Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2960/2023 03.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Calalov Nizami Firdovsi oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəkili və nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 482.2-ci maddəsi ilə tərtib edilmiş 26 sentyabr 2023-cü il tarixli, 00100-02489/23 nömrəli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X7, ev 36, mənzil 9 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 93AA525/93AA526 nömrəli avtomaşınla, 34 saylı xx.xx.2023-cü il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********5249 sorğu nömrəli gömrük bəyənnaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Fakt üzrə aparılan araşdırma ilə əlaqədar Bakı Bas Gömrük İdarəsinə təhkim olunmuş, “Azterminalkompleks” Birliyi Maliyyə-iqtisad şöbəsinin inspektoru X1 izahatı alınmışdır. X3 izahatında aşağıdakıları bildirmişdir, Şəxs MMC-nin adına İran İslam Respublikasından 93AA525/93AA526 nömrə nişanlı vük nəqliyyat vasitəsi ilə 34 saylı invovs əsasında daxil olmuş və xx.xx.2023-cü il tarixdə **********5249 sorğu nömrəli gömrük bəyannaməsi ilə Bakı Baş-Gömrük İdarəsində bəyan olunan yüklərə baxış keçirmək üçün mən təyin edilmişəm. 03 avqust 2023-cü il tarixdə Şəxs MMC-nin nümayəndəsinin iştirakı ilə 93AA525/93AA526 nömrə nişanlı yük nəqliyyat vasitəsi açılaraq Şəxs MMC tərəfindən **********5249 saylı bəyannamə ilə “Xlor” kimi bəyan olunan mallara baxış keçirilmişdir. Baxış keçirilərkən masında olan yüklərin bəyannamədə oeyd edildiyi kimi xlor deyil, 4 litrlik qabda olan, ABC markalı 1600 ədəd, 0.7 litrlik qabda olan BBC markalı, 12000 ədəd, 0.75 litrlik qabda olan ABC markalı, 6400 ədəd, 1 litrlik qabda olan BBC markalı, 5400 ədəd yuyucu vasitələr olduğu müəyyən edilmişdir. Şəxs MMC-nin adına 34 saylı, xx.xx.2023-cü il tarixli invoys ilə idxal olunmuş malların xarici iqtisadi fəaliyyətin mal-çmenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi məqsədilə ilkin ekspertizanın aparılması üçün qeyd edilən mallardan xx.xx.2023-cü il tarixli AKT əsasında Şəxs MMC-nin nümayəndəsinin iştirakı ilə nümunələr götürülək X6 İdarəsinə təqdim edilmişdir. X6 darəsinin rəyinə əsasən Şəxs MMC tərəfindən ********** kodu altında “Xlor” kimi bəyan edilən yüklərin ********** kodu altında olan “Təmizləyici” vasitələr olduğu müəyyən edilmişdir. Nəticədə Şəxs barəsində İXM-in 482.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəkili və nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə bildirmişdir ki, "xxxx" MMC idxalatçı olaraq bəyannamə təqdim edərkən Satıcı təşkilatın mallarla daxil olan sənədlərə istinad etməlidir. Buna əsaslanaraq "xxxx" MMC-nin mallarla daxil olan invoysda, nəqliyyat sənədlərində göstərilmiş ********** kodunu bəyannamədə əks etdirmişdir. "xxxx" MMC-nin mallara sərbəst şəkildə kod təyin etmək üçün səlahiyyəti yoxdur, bunun üçün xüsusi laboratoriyası da yoxdur. Gömrük qanunvericliyinə əsasən də, idxalatçmm özünün malların kodunun təyin edilməsi üzrə hərhansı vəzifələri də müəyyən edilməmişdir. Bununla belə, inzibati xətaya dair protokolda da qeyd edildiyi kimi, Bakı Baş Gömrük İdarəsində hazırki inzibati icraat başladıqdan sonra "Sodaz” MMC öz təşəbbüsü ilə malların nümunələrini yoxlanılması üçün AR Elm və Təhsil Nazirliyi Geologiya və X2 Mərkəzinə təqdim etmişdi. İnzibati iş materiallarında olan həmin mərkəzin xx.xx.2023-cü il tarixli Raportuna əsasən də, maların tərkibində Xlor maddəsi də vardır. Belə olan halda, malların kodunun düzgün olmayaraq bəyan edilməsində "xxxx" MMC-nin təqsiri yoxdur, təqsir yoxdursa məsuliyyət də ola bilməz. Bundan başqa, "xxxx" MMC artıq xeyli müddətdir ki, hazırki işin predmeti olmuş eyni malları İran İslam Respublikasından idxal edir. Bundan əvvəl həyata keçirilmiş idxal əməlliyyatlan da eyni kodlarla bəyan edilmiş və Bakı Baş Gömrük İdarəsi tərəfindən heç bir qanun pozuntusu aşkar edilməmişdir. Bu fakt bir daha onu göstərir ki, "xxxx" MMC-nin əməlində inzibati xəta yoxdur və Bakı Baş Gömrük İdarəsi inzibati xətaya dair hazırki protokolu qanunsuz tərtib etmişdir. Bundan başqa, Bakı Baş Gömrük İdarəsi inzibati icraat zamanı qeyri-mötəbər sübutlardan istifadə etmişdir. Belə ki, inzibati iş materiallarında olan AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Kamran Dünyamalıyevin xx.xx.2023-cü il tarixli 3-33-/3-1-021533/2023 saylı ekspert rəyinin əsaslandırma və nəticə hissəsində malların orta bazar dəyəri 30840 olduğu qeyd edilsə də, rəyin son səhifəsində əl yazısı ilə QEYD əlavə edilərək "ümumi dəyərin təxminən 30840 manat deyil, 33840 manat manat olması kimi oxunmalıdır" yazılmışdır. Həm də bu düzəlişdən sonra yenə də əl yazısı ilə "K.Dünyamalıyev" yazılmış, imza çəkilmiş, ekspert idarəsinin möhürü isə vurulmamışdır. Burada ilk növbədə, QEYD-in kim tərəfindən yazılması şübhəlidir, daha sonra əgər doğrudan da QEYD-i ekspert K.Dünyamalıyev yazmışdırsa, o, hansı əsaslarla "ümumi dəyərin təxminən 30840 manat deyil, 33840 manat manat olması" nəticəsində gəlmişdir, çünki rəydə ümumi qiymətin 30840 manat olması göstərilir. Bundan başqa, rəydə göstərilmiş rəqəmlər də şişirdilmişdir. Buna görədə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyəti orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, İran İslam Respublikasından, AZ1078, Bakı şəhəri Nərimanov rayonu, X7, ev 36, mənzil 9 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin ünvanına 93AA525/93AA526 nömrəli avtomaşınla, 34 saylı xx.xx.2023-cü il tarixli invoys sənədi ilə daxil olmuş yüklərə **********5249 sorğu nömrəli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannamədə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİFMN üzrə ********** kodu altında 0% gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X4 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 3-33-1100/2-007506/2023 saylı xx.xx.2023-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən, 34 saylı xx.xx.2023-ci il tarixli invoysun 1-4 cü mövqeləri üzrə ********** alt yarımmövqeyində sinifləşdirilir. Beləliklə, **********5249 sorğu nömrəli xx.xx.2023-ci il tarixli gömrük bəyannaməsində yüklərin 15% idxal gömrük rüsumun olduğu təqdirdə "xxxx" MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği: idxal gömrük rüsumu 1275 azn, əlavə dəyər vergisi üzrə 1759,5 azn təşkil edir. xx.xx.2012-cü il tarixli **********5249 saylı gömrük bəyannaməsi ilə invoys dəyəri 5000 ABŞ dollar olan ABC ticarət nişanlı, xlor bəyan edilmişdir. xx.xx.2023-cü il tarilxi, 34 nömrəli İnvoice-dan görünür ki, xx.xx.2012-cü il tarixli gömrük bəyannaməsində qeyd edilən invoys nömrəsi ilə eynilik təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-33-/3-1-021533/2023 saylı ekspert rəyinə əsasən ağardıcı vasitələrin xx.xx.2023-cü il tarixində ümumilikdə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 30840,00 manat müəyyən edilmiş, daha sonra isə əl yazısı ilə tədqiqatın nəticəsinə qeyd edilən məbləğin 33540,00 manat kimi oxunması əlavə edilmişdir. İş materillarından göründüyü kimi, Şəxs tərəfindən İran İslam Respublikasından alınan məhsulların invoys nömrəsi düzgün olaraq qeyd edilmiş və xlor adı altında məhsullar sifariş edilmişdir. Gömrük bəyənnaməsindən də aydın olur ki, eyni invoys nömrəli mallar xlor adı altında ölkəyə idxal edilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-33-/3-1-021533/2023 saylı ekspert rəyində tədiqatın nəticəsi kimi 30840,00 manat müəyyən edilməsi qeyd edildikdən sonra əl yazısı ilə təqiqatın nəticəsinə qeyd edilən məbləğin 33540,00 manat kimi oxunmasının əlavə olunması həmin rəyin möhtəbər sübut kimi istifadə edilməsində şübhə yaratmışdır. Məhkəmə qeyd edir ki, İXM-in 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Hazırki işdə isə müəyyən edilir ki, Şəxs MMC tərəfindən idxal edilən xx.xx.2023-cü il tarixli, **********5249 sorğu nömrəli X5 göstərildiyi halda faktiki olaraq yuyucu, təmizləyici vasitələr aşar olunması və Şəxs MMC tərəfindən yanlış məlumatların verilməsi ilə bağlı hallar öz təsdiqini tapmır. Belə ki, şirkətə verilmiş məlumatlar əsasında məhsulun adı, invoys nömrəsi, miqdarı, sayı, mənşə ölkəsi düzgün olaraq bəyan edilmişdir. Bundan başqa ekspertiza rəyindəndə aydın olur ki, həmin məhsulların tərkibində xlor maddəsi də aşkar olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 53.1, 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş 26 sentyabr 2023-cü il tarixli, 00100-02489/23 nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 26 sentyabr 2023-cü il tarixli, 00100-02489/23 nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-2960/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2960/2023
03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver