qanunsuz olduğundan ləğv edilməli və barəsində inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin nümayəndəsi X9 bildirmişdir ki, xx.xx.2024-cü il tarixində X4 idarə etdiyi “Hyundaı santafe” markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilini heç bir göstəriş olmadan səkidə saxlamışdır. Bununla bağlı müvafiq fotocədvəlləri məhkəməyə təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq olunan Bakı şəhəri Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş EQ seriyalı 23015967 nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, X5 tərəfindən Azərbaycan Respublikası İXM-in 346.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən onun barəsində 60 (altmış) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Məhkəmədə təqdim edilmiş foto şəkillərdən görüntüdən görünür ki, xx.xx.2024-cü il tarixində X4 idarə etdiyi “Hyunadi Santa FE” minik markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilini nizamlanma vasitərləri ilə bağlı göstəriş olmayan səkidə saxlayaraq yol hərəkəti qaydalarının tələblərini pozmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə 16-cı bəndinə əsasən səki yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. İXM-in 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. X2 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən xətanı törətmədiyini, əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığını bildirsə də, qeyd edilənlərin həqiqəti əks etdirmədiyi qənaətinə gəlir. Belə ki, inzibait protokolu tərtib etmiş şəxsin məkhəməyə təqdim foto şəkillərdən görünür ki, xx.xx.2024-cü il tarixində X4 idarə etdiyi “hyundaı santafe” markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilini səkidə saxlayaraq yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1 inzibati xətanı törətməməsi ilə bağlı şikayəti təkzib olunur, onun şikayəti məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək hesab edir ki, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Bu səbəbdən X3 Bakı şəhəri Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 23015967 nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməməlidir. İXM-nin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də, qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Qeyd olunanlara əsasən və İXM-nin 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Bakı şəhəri Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 23015967 nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar