Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2956/2024 06.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X7 iştirakı ilə, "xxxx" MMC-nin direktoru X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarından verilmiş şikayətə baxaraq, məhkəmə Müəyyən etdi: "xxxx" MMC-nin direktoru X8 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən barəsində tərtib olunmuş inzibati xəta haqqında 26 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərardan Nərimanov Rayon Məhkəməsinə şikayətlə müraciət edilmişdir. Şikayətdə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhəri İdarəsinin rəisi vazəifəsini müvəqqəti icra edən X2 tərəfindən mənim adıma 26 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərar tərtib edilmiş və 3000 (üç min) manat cərmə edilmişəm. İdarə tərəfindən məndən heç nə soruşulmadan dəqiqləşdirilmələr aparılmadan qərar qəbul edilmişdir. Şahid ilə xx.xx.2024-cü il tarixdə "xxxx" MMC adından bağladığım əmək müqaviləsinə, xx.xx.2024-cü il tarixdə AR. Əmək məcəlləsinin 68-ci maddəsini 2-ci hissəsini “a” bəndi əsasında (tərəflərdən birinin təşəbbüsü maddəsi ilə) xitam verilmişdir. Belə ki, Şahid adlı şəxs (fəhlə vəzifəsinə çalışan) "xxxx" MMC-nin subpodraçı şikət olaraq X6 "xxxx" MMC-nin tenderlərinin icrasında əməyə cəlb olunmuşdur. İşçinin göstərdiyi fəhlə xidmətə zərurət aradan qalxdiğmdan, onun əmək müqaviləsinə (öz təşəbbüsü ilə) xx.xx.2024-cü il tarixdən xitam verilən kimi bu barədə dərhal "xxxx" MMC-nin məsul şəxsini rəsmi qaydada məlumatlı etmişik. Zənn etmək olar ki, podratçı şirkət "xxxx" MMC tərəfindən AR. Daxili İşlər Nazirliyinin müvafiq portalına bu barədə zamanında məlumat ötürülmədiyindən və ya sair səbəbdən X11 Xidmətinin Bakı şəhər idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X2 zənn etmişdir ki, Şahid adlı bu fəhlə tərəfimizdən hələ də X1suz əməyə cəlb edilir. Halbu ki, qüvvədə olan AR. Əmək Məcəlləsinin tələbində (qanunun normasında), podratçı şirkət olan "xxxx" MMC tərəfindən müvəqqəti tələb olaraq AR. Daxili İşlər Nazirliyinin müvafiq portalına subpodratçı şirkətin sabiq əməkdaşının X10 hərəkətinin məhdudlaşdırılması barədə zamanında rəsmi məlumat ötürülməməsi və ya sair səbəbdən, subpodratçı "xxxx" MMC-nin direktoru (vəzifəli şəxs kimi) barəsində hər-hansı inzinbati məsuliyyət tətbiq etmək nəzərdə tutulmamışdır. Eyni zamanda Şahid işdən xx.xx.2024-cü il tarixdən "xxxx" MM-dən öz xahişi ilə çıxandan sonra X6 ümumiyyətlə olmamışdır və halhazırda digər bir şirkətdə rəsmi olaraq işləyir. Qeyd edilənlərin nəzərə alınmasını və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, "xxxx" MMC-nin direktoru tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci və 49-cü maddəsinin tələbləri pozularaq işəgötürən tərəfindən Şahid xx.xx.2024-cü il tarixdən bugünədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X12 protokola uyğun ifadə verərək müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin direktoru X8 şikayətə uyğun çıxış edərək, qanunvericiliyin tələblərini pozmadığını, Şahidlə əmək müqavilələrinin olduğunu və daha sonra işdən azad edildiyini bildirmişdir. Etirazda qeyd etdiklərinin nəzərə alınmasını və qərarın ləğv edilərək icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində Şahid bildirmişdir ki, "xxxx" MMC-də 1 ildən çox müddət fəhlə kimi işə qəbul edilmişdir. X6 işlərə cəlb edilmişdir. Portaldan qeydiyyatdan keçməklə həmin ərazilərə buraxılmışlar. İşlədiyi müddət ərzində müəssisə ilə arasında əmək müqaviləsi olmuşdur. 2024-cü ilin təxminən may ayından iyul ayındək şirkətin işçisi kimi işğaldan azad olunmuş ərazidə işləmişdir və iyul ayının ortalarında qayıtmışdır. Daha sonra "xxxx" MMC-də heç bir işlərə cəlb edilməmişdir və işdən çıxdıqdan sonra da X4mamışdır. Məhkəmədə tədqiq edilmiş Əmək müqaviləsinin Bağlanması ilə bağlı X3 görünür ki, Şahid xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-də işə başlamışdır. Şahid xx.xx.2024-cu il tarxidə "xxxx" MMC-yə ərizə ünvanlayaraq öz xahişi ilə işdən çıxmaq istədiyini bildirmişdir. Əmək Müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, № 85 nömrəli əmrdən görünür ki, Şahid "xxxx" MMC-də fəhlə işləməsi ilə bağlı əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə ünvanlanmış sorğuya xx.xx.2024-cü il tarixdə təqdim edilmiş cavab məktubundan görünür ki, şəxslərin azad olunmuş ərazilərə giriş-çıxışı barədə məlumatların təqdim edilməsi idarənin səlahiyyətində deyil. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək, eləcə də məhkəmədə təqdim edilmiş müvafiq sənədlərlə tanış olaraq, hesab etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən "xxxx" MMC-nin direktoru barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında 26 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Şahid ilə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanılmaqla "xxxx" MMC-də işə başlamışdır. xx.xx.2024-cü il tarixli, № 85 nömrəli əmrdən də görünür ki, Şahid "xxxx" MMC-də işləməsi ilə bağlı əmək müqaviləsinə xitam verilmişdir. Məhkəməyə şahid qismində dəvət edilən Şahid öz izahatında bildirmişdir ki, həqiqətən də "xxxx" MMC-də işləmişdir, X6 işlərə cəlb edilmişdir və məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, onunla əmək müqaviləsi bağlanmışdır və 2024-cü ilin iyul ayının ortalarında işdən azad olunmuşdur və həmin vaxtdan işğaldan azad olunmuş ərazilərdən qayıtmışdır və bir daha da getməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən qeyd edilən inzibati xəta haqqında qərar tərtib edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar öyrənilmədən, yalnız daxil olmuş məlumat əsasında qərar qəbul edilmiş, iş üzrə tərəflərin ifadələri alınmadan, Şahid orada əməyə cəlb olunub-olunması müəyyən edilmədən "xxxx" MMCnin direktoru barəsində əsassız şəkildə qərar qəbul edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, "xxxx" MMC-nin direktoru X5 əməlində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 43, 48-50, 53 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: "xxxx" MMC-nin direktoru X8 tərəfindən verilmiş şikayət təmin edilsin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən 26 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında qərar”ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-2956/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2956/2024
06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver