Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2963/2023 24.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs X5, X9 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, X7 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini və iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin 14 iyun 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə 4000 manat məbləğində cərimə olunmuşdur. Qeyd olunan qərar tamamilə qanunsuz və əsassızdır. O, Həsən Salmani 7 ünvanında yerləşən "Vavilon" çay evini icarə əsasında işlədir. Həmin çay evində olan işçilərlə X7 rəsmi olaraq əmək müqaviləsi bağlamışdır. Orxan Vəliyev onun dostudur. xx.xx.2023cü il tarixdə Orxan Vəliyev müştəri qismində onun işlətdiyi çay evinə gəlmiş, həmin zaman Orxanın yanında adını sonradan öyrəndiyi Sona Əliyeva da var idi. Bir müddət keçdikdən sonra o, Orxanı tanıdığı üçün onun oturduğu masaya yaxınlaşmış, hal-əhval tutmuşdur. Söhbət əsnasında X2 bildirmişdir ki, Sona onun tanışıdır, əgər onun işlətdiyi çay evində ofisiant yeri varsa, işləyə bilər, çünki Sona iş axtarır. X7 bildirmişdir ki, indi gecdir, səhər yaxınlaşar, ətraflı söhbət edərlər. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixində saat təxminən 16 radələrində Sona Əliyeva həmin çay evinə gəlmişdir. O, Sonayla iş rejimi və görəcəyi iş barəsində ətraflı danışmışdır. Eyni zamanda Sonaya bildirmişdir ki, çay evində iş yaxşı olmadığından “çayavoy”a çox da ümid bəsləməsin. Çünki Sona Sumqayıt şəhərində yaşayırdı. Beləcə işə gəlib-getməsi üçün xərci çox çıxacaqdı. Sona da bildirmişdir ki, orada işləmək ona sərf etməyəcək. Əmək haqqının və bəxşişin zəif olması, Sonanın yolunun uzaq olması səbəbindən həmin iş Sonaya sərf etmirdi. Bununla belə Sona qərarsız olduğundan düşünüb qərar verəcəyini bildirmişdir. Eyni zamanda həmin vaxt o, Sona Əliyevadan sənədlərini soruşduqda bildirmişdir ki, üzərində deyil. Çünki Sona işləməyə razılıq versəydi, əmək müqaviləsi bağlayıb müvafiq portala yerləşdirəcəkdi. Yəni qeyd edilən gün, yəni xx.xx.2023-cü il tarixində onun Sona Əliyeva ilə danışıqları bundan ibarət olmuşdur. Bundan sonra X7 öz şəxsi işləri olduğundan oranı tərk etmişdir. Sonradan ona xəbər verilmişdir ki, Sona Əliyeva həmin çay evində öz oturduqları masanı yığmaq istəyərkən yıxılıb. Yəni bütün məsələ bundan ibarət olub. O, Sona Əliyevaya orada işləməsi barədə heç bir göstəriş verməmişdir. X19 daxil olmaqla orada olan hər kəs təsdiq edə bilər. Sona Əliyeva özünün də DƏMX-nə verdiyi izahatdan aydın olur ki, X7 onu işə qəbul etməmişdir. Lakin təəssüf ki, müfəttişlik qərəzli araşdırma aparmışdır. Araşdırmanın qərəzliliyi isə elə Sona Əliyevadan aldıqları izahatdan məlum olur. O, müfəttişliyə dəfələrlə bildirmişdir ki, Sona Əliyeva onun işçisi olmayıb. X16 özü də təsdiq edir. Müfəttişlik isə X6 bildirmişdir ki, barəsində protokol və qərar yazılacağını gün öz sübutlarını təqdim edə bilər. Lakin təəssüflər olsun ki, müfəttişlik onu nə protokol yazıldığını gün, nə də qərar yazıldığı gün dəvət etməmişdir. Sona Əliyeva əlavə izahat vermək istədikdə belə qəbul etməmişlər. Həmin qərar bu günə qədər şəxsən ona təqdim edilməmiş nə də yaşadığı ünvana göndərilməmişdir. xx.xx.2023-cü il tarixində təsadüfən çay evinin mətbəxini təmizləyən zaman bir zərfin olduğu müəyyən edilmiş, açıb içinə baxan zaman da qeyd edilən qərarın olması müəyyən edilmişdir. Zərfi kimin qəbul etdiyi belə məlum deyil. X4 Əliyeva və Orxan Vəliyevin məhkəmədə şahid kimi dindirilməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs X7 məhkəmə iclasında şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. X9 Xidmətinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, araşdırma zamanı X13 izahat yazarkən ona qarşı heç bir təzyiq olmamışdır. X13 həmin yerdə əmək müqaviləsi olmadan işləmiş, qəza başa vermişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarını müdafiə edərək X7 tərəfindən verilmiş şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsində araşdırma zamanı işin prokurorluğa göndəriləcəyi ilə bağlı onu qorxudmuşlar. O, "Vavilon" çay evinin işçisi deyil, sadəcə tanışı X10 ilə ora getmişdir. Araşdırma zamanı "Vavilon" çay evində işlədiyini bildirmişdir, amma orada işləməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, "Vavilon" restoranın vəzifəli şəxsi X7 tərəfindən X13 əmək müqaviləsi (kontratı) hüquqi qüvvəyə minmədən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. X1 tərəfindən AR İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və 4.000 manat cərimə edilmişdir. X9 Xidməti İstehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar daxil olan 15 may 2023-cü il tarixli məlumatdan görünür ki, X13 xx.xx.2023-cü il tarixdə ehtiyatsızlıqdan pilləkəndə yıxılıb xəsarət almışdır. X13 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsində araşdırma zamanı X13 “Vavilon" restoranında ofisiant kimi işlədiyini bildirmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. İXM-in: 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə hesab edir ki, şəxsin inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi üçün ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqda törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl mövcud olmalıdır (İXM-in 12.1-ci maddəsi). İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranması üçün tərəflər arasında əmək münasibətləri mövcud olmalı, yəni işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmalı, həmçinin bu hallar əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həyata keçirilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, hazırki iş üzrə icraata xitam verilməsi üçün İXM-də nəzərdə tutulmuş hallar yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında haqqında qərarı qanunidir, X7 tərəfindən verilmiş şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin, həmin qərarla inzibati xəta törətmiş şəxsə maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. İXM-in 135.1.6-cı maddəsinə əsasən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin, hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilməmişdir. İXM-in: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 134.1, 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.5-1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardan biri də bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunmasıdır. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-2963/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2963/2023
24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver