Məhkəmə qərarları › İş №3(005)-2954/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2954/2025

14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2954/2025 14.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Şahverdiyeva Mehparə Mehdi qızının katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinin polis sahə inspektoru X1, Müdafiəçi – Ədalət Vəkil bürosunun vəkili X4 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2002-ci il təvəllüdlü Cəlilabad rayonunda anadan olmuş, fərdi əməklə məşğul olan, subay, Binəqədi rayonu Biləcəri qəsəbəsi Binəqədi yolu 1-ci küçə dön. 3 ev 33-də qeydiyyatda olmaqla orada yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis şöbəsindən (bundan sonra – Nərimanov RPİ 17-ci polis şöbəsi) daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nərimanov RPİ 17-ci polis şöbəsinin polis sahə inspektoru X2 tərəfindən Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixində polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinin polis sahə inspektoru X2 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə DYP əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt ona avtomobilinin işıq cıihazının normativlərə cavab vermədiyi və arxa stoplarının düzgün çalışmadığı bildirilmiş, bu zaman nəqliyyat vasitəsinin duracağa aparılmalı olduğu bildirildikdə buna etiraz etmiş və getmək istəməmişdir. Daha sonra polis əməkdaşları tərəfindən şöbəyə aparılaraq, barəsində inzibati tənbeh vermə haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilməyərək qeyd tedi ki, hadisə günü Ziya Bünyadov prospektində YPX əməkdaşları yolda gedən zaman saxla əmri verildi. Onlar mənim maşın işıq cihazlarının tələbə uyğun olmadığını bildirilib duracağa getməsi tələb edilmişdir. Lakin, sözügedən nasazlıq yerində aradan qaldırıla bilən olduğu üçün getməkdən imtina etmişdir. Bu səbəbdən polis əməkdaşları ilə arasında anlaşılmazlıq yaranmışdır. Həmin vaxt həqiqətən də arxa işıq cihazlarında nasazlıq olmuş, lakin bu problem nəqliyyat vasitəsinin duracağa aparılmasına əsas olmamışdır. Polislərdən dərhal protokol tərtib etmələrini xahiş etsə də, onun tələbləri təmin edilməmişdir. Bir müddət sonra polis əməkdaşları ilə birlikdə 17-ci polis şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi X5 barəsində icraat aparılan Şəxs ilə oxşar mövqe ifadə etmiş, inzibati xəta tərkibi olmaması əsası ilə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində sorğu sual edilmiş X6 izahatında göstərmişdir ki, hadisə vaxtı sürücünün ön işıq cihazları normaların tələblərinə cavab verməmiş, arxa işıqları isə nasaz vəziyyətdə olmuşdur. Sürücüyə həmin xətanın yerində aradan qaldırıla bilmədiyini, duracağa getməli olduğu bildirilsə də, qanuni tələblərinə tabe olmamış və getməkdən imtina etmişdir. Daha sonra onu 17-ci polis şöbəsinə aparıb təhvil vermişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati qaydada tutma haqqında” AZA 020375 nömrəli, 13 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 13 avqust 2025-ci il tarixdə saat 21:40-da inzibati qaydada tutulmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, İXM-in 76-cı maddəsinə uyğun olaraq iş üzrə toplanmış və tədqiq edilmiş bütün sübutları – inzibati xəta haqqında protokolları, polis əməkdaşının məhkəmə iclasındakı izahatını, barəsində icraat aparılan Şəxs özünün etirafedici izahatını, inzibati qaydada tutma protokolunu və işə əlavə edilmiş digər sənədləri ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxs İXM-in 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi faktı tam və hərtərəfli sübuta yetirilmişdir. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Belə ki, özünün də qeyd etdiyi kimi, hadisə vaxtı arxa stop işıqlarında texniki nasazlıq olmuş, əvvəllər dəfələrlə əsassız yerə avtomobilinin duracağa yerləşdirilməsinə etiraz olaraq, nəqliyyat vasitəsini duracağa aparmaq istəməmişdir. Daha sonra polis əməkdaşları tərəfindən şöbəyə aparılıb təhvil veirlmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə, İXM-nin 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Eyni zamanda məhkəmə nəzərə alır ki, İXM-nin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 31.4-1, 32, 33, 40, 43, 48, 76, 84, 89.5, 114, 128-130 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar